Abstrakt

Son zamanlar, işemik mənşəli ürək çatışmazlığı xəstələrində miokardın revaskulyarizasiyasının məqsədəuyğunluğu böyük maraq doğurur və müzakirə mövzusudur. Tədqiqatımızın məqsədi revaskulyarizasiyadan sonrakı dövrdə SMAF ≤35% olan xəstələrdə aorto-koronar şuntlama əməliyyatı və endovaskulyar revaskulyarizasiyanın effektivliyinin müqayisəli qiymətləndirilməsidir.

Əsas mətn

Materiallar və metodlar: Tədqiqata miokard infarktı keçirmiş və sol mədəciyinin atım fraksiyası azalmış (LVEF <35%) 416 xəstə daxil edilmişdir.

I qrupa koronar angioqrafiyadan sonra aparılan ürək MRT müayinəsində gec kontrastlaşma aşkar edilən 192 xəstə daxil idi. II qrupa əvvəllər miokard canlılığı araşdırılmadan əməliyyat olunmuş 224 xəstə daxil idi. Tədqiq olunan qruplar klinik və demoqrafik xüsusiyyətlərinə görə müqayisə edilə bilər.

Nəticələr: I qrupda canlı miokard aşkarlandığı xəstə sayı 164 olmuş və revaskulyarizasiya olunmuş xəstələrdən 92 (56,1%) nəfərinə PKM, 72 (43,9%) nəfərinə isə AKŞ aparılmışdır. II qrupda isə 224 revaskulyarizasiya olunmuş xəstədən 122 (54,5%) nəfərinə PKM, 102 (45,5%) nəfərinə isə AKŞ aparılmışdır.

I qrupda 98 (59,8%) xəstəyə, II qrupda isə 136 (60,7%) xəstəyə tam anatomik revaskulyarizasiya aparılmışdır. Anatomik olaraq natamam revaskulyarizasiya halları müvafiq olaraq 40,2% və 39,3% təşkil etmişdir. Qeyd etmək lazımdır ki, I və II qruplar bu göstəricilər baxımından müqayisə ediləndə əhəmiyyətli fərq müşahidə olunmamışdır (p = 0,3453).

Klinik-demoqrafik, angioqrafik və morfofunksional xüsusiyyətlərin tam anatomik revaskulyarizasiyanın aparılması imkanlarına təsirinin faktor təhlili göstərdi ki, 3-dən çox koronar arteriya zədələnməsi (χ² = 13,833; p = 0,0001), kalsifikasiyanın mövcudluğu (χ² = 4,65; p = 0,039) və bir arteriyada zədələnmə uzunluğunun >20 mm olması (χ² = 4,640; p = 0,009) hallarında, istifadə edilən revaskulyarizasiya üsulundan asılı olmayaraq, tam anatomik miokard revaskulyarizasiyasının aparılma tezliyi əhəmiyyətli dərəcədə aşağı olur.

Nəticə: Sol mədəciyinin atım fraksiyası azalmış (<35%) xəstələrdə AKŞ ilə yanaşı, PKM də seçilmiş müalicə üsulu ola bilər.

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 28.Dec.2024

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

İşemik mənşəli sol mədəciyin ciddi azalmış atım fraksiyalı xəstələrdə miokard revaskulyarizasiyanın arzuolunmaz proqnoz amilləri

Baxılıb: 168