Abstrakt

Tədqiqat işləri çoxuşaqlı qadınlarda dəmir çatışmazlığı anemiyası zamanı ürək-damar fəaliyyətini öyrənmək məqsədilə aparılmışdır. Tədqiqat 160 hamilə qadın üzərində həyata keçirilmişdir. Tədqiqat Azərbaycan Tibb Universitetinin II Doğum və Ginekologiya Bölməsinin Şamama Ələsəkerova adına 5 nömrəli Doğum Xəstəxanasına müraciət etmiş qadınlar üzərində (2014–2023) aparılmışdır. Hemoqamma və ürək-damar fəaliyyətini izləmək üçün EKG (elektrokardioqram) tədqiqatı aparılmışdır. Əldə olunan nəticələr dispersiya və dispersiya analizi üsulları ilə təhlil edilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, müqayisə qrupunda RR intervalı orta hesabla 0,83″, median 0,86″, interkvartil (Q1–Q3) 0,77″–0,88″ olmuşdur, əsas qrupda isə 0,60″, median 0,60″, interkvartil (Q1–Q3) 0,57″–0,63″ (pU˂0,001). QRS kompleksində etibarlı fərqlər əldə edilməmişdir. Ürək döyüntülərinin sayı müqayisə qrupunda orta hesabla 72,6, median 70,0, interkvartil (Q1–Q3) 68,0–78,0 olmuşdur, əsas qrupda isə 99,8, median 100,0, interkvartil (Q1–Q3) 94,5–105,5 (pU˂0,001) təşkil etmişdir. Məlum olmuşdur ki, normal hamiləlik zamanı II və III trimestrlərdə ürəyin fəaliyyəti artır. Anemiya bu prosesə qoşulduqda xəstələrin şikayətləri daha da ağırlaşır. III trimestrdə dəmir çatışmazlığı anemiyası olan hamilə qadınlarda EKG-də bəzi dəyişikliklər müşahidə edilmişdir. Məsələn, RR intervalında və PQ qövslərində müqayisə qrupuna nisbətən dəyişikliklər qeydə alınmışdır. Bu halda hamilə qadınlarda ürək-damar zədələnməsi simptomları (taxikardiya, ürək döyüntüsü, nəfəs darlığı) inkişaf etmişdir. Buna görə də, hamiləliyin bütün üç trimestrində hamilə qadınların ümumi praktik həkim tərəfindən müayinə olunması və EKG-nin aparılması tövsiyə olunur.

Əsas mətn

İşin aktuallığı: Müxtəlif müəlliflərin məlumatına görə dəmir defisitli anemiya (DDA) reproduktiv yaşlı qadınların 40-50%-də rast gəlinir. Bu xəstəliyin hamilələr arasında geniş yayılması hestasiya müddətində dəmirə olan təlabatla bağlıdır4. DDA-ya kliniki-hemotoloji simptom-kompleks kimi baxılır, qan zərdabında, sümük iliyində hemoqloblinin əmələ gəlməsinin pozulması ilə xarakterizə olunur, toxuma və orqanlarda trofiki pozulma inkişaf edir.

Dəmir defisitinin üç mərhələsi ayırd edilir: predlatent, latent və manifestal (təzahür edən). Predlatent defisitdə eritropoezdə dəmir sərfinin azalması rezerv dəmirin səviyyəsinin azalması ilə xarakterizə olunur; latent defisitdə depoda dəmir ehtiyyatının azalması müşahidə edilir və nəqli dəmir defisiti ilə müşayət olunur, lakin anemiya əlamətləri olmur; dəmirin manifestal defisitində yaxud DDA-da anemiya simptomları baş verir.

Dəmir defisitli vəziyyətin erkən forması olan dəmirin latent defisitinə daha çox rast gəlinir. Hamilə qadınlar, erkən yaşda uşaqlar və yeniyetmələr DDA-nın inkişafının yüksək risk qruplarıdırlar.

Hamiləlik zamanı anemiyadan əziyyət çəkən anaların gələcək uşaqları da DDA-dan əziyyət çəkir, onlarda psixomotor inkişafın ləngiməsi, idrak funksiyasının və təlimin pozulması, əqli, motor və nitqin inkişafının aşağı düşməsi təzahür edir, retinopatiyanın inkişafının yüksək risk qrupu olurlar.

ÜST kriteriyaları ilə razılaşmaq olar ki, hamilə olmayan qadınlarda hemoqlobinin konsentrasiyasının (Hb) <120 q/l olduğu halda anemiya təyin edilir.

Dəmir hemoqlobinin tərkibinə daxil olub, toxumalara oksigenin zülalara ötürücüsüdür. Hamiləlik zamanı dövr edən qanın həcminin artması hesabına fizioloji hemodilyusiya inkişaf edir, eritrositlərin sayının artması ilə nəticələnir, çoxlu miqdarda dəmir tələb edir. Ona görə də gələcək ana orqanizmində hemoqlobinin səviyyəsinə təkan vermək lazımdır.

Dəmir əvəzolunmaz element olub bir çox orqan və sistemlərdə hüceyrələrin funksiyasının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır. Dəmir hüceyrədaxili fermentlərin (katalaza, peroksidaza) işi və hüceyrə tənəffüsü üçün (sitoxrom) lazımdır. DNT-nin sintezində iştirak edir və hüceyrə tsiklini tənzimləyir, köndələn-zolaqlı əzələlərin (mioqlobin) yığılmasını təmin edir. İmmunitetə təsir edir. T-limfositlərin poroliferasiyasında iştirak edir, insulin effektini modulyasiya edir. Hər şeydən əvvəl isə dəmir hemoqlobinin sintezində oksigenin toxumalara çatdırmasını təmin edir.

Əvvəlki hamiləlikdən sonra dəmirin və müxtəlif mikroelemetlərin çatışmazlığı fonunda anemiyaya tez-tez rast gəlinir. Qeyd etmək lazımdır ki, həyat anamnezini nəzərə alaraq çox doğuşu olan qadınlarda mütəmadi olaraq kardioloqun müşahidəsində olmalıdırlar. Tez-tez doğuşlar və yüksək paritet fəal reproduktiv yaşda olan qadınların həyat fəaliyyətini aşağı salır. İndiyə qədər reproduktiv yaşlı qadınlar arasında çox doğan qadınlar yüksək faiz təşkil edir.

Müasir ədəbiyyatlarda ektragenital patologiyalar zamanı hamiləliyin gedişi probleminə həsr olunmuş işlər vardır. Lakin anemiyalı hamilə qadınlarda ürək-damar fəaliyyətini qiymətləndirən işlər azdır. Bu məqsədlə biz DDA-lı çox doğan qadınlarda ürək-damar fəaliyyətinin işini öyrənmişik.

Məqsəd: Dəmir defisitli anemiyalı çox doğan qadınlarda ürək-damar fəaliyyətini öyrənmək.

Obyekt: Tədqiqat üç və daha artıq doğuşu olan 160 hamilə qadın üzərində aparılmışdır. I müqayisə qrupu 40 anemiyasız hamilə, II əsas qrup anemiyası olan 120 hamilə qadın götürülmüşdür.

Material və müayinə metodları: Tədqiqat 160 hamilə qadın üzərində aparılmışdır. Tədqiqat ATU-nun II mamalıq-ginekologiya kafedrası nəzdində olan Şamama Ələsgərova adına 5 saylı doğum evinə müraciət edən (2014-2023-ci illər) qadınlar üzərində aparılmışdır. ÜST ekspertlərinin hemoqlobinin konsentrasiyasından asılı olaraq verdiyi təsnifata əsasən I dərəcəli Hb 100-110 q/l; II dərəcəli 70-99 q/l; III dərəcəli <70 q/l-dən aşağı götürülmüşdür. Müayinə olunan hamilələr arasında I müqayisə qrupunda anemiyası olmayan 40 sağlam qadın, II əsas qrupda isə anemiyası olan 120 hamilə qadın olmuşdur. Hemoqramma “Mythic 18” (İsveçrə) hemotoloji analizatorunun vasitəsi ilə, zərdab dəmiri “Human” (Almaniya) firmasına məxsus reaktiv dəsti ilə xromozurol (CAB) metodu vasitəsilə biokimyəvi metodla, zərdab ferritin “Pishtaz Teb” (İran İslam Respublikası) firmasının reaktiv dəsti vasitəsilə bərkfazalı immunoferment (ELISA) üsulu ilə öyrənilmişdir.

Hamilələrdə elektrokardioqramma BTL cardio Point DEMO BTL-08 SD ECG version2. 2318524.06, 2014-cü ildə Birləşmiş Krallıqda istehsal olunan aparatura ilə öyrənilmişdir. Bütün hamilə qadınlar hamiləliyin gedişi boyunca vaxtaşırı HİV, RW, HCV, HbsAg, USM, KTQ, Dopplerometriya aparılmışdır. EKQ-də ürəyin elektrik oxunda dişciklərin normal hüdudu aşağıdakı kimi müəyyən edilmişdir. R-R=1-0,60″, PQ=0,12-0,20″, QRS=0,07-0,10″, QT=0,34-0,44″, Ü.V.S.=60-99 vurğu 1 dəqiqədə.

Riyazi statistik analiz üsulları: Alınan nəticələr variasiya (U-Mann-Whitney) və dispersiya (ANOVA-test) analiz üsulları ilə SPSS-26 statistik paketində aparılmışdır.

Tədqiqatın nəticələri və müzakirə: Hemoqlobinin miqdarı orta hesablamada 12,0 median 12,0, interkvartil (Q1-Q3) 11,7-12,5; əsas qrupda orta hesablamada 9,2 median 9,4 interkvartil (Q1-Q3) 8,6-10,0 p<0,001, HCT miqdarı orta hesablamada 38,2, median 38,0, intercvartil (Q1-Q3) 37,2-39,0; əsas qrupda orta hesablamada 38,2 median 38,0 interkvartil (Q1-Q3) 28,9-32,2 pU<0,001; dəmirin miqdarı isə orta hesablamada 17,02, median 16,80 interkvartil (Q1-Q3) 16,10-17,70; əsas qrupda orta hesablamada 7,50 median 7,30 interkvartil (Q1-Q3) 6,40-8,70 pU<0,001, Ferritinin miqdarı müqayisə qrupunda orta hesablamada 21,0 median 19,6 interkvartil (Q1-Q3) 17,1-23,1, əsas qrupda isə orta hesablamada 16,3 median 11,2 interkvartil (Q1-Q3) 9,1-19,4 pU<0,001 olduğu müəyyən edilmişdir.

Ağır dərəcəli anemiyası olan çox doğan qadınlarda ağır dərəcəli anemiyalı hamilə qadında EKQ təsviri:
R-R=0,52″
PQ=0,16″
QRS=0,08″
QT=0,32″
Ü.V.S.=115 vurğu 1 dəqiqədə ritmikdir.

Ürəyin elektrik oxu normal. Sinus taxikardiyası qeyd olunur. ÜEO normal, ST seqmentinin qeyri-spesifik dəyişikliyi qeyd edilir.

Tədqiqat zamanı müəyyən olundu ki, RR intervalında müqayisə qrupunda orta hesablamada 0,83″ median 0,86″ intercvartil (Q1-Q3) 0,77″-0,88″, əsas qrupda isə orta hesablamada 0,60″, median 0,60″, intercvartil (Q1-Q3) 0,57″-0,63″ pU˂0,001 olmuşdur. PQ dişciyində isə müqayisə qrupunda orta hesablamada 0,15″ median 0,15″ intercvartil (Q1-Q3) 0,13″-0,17″, əsas qrupda isə orta hesablamada 0,14″, median 0,14″, intercvartil (Q1-Q3) 0,12″-0,16″ pU˂0,005 olmuşdur.

QRS kompleksində müqayisə qrupunda orta hesablamada 0,078″ median 0,080″ intercvartil (Q1-Q3) 0,070″-0,080″, əsas qrupda isə orta hesablamada 0,080″, median 0,080″, intercvartil (Q1-Q3) 0,070″-0,090″ pU=0,322 olmuşdur. QRS kompleksində dürüst fərq olmamışdır.

QT intervalında müqayisə qrupunda orta hesablamada 0,402″ median 0,41″ intercvartil (Q1-Q3) 0,39″-0,41″, əsas qrupda isə orta hesablamada 0,342″, median 0,34″, intercvartil (Q1-Q3) 0,33″-0,35″ pU˂0,001 olmuşdur.

Ü.V.S. müqayisə qrupunda orta hesablamada 72,6 median 70,0 intercvartil (Q1-Q3) 68,0-78,0, əsas qrupda isə orta hesablamada 99,8, median 100,0, intercvartil (Q1-Q3) 94,5-105,5 pU˂0,001 olmuşdur. 

Dəmir defisitində əsas amillər ana və döl orqanizminə kəskin zədələyici təsir edən ikincili metabolik pozulmanın inkişafı ilə nəticələnən toxuma hipoksiyasıdır. Bundan başqa hamiləlik zamanı oksigenə təlabat 15-33%-ə qədər artır. Bu isə hipoksiyanı dərinləşdirir. Ağır dərəcəli anemiyada toxuma, hemik və sirkulyator hipoksiya inkişaf edir. Bu isə miokardda distrofik dəyişikliklərin yaranmasına gətirib çıxarır, onun yığılma qabiliyyəti pozulur və qan dövranının hipokinetik tipli inkişafına səbəb olur.

ÜST tədqiqatlarının və Dünya bankının məlumatlarına əsasən 15-44 yaş arasında olan qadınlar əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbinə görə DDA üçüncü yerdədir.

Hamiləlik zamanı anemiyanın xarakter əlaməti: əzginlik, ümumi zəiflik, başgicəllənmə, qulaqlarda küy, dəri və görünən selikli qişaların avazıması; karotin mübadiləsinin pozulması nəticəsində “mavi” skleranın olması; distrofik dəyişikliklər nəticəsində əllərin, burundodaq üçbucağı nahiyyəsinin yüngül sarılığı; əzələ zəifliyi; patofagiya (iştahanın təhrifi); patoosmiya (qeyri-adi iylərə qarşı asılılıq); saçların və dırnaqların qırılması; heylit; həzmin pozulması, izaholunmaz diareya, qastrit əlamətləri; qeyri-iradi sidik qaçırma (sfinkterin zəifləməsi nəticəsində); ürək-damar sisteminin zədələnmə əlamətləri (taxikardiya, ürək döyünmə, təngənəfəslik, sinədə ağrı və bəzən ayaqlarda ödem).

DDA-nın kliniki əlamətlərinin baş verməsi ağır dərəcəli anemiya zamanı və uzun müddət anemiyanın olub, lakin müalicə almayan pasientlərdə müşahidə olunur.

Hamiləlik zamanı ürək-damar xəstəlikləri xəstəliklərin və ölümün səbəbi kimi vacib yerdə durur, belə ki, bütün hamiləliklərin 1-4%-də rast gəlinir1 Birləşmiş Ştatlarda son onillikdə cardiovaskulyar xəstəliklər artmışdır, indi isə hamiləliklə əlaqədar ölümün səbəbi kimi başda durur. Ana, perinatal xəstəliklər və ölüm bütün dünyada ananın sağlamlığını təmin etmək üçün əvvəlki kimi ciddi problem olaraq qalır.

Ədəbiyyat məlumatlarına görə hamiləlik zamanı qan-damar xəstəlikləri 25,52% təşkil edir. Onlardan ən çox ürəyin ritminin və keçiriciliyinin pozulması 31,70% olmuşdur.

Hamiləlik zamanı ürək ritminin pozulmasının müxtəlifliyi 10-15% hallarda rast gəlinir və ürəkdə üzvü patoloji dəyişiklik olmur. Çox vaxt onlar simptomsuz olur və xoşxassəli xarakterlidir. Bu qrup qadınlarda aritmiyanın inkişafının əhəmiyyətli rolu hipersimpatikotoniya müşahidə olunmuşdur, “ana-çift-döl” sisteminin funksiyasının yeni şəraitə adaptasiya reaksiyasıdır. Adaptasiya prosesinin tənziminin vacib rolu hestasiyanın bütün dövründə homeostazın dəstəyinə yönəlir və vegatativ sinir sisteminə aiddir. Ürək ritmi ürəyin keçiricilik sistemi ilə əlaqəni əks etdirir, vegatativ sinir sistemi, mərkəzi sinir sistemi və humoral təsirlə tənzim olunur.

Yekun: Biz bu gün Elmi-Texniki İnkişafın vüsət aldığı bir dövrdə yaşayırıq. Bu inkişaf bizim həyatımızın bütün sahələrinə sirayət etmişdir. Təbabət bu sahələr arasında özünəməxsus yer tutur. Bu gün tibb elmləri sürətlə inkişaf edir və bu günkü elmi-texniki inkişafdan bəhrələnir. Bir çox xəstələrin diaqnostikasında yeni müayinə üsullarının tətbiqi hesabına həkimlərin işi daha da səmərəli olmuşdur. Lakin bütün yeni müayinə üsullarına baxmayaraq elektrokardioqrafik müayinə öz əhəmiyyətini saxlayır. EKQ-müayinə əhalinin bütün təbəqələri üçün əlçatandır. Məhz ona görə də hər bir hamilə qadın EKQ-müayinədən keçməlidir. Nəzərə alsaq ki, hamilə qadınlarda ürəyin işi hamiləliyin II və III üçaylıqlarında daha da artır, məhz bu üçaylıqlarda EKQ-müayinə məsləhət görülür. Bu ürəklə bağlı şikayətləri olan və olmayan bütün hamilələrə şamil edilməlidir. Çünki normal halda hamilələrdə ürəkdöyünmə, təngənəfəslik, ümumi zəiflik kimi şikayətlər olur. Bu şikayətlərin hamiləliklə bağlı olduğunu və ya ürəklə bağlı olduğunu aydınlaşdırmaq hər bir mama-ginekoloqun qarşısında durur. O biri tərəfdən son zamanlar ana ölümünün səbəblərindən biri olan peripartum kardiomiopatiya zamanı da hamilələrin əsas şikayətləri ümumi halsızlıq, təngənəfəslik, ürəkdöyünmə olduğunu nəzərdən qaçırmaq olmaz və bu xəstəlik adından göründüyü kimi hamiləliyin sonuna yaxın (32 həftədən sonra) rast gəlinir. Xəstəliyin ciddiliyini və proqnozun qeyri-qənaətbəxş olmasını nəzərə alaraq, hamilələri EKQ müayinədən keçirmək məqsədəuyğun olardı.

EKQ-də hamilələrdə normalda rast gəlinə bilər: Sinus taxikardiyası, ST seqmenti və T dişinin qeyri-spesifik dəyişiklikləri, qulaqcıq və mədəcik tipli ekstrasistoliyalar.

Şəkillər

Açar sözlər

İstinadlar

1. Qafarov I.A. Biostatistika. Bakı: Təbib, 2022, 240 s. ISBN: 978-9952-37-813-9.

2. Амонов И.И., Ашурова Н.Г., Азизова С.Р. Об особенностях репродиктивной системы многорожовших женщин с анемий и пиелонефритом // – Бухара Узбекистан: Наука Молодых, – 2015. – c. 121-126.

3. Батищева Г.А., Мубаракшина О.А., Сомова М.Н., Мубаракшин Э.А., Барбашино К.В. Фармакологическая коррекция железодефицитной анемии при беременности // Акушерство и гинекология, –2015. – №12, – c.122-126.

4. Выхристюк Ю.В., Ильенко Л.И., Шолина Р.И., Сичинова Л.Г., Караганова Е.Я., Плеханова Е.Р., Лебедев Е.В., Спиридонов Д. С. Железодефицитная анемия у беременных: принципи лечения и профилактики // Лечебное дело, – 2017. №1, – c. 24-34.

5. Доброхотова Ю.Э., Бахарева И.В. Железодефцитная анемия: профилактика и лечение при беременност // Лечебное дело, –2016. №3, – с. 4-13.

6. Евсеев А.А., Пивоварова О.Ю., Аграновская А.В. Принципы лечения железодефицитной анемии у женщин с гинекологической потологией // Акушерство гинекология,– 2014. №10, – 111-115 c.

7. Жатконбаева Г.Ж., Станбекова А.Н., Ирисбекова И.А., Шолкарбекова Ф.Т., Туржан-Али М.А., Шайык Т.Т. Сравнителная характеристика на течения беременности и родов у многорожавших на фоне артериальной гипертонзии // Медицина (Алматы), – 2018. №1 (187). – c. 35-38.

8. Литовка К.В., Намитоков А.М., Хуако Г.А., Солодилова О.Ю., Выскубова Е.В., Барбухатти К.О., Космачева Е.Д. Клинический случай инфекционного эндокардита в послеродовом периоде у много ражовших женщины // Кардиология: новости, мнения, обучение, – 2018. Т.6.№3. – c. 83-87.

9. Муминова К.Т. Витаминно-минеральные комплексы и беременность: Известные факты и доказательные данные // Медицинский совет, –2016ш №12,– c. 24-33.

10. Потапова М.В., Макарова Ю.А, Шамрова Е.А., Белова О.А. Сердечно-сосудистые заболевания у женщин во время беременности, особенности патогенеза и клинического течения // Научное обозрение №3, 2021, с.85-89.

11. Приначкина Е.А., Филев А.П., Говорин А.В., Муха Н.В., Василенко П.В. Еффективность применения бета-адреноблокаторов при идиопатической желудочковой тахикардии у беременных // АСТА Вiomedica Scientifica, – 2018, Vol 3 N1, – c. 21-25.

12. Сокур Т.Н., Дубровина Н.В., Федерова Ю.В. Прицины профилактики и лечения железодефцитных анемий у беременных // Гинекология том 09, – 2007. №2.– c. 8-14.

13. Тихомиров А.Л., Сарсания С.И., Ночевкин Е.В. Лечение, диагностика и адекватная профилактика железодифицитных состояний в практике акушера-гинеколога / Акушерство и гинекология, – 2015. №4, – c. 69-74.

14. Хитиева М.Я. Механизм формированных гестационных осложнений у многорожовших женщин // Диссертация на соискание ученой степени кандидата медицинских наук, – Ростов-на-Дону: – 2018, – c.129.

15. Чесникова А.И., Коломацкая О.Е., Сафроненко В.А., Скаржинская И.С. Актуальные вопросы ведения беременных с нарушениями ритма сердца // Современный взгляд проблему. Терапия №1 (35) – 2020. – c. 69-77.

16. Esen Uİ. İron deficiency anemia in pregnancy: The role of parenteral iron // J. Obstet Gynaecol. – 2017 Jan, 37 (1): – p. 15-18.

17. Ella Magun, MD, Ersilia M. DeFillippis, MD, Sarah Noble, MD, Anita LaSala, MD, et al. Cardiovascular care for pregnant women with cardiovascular disease // Journal of the American College of Cardiology, 2020 by the American College of Cardiology Foundation published by Elsevier, vol. 76, N0.18. 2020. p. 2102-2113.

18. Goldberger’s Clinical Electrocar- diography: A Simplified Approach 9th Edition by Ary L Goldberger MD FACC (Author), Zachary D.Goldberger MD, FACC FHRS (Author) Alexei Shvilkin MD

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 28.Dec.2024

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

COVID-19 keçirmiş xəstələrdə koronar arteriyaların stentləşməsindən sonra sol mədəciyin deformasiyasının erkən qiymətləndirilməsi miokardın mənfi remodelingini proqnozlaşdırır

Baxılıb: 105