Abstrakt
Bu tədqiqat işində süd vəzi xərçəngi əməliyyatı keçirmiş və aritmiyası olan xəstələrin həyat keyfiyyətinin qiymətləndirilməsində süni intellektin (Aİ) tətbiqi araşdırılmışdır. Tədqiqatda 2015–2020-ci illərdə “Ömür” klinikasında müalicə almış, metastazı olmayan 70 xəstə (kontrol qrupu) və regionar limfa düyünlərinə metastaz verərək limfostaz yaranmış 45 xəstə (əsas qrup) iştirak etmişdir. Əsas məqsəd aritmiyaların xəstələrin rifahına və əməliyyatdan sonra ümumi həyat keyfiyyətinə təsirini müəyyən etməkdir.
Əsas mətn
Materiallar və üsullar: Tədqiqatda həm əsas, həm də nəzarət qruplarında Holter EKQ monitorinqi aparılmışdır. Holter EKQ monitorinqinin müayinə kriteriyaları Amerika Ürək Assosiasiyasının tövsiyələrinə əsaslanırdı. Müayinəyə əsas göstəriş xəstənin ürək döyüntüləri ilə bağlı şikayətləri idi. Müayinələr tamamlandıqdan və pasiyentlər sağaldıqdan sonra, üçüncü ildə, EORTC QLQ-C30 sorğusunun 3.0 versiyası tətbiq olunmuşdur. Sorğu ümumi sağlamlıq vəziyyətini göstərən müxtəlif suallar və 6 şkaladan ibarət idi. Süni intellekt proqramlarından Watson, DynaMed və Micromedex istifadə edilmişdir.
Nəticələr: Tədqiqat göstərdi ki, süd vəzi xərçəngi xəstələrində, xüsusilə limfastazı olanlarda, aritmiyaların yaranması ilə bağlı yeni məlumatlar aşkar edilmişdir. Holter monitorinqi və digər instrumental müayinələrdən toplanmış məlumatların təhlili üçün süni intellekt alqoritmlərindən istifadə olunmuşdur.
1.Aritmiyaların dərəcəsi artdıqca, süd vəzi xərçəngi olan pasiyentlərin həyat keyfiyyəti göstəriciləri eyni xəstəliyi olan digər xəstələrə nisbətən daha aşağı olur.
2.Limfastazı olan xəstələrdə emosional vəziyyətin pisləşməsi, daha yüksək səviyyəli ağrı sindromu müşahidə olunur; yorğunluq və halsızlıq kimi qeyri-spesifik əlamətlər daha çox təzahür edir.
Yekun: Süni intellekt aritmiyaları olan döş xərçəngi xəstələrinin həyat keyfiyyətini araşdırmaqda və anlamaqda əsas rol oynayır. Süni intellektin ənənəvi diaqnostika üsulları ilə inteqrasiyası fərdiləşdirilmiş müalicə strategiyalarının hazırlanması üçün məlumatların toplanması, təhlili, dəqiqliyi və səmərəliliyini artırır.
Şəkillər
Açar sözlər
İstinadlar
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 28.Dec.2024
Müəllif hüququ
© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Perkutan koronar müdaxilə olmuş xəstələrin covıd-19 pandemiyası zamanı klinik nəticələrinin təhlili
Baxılıb: 219

