Abstrakt

Hazırkı tədqiqatın məqsədi Fremingem Şkala Riski əsasında 2-ci tip ŞD-i olan xəstələrdə ürək-damar ölüm riskinə cins amilinin təsirinin öyrənilməsi olmuşdur. VM Endokrinologiya, Diabet və Metabolik Mərkəzinə 1977-ci ildən 2014-cü ilə qədər müraciət edən və müvafiq olaraq tədqiqat qrupunu təşkil edən 2-ci tip şəkərli diabetli 210 kişi və 210 qadının məlumatları təhlil edilmişdir. Şəkərli diabetin və kliniki metabolik pozulmaları olan xəstələrin kardiovaskulyar ölüm riskinə təsirini dəqiqləşdirmək üçün 2 virtual nəzarət qrupu fomalaşdırılmışdır: kişilərin virtual nəzarət qrupu (KVNQ) və qadınların virtual nəzarət qrupu (QVNQ). KMQ və QMQ xəstələrinin sayı, yaşı, boyu, həmçinin “ideal” bədən kütləsi indeksi, ümumi xolesterin və yuxarı sıxlıqlı lipoproteid xolesterinin miqdarı oxşar olmuşdur. Tədqiqatın nəticələri göstərmişdir ki, 2-ci tip şəkərli diabeti olan xəstələrdə ürək-damar ölüm riski kişilərdə (4,48±0,392) və qadınlarda (4,64±0,324%) əhəmiyyətli dərəcədə fərqlənmişdir. QVNQ (0,45±0,55%) kardiovaskulyar ölüm riski statistik olaraq (p<0,01). KVNQ (0,76±0,068%) nisbətən əhəmiyyətli dərəcədə aşağı olmuşdur. Kardiovaskulyar ölüm riskinin “sərhəd” diapazonları “<5,0%” və “≥20,0%” rastgəlmə tezliyi kişilərdə qadınlara nisbətən çox olması ilə xarakterizə olunur. Beləliklə, 2-ci tip şəkərli diabetin mövcud olması kardiovaskulyar ölüm riskinin yüksəlməsinə səbəb olur, eləcə də qadınlarda ürək-damar xəstəliklərinə qarşı cinsin proteksiyası itmiş olur.

Əsas mətn

2-ci tip şəkərli diabet (ŞD) ağır proqressivləşən xroniki  xəstəlik olub, ürək-damar ağırlaşmalarının və ölüm hallarının müstəqil risk amilidir [1, 2]. Hazırda müxtəlif risk kalkulyatorları geniş yayılmışdır ki, bunların vasitəsi ilə  fərdi olaraq ürək-damar  xəstəlikləri, koronar ölüm, kardiovaskulyar ölüm və s. riskini təyin etmək mümkündür [3- 6].
Kardiovaskulyar ölüm riskinin təyin etməyə imkan verən Fremingem tədqiqatının nəticələrinin əsasında Fremingem Şkala Riski (Framingem Risk Score) və müvafiq olaraq kalkulyator riski tərtib  olunmuşdur [6, 7].
Tədqiqatın məqsədi. Hazırkı tədqiqatın məqsədi Fremingem Şkala Riski əsasında 2-ci tip ŞD olan  xəstələrdə kardiovaskulyar ölüm riskinə cinsi amilinin təsirinin öyrənilməsi olmuşdur.

Tədqiqatın materialları və  metodları
VM Endokrinologiya, Diabet və Metabolik Mərkəzinə 1977-ci ildən 2014-cü  ilə qədər  müraciət edən və müvafiq olaraq tədqiqat qrupunu təşkil edən 2-ci tip şəkərli diabetli 210 kişi və 210 qadının  məlumatları təhlil edilmişdir.
Müvafiq  formula əsasında bütün xəstələrdə boy, bədən çəkisi və bədən kütlə indeksi hesablanıb [8]. Ümumi qəbul olunmuş standarta əsasən arterial  təzyiqin səviyyəsi təyin edilmişdir [9]. Bütün xəstələrdə EKQ müayinəsi aparılmışdır. Acqarına qlikemiyanın səviyyəsi Precision PCx Medi Sense (Abbot, ABŞ) aparatı vasitəsilə  və müvafiq zolaq testi ilə təyin edilmişdir. Sol mədəciyin hipertrofiyası (SMH) Framingham Heart Study qəbul olunmuş kriteriyalarına müvafiq olaraq təyin edilmişdir [10]. Alc səviyyəsi Nyco Сard II (Axis-Shield, Norvec) aparatında təyin edilmişdir. Ümumi xolesterinin (ÜX), yüksək sıxlıqlı lipoproteid xolesterinin (YSLP XS), triqliseridlərin (TQ), ALT, AST, kreatinin, sidik cövhərinin səviyyəsi Cobas Mira (Roche Diagnostics Corporation, İsveçrə) avtomatik analizatorlarında Human Diagnostics Worldwide (Almaniya) kompaniyasının reaktivləri vasitəsilə təyin edilmişdir. Aşağı sıxlıqlı lipoproteidlərin səviyyəsi Fridvald formulası vasitəsilə hesablanmışdır [11].
Triqliseridlərin səviyyəsinin 400 mg/dl və ondan çox olması Fridvald formulası ilə aşağı sıxlıqlı lipoproteidlərin  təyin edilməsi zamanı alınan 399 mq/dl  rəqəminə bərabər olmuşdur.
Şəkərli diabetin və kliniki metabolik pozğunluqları olan xəstələrin ürək-damar ölüm riskinə təsirini dəqiqləşdirmək üçün 2 virtual nəzarət qrupu fomalaşdırılmışdır: kişilərin virtual nəzarət qrupu (KVNQ) və qadınların virtual nəzarət qrupu (QVNQ).
KVNQ  KMQ xəstələrin sayına (n=210), yaşına (52,2±0,57; minimum 29 yaş, maksimum 78 yaş); boyuna (173,1±0,42 sm; minimum 155 sm, maksimum 186 sm) görə tamamilə uyğundur.
QVNQ QMQ xəstələrin sayına (n=210), yaşına (55,6±0,67; minimum 37 yaş, maksimum 80 yaş); boyuna (158,5±0,40 sm; minimum 144 sm, maksimum 178 sm) görə tamamilə uyğundur.
KMQ və QMQ, KVNQ və QVNQ-da  artıq bədən çəkisi və piylənmənin kardiovaskulyar ölüm riskinə təsiri tarazlaşdırılaraq bütün iştirakçıların (n=420) bədən kütləsi indeksi 21,745 kq/m2 (ideal norma göstəricisinə xarakter olan) uyğunlaşdırılmışdır. Həm KVNQ, həm də QVNQ hər iştirakçısının sistolik arterial təzyiqi 115 mm c.s. bərabər olmuşdur. KVNQ və QVNQ hər bir iştirakçısında ümumi xolesterinin səviyyəsi 3,75 mmol/l olmuşdur. YSLP XS səviyyəsi QVNQ iştirakçılarında 1,42 mmol/l və KVNQ iştirakçılarında isə 1,29 mmol/l qəbul olunmuşdur. Kardiovaskulyar ölüm riski müvafiq kalkulyatorun vasitəsilə hesablanmışdır [6, 7]. Kalkulyatora aşağıdakı informasiyanın daxil  edilməsi nəzərdə tutulmuşdur: ürək-damar ölüm riskinin  təyin edilmə dövrü (bizim təqiqatda 10 il), yaş, bədən kütləsi, boy, cinsi mənsubiyyət, YSLP, ümumi xolesterin, sistolik arterial təziqin göstəricilərinin səviyyəsi, tütün məmulatlarından istifadə, diabetin olması, sol mədəciyin hipertrofiyasının olması, həftə ərzində fiziki aktivliyin sayı. Müayinə olunan xəstələrin parametrləri kompyuter proqramında olan məhdudiyyətlərdən kənara çıxmamışdır: yaş 18-dən 80 yaşa, sistolik arterial təzqiq 100 mm c.s.-dən 220 mm c.s.; ÜX 2,0 mmol/l-dən 20 mmol/l-ə qədər; YSLP 0,5 mmol/l-dən 3,0 mmol/l-ə qədər [6; 7].
Tədqiqatın gedişində öyrənilən materialın orta minimal və maksimal böyüklüyü təhlil edilmişdir. Standart tərəddüdün böyüklüyü hesablanmışdır. Yuxarıdakı göstəricilərdən əlavə orta xəta [12], faiz və faiz xətası [13] təyin edilmişdir. Həmçinin korrelyasiyanın  kofisientinin böyüklüyünə, korrelyasiyanın kofisient xətasını, korrelyasiyanın kofisientinin statistik əhəmiyyətini təyin etmək üçün korrelyasion analiz aparılmışdır [12]. Bununla yanaşı kofisient korrelyasiyası arasında  statistik əhəmiyyətli  fərqlənmənin olması  təyin edilmişdir [12].Statistik analiz  standart kompyuter proqramı  Microsoft Excel  vasitəsilə aparılmışdır.

Alınan nəticələr və onların müzakirəsi
Şəkil 1-də kardiovaskulyar ölüm riskinin QMQ, KMQ, QVNQ və KVNQ orta göstəricilərinin məlumatları verilmişdir. Ürək-damar ölüm riskinin böyüklüyü müayinə olunan qadınlarda (n=210), müayinə olunan kişilərdə (n=210), QVNQ (n=210), KVNQ (n=210). 
Şəkil 1-dən göründüyü kimi QVNQ-da kardiovaskulyar ölüm riski 0,45±0,55% olduğu halda KVNQ-da kardiovaskulyar ölüm riski yüksək olmuş və 0,76±0,068% təşkil etmişdir. Həm də nəzərə almaq lazımdır ki, qruplar arasında statistik dürüstlük yüksək olmuşdur (p<0,001).
QMQ-da kardiovaskulyar ölüm riski 4,48±0,392%, KMQ-da isə kardiovaskulyar ölüm riski 4,64±0,324% olmuşdur.
Qadın və kişi qrupları arasında fərq statistik əhəmiyyətli olmamışdır (p>0,05). Beləliklə, yaş və boy parametrlərinə görə uyğun gələn QMQ-na daxil olan, lakin ideal kliniki metabolik parametrləri olan (tütün faktorunun olmaması, normal “ideal” çəki, normal AT, sol mədəciyin hipertrofiyasının olması, lipid mübadiləsinin parametrlərinin normal olması) qadınlarda ürək-damar ölüm riski müvafiq “ideal” çəki kişilərə nisbətən əhəmiyyətli dərəcədə aşağıdır.
Tədqiqat zamanı alınmış məlumatlar ədəbiyyat məlumatlarına tamamilə uyğun gəlir və 2-ci tip şəkərli diabetin mövcud olması ürək-damar ölüm riskinin yüksəlməsinə səbəb olur, eləcə də qadınlarda ürək-damar  xəstəliklərinə qarşı cinsin proteksiyası  itmiş olur [6; 7; 8].
Şəkil 2-də QMQ və KMQ müxtəlif diapazonlarda kardiovaskulyar ölüm riskinin rastgəlmə tezliyi göstərilmişdir. Şəkildən göründüyü kimi  kişilərdə və qadınlarda kardiovaskulyar ölüm riskinin böyüklüyü “<5,01”, qadınlarda 64,3±3,31% və kişilərdə 73,3±1,81% diapazonunda daha tez-tez rast gəlinir. Qruplar arasında fərqlənmə  statistik əhəmiyyətlidir (p<0,05). Rastgəlmə tezliyinə görə  kişilərdə və qadınlarda II diapazon kardiovaskulyar ölüm riskinə görə “5,0%-dən 9,9%-ə qədər” olmuşdur. Bu müvafiq olaraq qadınlarda 35,7% və kişilərdə 26,7% olmuşdur. Qruplar arasında  fərq statistik  dürüst olmuşdur (p<0,01). Risk diapazonu “10,0%-ən 14,9%” arasında olması 8,1±1,89% qadınlarda və 5,7±0,27% kişilərdə qeyd olunuşdur. Qruplar arasında statistik dürüst olmamışdır (p>0,05). Həmçinin rastgəlmə  tezliyi  statistik dürüst fərqlənməmişdir (p>0,05).
Diapazon “15,0%-dən 19,9%” qadınlarda 2,9±1,15% və kişilərdə 3,3±0,16% aşkar edilmişdir. Risk diapazonu “≥20,0%”qadınlarda 1,0±0,67% və kişilərdə 4,3±0,20% olmuşdur. Bununla belə bu halda qruplar arasında statistik fərqlər əhəmiyyətli olmuşdur (p<0,001). Beləliklə, “sərhəd” diapazonlar “<5,0%” və “≥20,0%” kişilərdə rastgəlmə tezliyi qadınlara nisbətən çox olması ilə xarakterizə olunur.

Nəticə
2-ci tip şəkərli diabet zamanı kardiovaskulyar ölüm riski kişilər (4,48±0,392%) və qadınlar (4,64±0,324%) arasında əhəmiyyətli dərəcədə fərqlənmir.
Kardiovaskulyar ölüm riski  virtual kontrol (0,45±0,55%) qadın qrupunda statistik olaraq (p<0,001) aşağıdır, nəinki kişilərin virtual nəzarət qrupunda (0,76±0,068%).
K  ardiovaskulyar ölüm riskinin sərhəd diapazonu “<5,0%” və “≥20,0%” kişilərdə qadınlara nisbətən daha çox rastgəlmə tezliyi ilə xarakterizə olunur.
2-ci tip  şəkərli diabetin olması ürək-damar ölüm riskinin artmasına və qadınlarda ürək-damar xəstəliklərinə nisbətən cinsin proteksiyasının  itməsinə səbəb olur.

 

 

Şəkillər

Açar sözlər

İstinadlar

1. Аметов А.С. Сахарный диабет 2 типа. Проблемы и решения. Москва: Издательская группа «ГЭОТАР-Медиа», 2011, 704 с.
2. Дедов И.И., Шестакова М.В. Сахарный диабет. Руководство для врачей. Москва: Универсум Паблишинг, 2003, 456 с. 
3. Risk Assessment Tool for Estimating Your 10-year Risk of Having a Heart Attack. http://cvdrisk.nhlbi.nih.gov
Heart Risk Calculator.2013 ACC/AHA Guideline on the Assessment of Cardiovascular Risk. http://www.cvriskcalculator.com
4. American College of Cardiology, American Heart Association. ASCVD Risk Calculator. 2014, http://tools. acc. org/ ASCVD- Risk-Estimator/
5. CCRE Therapeutics. Framingham Risk Score. http://integrate.ccretherapeutics.org.au/Calculator/Fram91.aspx
6. Курбанов Я.З., Зейналова Н.В., Мирзазаде  М.А.Применение калькулятора риска сердечно-сосудистой смерти в клинической практике. 
7. Azərbaycan təbabətinin müasir nailiyyətləri. Rüblük elmi-praktik jurnal, №1, 2015, səh. 181-185
8. Всемирная Организация Здравоохранения. Ожирение и избыточныйвес. http:// www.who.int/media centre/facts heets/fs311/ru/index.html
9. Əzizov V.Ə., Mirzəzadə V.A., Əsgərov M.M. // Arterial hipertenziya // ”AzərDiab”// Bakı 2006 // 168s.
10. Levy D., Labib S.B., Anderson K.M., Christiansen J.C. et al. Increased Left Ventricular Mass and Hypertrophy Are Associated With Increased Risk for Sudden Death // J. Am. Coll.Cardiol, 1998, v.32, p.1454–1459
11. Fukuyama N., HommK., Wakama N.,Kudo K. et al. Validation of the Friedewald Equation for Evaluation of Plasma LDL-Cholesterol // J. Clin.Biochem.Nutr., 2008, v.43, N1, p.1–5
12. Лакин Г. Ф. // Биометрия // Учебное пособие для биол. спец. вузов- 4-е изд., перераб. и доп. // «Высшая школа» // Москва  1990 // 352 с.
13. Каминский Л.С. // Статистическая обработка лабораторных и клинических данных // «Медицина» // Ленинград 1964 // 251 с.

 

 

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 20.Jul.2015

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Miokardın revaskulyarizasiyası aparılmış xəstələrdə koronar arteriya xəstəliyinin risk amillərindən biri olan şəkərli diabetin cinslərarası fərqlərinin araşdırılması

Baxılıb: 244