Abstrakt

Arterial hipertenziya ürək-damar sistemi xəstəliklərinin inkişafı üçün əsas risk faktoru olaraq öz aktuallığını müasir dövrümüzdə də qoruyub saxlayır. Çox vaxt arterial hipertenziya zamanı iltihab prosesləri ilə yanaşı qeyrispesifik iltihab markerlərinin də (hs-CRZ, İL-6, TNF-α, sortilin və s.) rolunu da vurğulayırlar. Xüsusiylə də son dövrlərdə sortilin və onun sələflərinin atreoskleroz, ürək-damar və karotid arter xəstəliklərinin inkişafında rolu ön plana çəkilir. Həmçinin lipid profil göstəricilərindən sayılan apo-A və apo-B müasir diaqnostik dəyərləndirmələrdə daha çox diqqət mərkəzinə alınır.

Əsas mətn

İşin məqsədi.

Tədqiqat işimizin məqsədi yüksək qan təzyiqi müşahidə olunan pasientlərdə hipertenziyanın erkən diaqnostikası, mövcud risk faktorlarının öncədən qiymətləndirilməsi və proiltihabi marker olan sortilinin arterial hipertenziyanın inkişafında prediktor rolunu göstərmək olmuşdur.

Material və metodlar.

Mövcud elmi tədqiqat işi üçün 25–45 yaş arasında olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarında xidmət edən hərbiçilər cəlb olunub. Tədqiqatımız zamanı 2019-cu ilin yanvarından 2021-ci ilin sentyabrına qədər 120 xəstənin ümumi sayı çalışdığımız prospektivli tədqiqata daxil olmaq üçün qiymətləndirilib. Xəstələr hipertenziya diaqnozu ilə (55 xəstə) və nəzarət (65 sağlam) olmaqla, hamısı kişi olmaqla 2 qrupa bölünmüşdür. Biokimyəvi parametrlərinin ölçülməsi IMMAGE 800 analizatoru (Beckman Coulter, CA, ABŞ) vasitəsiylə Almaniya istehsalı olan ELİSA (Sigma-Aldrich, USA) reaktivindən istifadə olunaraq aparılıb. Müvafiq statistik test və korrelyasiya analizləri aparılmışdır.

Nəticələr.

Bu nəticələr onu göstərdi ki, 25–45 yaş arası olan hərbiçilərdə arterial hipertenziyanın yayılma dərəcəsi ortalama 7,8 % təşkil edir. Serum sortilin səviyyələri 1,75 ng/ml-dən yuxarı 76% həssaslıq və 66% spesifiklik ilə arterial hipertenziya prediktə etmiş oldu. Həmçinin hipertenziyalı hərbi qulluqçularda proiltihabi marker olan serum sortilin apo-B və LDL ilə pozitiv (P~0.001) korelyasiya təsbit olundu.

Yekun.

Mövcud tədqiqat işimizdə arterial hipertenziyalı xəstələrdə gələcəkdə ola biləcək yüksək qan təzyiqi xəstəliklərini öncədən müəyyənləşdirmək məqsədi ilə proiltihabi marker olan sortilinin və apo-B dəyərlərinin prediktor əhəmiyyətinin önəmi öz təsdiqini tapmışdır.

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 28.Dec.2024

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

İnfarktdan sonrakı kardioskleroz olan xəstələrdə sol qulaqcığın remodelləşməsinin ekstrasistolik aritmiyaların yaranmasına və miokardın elektrofizioloji proseslərinə təsiri

Baxılıb: 147