Abstrakt

Bu çalışma COVID-19 pandemiyasının daha əvvəl perkutan koronar müdaxilə (PKM) olunmuş xəstələrə necə təsir etdiyini araşdırmaq məqsədi daşıyır. Çalışmada ölüm, hospitalizasiya, təkrar revaskulyarizasiya kimi klinik nəticələr və yoluxmanın bu nəticələrə təsiri araşdırılmışdır.

Əsas mətn

Material və metodlar: Çalışmaya COVİD-19 infeksiyasına yoluxan 448 və yoluxmayan 810 xəstənin nəticələri daxil edilmişdir. 1258 PKM xəstəsinin demoqrafik məlumatları, yanaşı xəstəlikləri və klinik nəticələri retrospektiv təhlil edilmişdir.

Nəticələr: İlkin demoqrafik xüsusiyyətlərin təhlilində COVID-19 müsbət və mənfi kohortlar arasında siqaret çəkmə vərdişində (33,7% -ə qarşı 43,7%, p = 0,001) və diabetin yayılmasında (40,2% -ə qarşı 32,3%, p = 0,005) əhəmiyyətli fərqlər aşkar edildi. Klinik nəticələr kontrol koronar angioqrafiyası (KAQ), təkrar revaskulyarizasiya və bütün səbəblərdən ölüm hallarında əhəmiyyətli fərq göstərməmişdir. Bununla belə, COVID-19 pozitiv xəstə qrupunda hospitalizasiyanın əhəmiyyətli dərəcədə yüksək nisbətləri (18,8%-ə qarşı 0%, p <0,001) və əksəriyyəti COVID-19 səbəbli olmaqla ölüm halları (75%, p< 0,001) müşahidə edildi.

Yekun: Bu tədqiqat COVID-19 pandemiyası zamanı PKM xəstələrinin klinik gedişi haqqında daha aydın təsəvvür yaradır. Hospitalizasiyanın və COVID-19 ilə bağlı ölümlərin yüksək nisbətləri bu xəstə populyasiyasına daha ciddi nəzarət olunmasını vurğulayır.

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 28.Dec.2024

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Süni İntellektin Rolunun Ritm Pozğunluqları Olan Xəstələrdə Süd vəzisi Xərçəngi Əməliyyatı Sonrası Həyat Keyfiyyətinin Araşdırılmasında

Baxılıb: 157