Abstrakt
Azərbaycan Kardiologiya Cəmiyyətinin 3-cü Milli Konqresi 05-06 dekabr 2014 –cü il tarixdə Bakı şəhərində keçirilmişdir. Hər il konqresə maraq daha da artır. Bu il konqresə qatılanların sayı ilk konqreslə müqayisədə təqribən iki dəfə artıq idi. Təqribi olaraq qeydiyyatdan keçənlərin sayı 700 nəfər təşkil etdi. Milli konqres olmaği ilə bərabər həmçinin, Türkiyə , Yunanıstan, Almaniya, Rusiyadan qonaqlar iştirak edirdi.
Əsas mətn
Azərbaycan Kardiologiya Cəmiyyətinin 3-cü Milli Konqresi 05-06 dekabr 2014 –cü il tarixdə Bakı şəhərində keçirilmişdir. Hər il konqresə maraq daha da artır. Bu il konqresə qatılanların sayı ilk konqreslə müqayisədə təqribən iki dəfə artıq idi. Təqribi olaraq qeydiyyatdan keçənlərin sayı 700 nəfər təşkil etdi. Milli konqres olmaği ilə bərabər həmçinin, Türkiyə , Yunanıstan, Almaniya, Rusiyadan qonaqlar iştirak edirdi.
Məruzə və çıxışların sayı çox və rəngarəng olduğundan bu dəfə də çıxışlar eyni zamanda dörd salonda dinləyicilərin nəzərinə çatdırılırdı. Çıxışlar demək olar ki, kardiologiyanın bütün sahələrini əhatə etməklə 4 salonda 28 müxtəlif başlıqla iclaslar formasında keçirildi. Bütün dünyada ölümlərin öndə gedən səbəbi olduğundan bu dəfə də ürəyin işemik xəstəliyi və ürık çatışmazlığı mövzularına xüsusi yer ayrılmışdır.
Bu konqresdə ilk dəfə olaraq 06.12.2014 tarixində elektrokardioqramma kursu keçirildi. Kurs daxilində aritmiyaların üzərində daha çox dayanmaqla oxunması çətin olan müxtəlif EKQ-lər haqqında ətraflı məlumat verildi. Kursda 80 dinləyici iştirak etdi. Daha sonra fəxri xiyabana ziyarət təşkil olundu.
Bu dəfə də pediatrik kardiologiya unudulmadı. Uşaqlarda miokard infarktı, anadangəlmə ürək qüsurları haqqında çıxışlar olundu. Pediatrik mövzular arasında Ürək qüsurlu uşaqlarda peyvəndlər necə aparılmalı adlı məruzə həm pediatrik kardioloqlar, həm də pediatrlar tərəfindən xüsusi maraqla qarşılandı.
Təbii ki, konqresdə Azərbaycan kardiologiyasının yeniliklləri və ilkləri xüsusi vurğulandı. Azərbaycan ilk dəfə TAVİ icra olunmuş xəstənin təqdimatı olundu.
Nadir rast gəlinan patologiyalardan hesab olunan konstriktiv perikardit və restriktiv kardiomuiopatiyanın differensial diaqnostikası adlı məruzə konqresin ən uğurlu çıxışlarıdndan idi. Məruzənin tərkibində diaqnozu təsdiqlənmiş və müalicə olunmuş konstriktiv perikarditli xəstənin təqdimatı oldu.
Hamilələrdə ürək xəstəlikləri kardiologiyanın ayrılmaz hissəsi olduğundan konqresdə hamilərdə qapaq xəstəlikləri və kardiomiopatiyalar mövzularına yer ayrılmışdır
Bu ilki konqresdə ilk dəfə olaraq kardiak görüntüləmə başlıqlı icıas keçirildi. İclasda Azərbaycanda hələ ilk addımlarını atan kardiak MRT və nuklear kardiologiya haqqında çıxışlar oldu, xəstə nümunələri təqdim olundu. Bu üsullar miokardın bəzi xəstəlikıərinin diaqnostikasında çox informativ olduğundan ölkəmizdə miokardın xəstələriklərinin daha dəqiq diaqnostika olunmasından öz töhvəsini artıq verir .
Ürəyin işemik xəstəliyi kimi beyin qan dövranının pozulması da oqranizmin ümumi damar patologiyasının son və çoxlu ağırlaşmaları olan nəticəsi olduğundan bu koqresdə də unudulmadı, invaziv müalicə üsullarına dair çıxışlar olundu. Bu sahədəki təcrübəmizin daha da artması gələcəkdə insultların nəticəsi olaraq əlilliyin və ölümün azalmasına gətirib çıxaracağına ümid edirik.
Aşağı ətarf arteriyalarına müdaxilələr artıq bütün dünyada kardioloqlar tərəfindən icra olunur. Konqresdə kardioloqlarımız bu sahədəki təcrübələrini paylaşmağı unutmadı.
Kardiologiyanın müasir yeniliklərini və uğurlarımızı unutmadığımız kimi keçmişimizi də unutmuruq. Bu konqresdə azərbaycan kardiocərrahiyyəsinin inkişafında xüsusi rolu olan mərhum Fikrət Zərgəlinin 85 illik yubileyinə həsr olunmuş simpozium bunu bir daha sübut etdi.
Konqresin əv son günündə Exokardioqrafik müayinələrdə problemlərimiz haqqında dəyirmi masa keçirildi. Dəyirmi masada bir neçə mübahisəli xəstənin exokardioqrafik müayinəsi müzakirə olundu.
Azərbaycan ürək damar xəstəlikıərinin yayılmasına görə dünyanın öndə gedən ölkələrindəndir. Bu səbəbdən Azərbaycan Kardiologiya Cəmiyyəti bu xəstəliklərin müalicəsi və profilaktikasını öz qarşısına məqsəd qoyaraq bu yolda addımlayır. Bütün tibbi yeniliklərin hər konqresdə kardioloqlarımıza çatdırmağa çalışır. Bu yolda uğurlarının davamı olacağına əminik.
Şəkillər
Açar sözlər
İstinadlar
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 23.Aug.2014
Müəllif hüququ
© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 244