Abstrakt
Aparılan tədqiqatın məqsədi xroniki ürək çatışmazlığı və anemiyası olan xəstələrin müxtəlif müalicə üsulları fonunda qan zərdabında N T pro BNP –nin səviyyəsinin öyrənilməsidir. Material və üsullar. İşemik etiologiyalı I-IV sinif (NYHA) xroniki ürək çatışmazlığı ilə olan 208 xəstə 45-75 yaşlarda açıq randomizəedici tədqiqata qatılmışdır. 174 xəstədə anemik sindrom qeyd edilmişdir. Tədqiqata qatılan xəstələrdən 78-i kişi (44,8%), 96-ı isə qadın (55,2%) olmuşlar.Xəstələrin orta yaşı 60,6±1,4 il olmuşdur. Aparılan müalicədən asılı olaraq xəstələr 4 qrupa bölünmüşlər. Iqrup xəstələr yalnız bazis preparatlarla müalicə almışlar (AÇF ingibitorları,β-blokatorlar, diuretiklər, qlikozidlər,nitratlar); II qrup xəstələrə bazis preparatlar+ metoksipolietilen qlikol epoetin B ilə kombinə müalicə təyin edilmişdir; III qrup xəstələrə bazis preparatlar+ vena daxili dəmir preparatları ilə kombinə müalicə təyin edilmişdir; (bura dəmir defisiti diaqnozu müəyyənləşən xəstələr daxil olmuşdurlar); IV qrup xəstələrə bazis preparatlar+ metoksipoli etilen qlikol epoetin B+ vena daxili dəmir preparatları ilə kombinə müalicə təyin edilmişdir. Hb, dəmirin ,ferritinin, transferrinin,eritrpoetinin, NT pro BNP-nin səviyyəsini zərdabda,sol mədəcik miokardının sistolik və diastolik funksiyasının parametrləri müalicədən əvvəl və sonra öyrənilmişdir.
Əsas mətn
Xroniki ürək çatışmazlığının (XÜÇ) patogenezində anemiya əvvəlkindən daha mühüm yer tutur.
XÜÇ və anemiya olan xəstələrdə beyin natrium uretik peptidin N axır fraqmentinin (NT pro BNP) diaqnostika, uzunmüddətli proqnozun qiymətləndiriməsi məqsədi ilə örgənilməsi maraq doğurur. Belə ki BNP və NT pro BNP-nin zərdabda miqdarını dinamikasına əsasən aparılan müalicənin effektvliyinin dəyərlənməsi və dərmanların dozalarının titrasiyası xüsusi yer ayrılılır.
Məlumdur ki , XÜÇ BNP ürək mədəciklərində sintez edilir. XÜÇ zamanı sol mədəciyin (SM) disfunksiyasının yaranması və inkişafı müşayət edilir NT pro BNP-in miqdarının zərdabda BNP –in sıviyyəsindən 2-10 dəfə artması ilə. Natrium uretik peptidlərin (NUP) səviyyəsi ilə SM sistolik və diastolik disfunksiyasının diaqnostikasının imkanlarını subut edilmişdir exokardioqrafik parametrlərinin BNP –in səviyyəsi ilə müqayisəsi.[1].
XÜÇ xəstələrinin zərdabında NT pro BNP və BNP səviyyələri diaqnostik və proqnostik rollardan başqa , aparılan terapiyanın monitoringi və effektivliyinin qiymətləndirilməsi məqsədi ilə də itifadə edilə bilər.М.Yoshimura və müəl. apardığı tədqiqat [2] göstərmişdir ki, BNP səviyyəsinin kontrolu müalicənin effektivliyinin qiymətləndirilməsi üçün əsas kriteri hesab olunur. Mədəcik taxikardiyaları ilə II-IV NYHA sinif XÜÇ xəstələrində T.Shigo və müəl. [3] BNP sıviyyəsinin dinamikasını qiymətləndirmişdirlər amiodaronla müalicə fonunda. Ancaq β- blokatorlarıni NT pro BNP səviyyəsinə təsirini qiymətləndirən tədqiqatların nəticələri mübahisəlidir [4-7]. İzolya diastolik didfunksiyası olan pasiyentlərdə BNP –in zərdabda səviyyəsi ağırlıq dərəcəsinə dürüst yüksək olmuşdur [8].
BNP–in səviyyəsinə görə XÜÇ mürəkkəb formalarının differensasial diaqnostikasının etmək, solmədəcik disfunkasiyasının ağırlğını qiymətləndirmək,müalicə taktikasını seçmək və onun effektivliyini kontrol etmək,proqnozu müəyyən etmək mümkünlüyu tapılmışdır[9]. Beləliklə BNP və onun axır fraqmentini NT pro BNP təyini aparılan terapiyanın effektlivliyinin qiymətləndirilməsinə kömək edir .
Mariles A.M. [10] tərəfindən aparılan tədqiqatlar durğunluq ürək çatmamazlığı olan qadınlarda 20 həftə ərzində NT pro BNP 128 pg/ml çox artımını subut etmişdir. Anemik sindromlu XÜÇ xəstələrində indiyənə kimi eritropoetin vasitələri ( EPO) , dəmir vasitələri ilə müalicə fonunda NT pro BNP –in qan zərdabında səviyyəsi az örgənilmişdir və yaxud örgənilməmişdir [11-14].
Aparılan tədqiqatın məqsədi anemiyalı XÜÇ xəstələrin qan zərdabında NT pro BNP bazis preparatlarla, EPO preparatları ilə, dəmir preparatları ilə , kombinə EPO və dəmir preparatları ilə aparılan müalicə üsulları fonunda səviyyəsinin təyini .
Material və üsullar.
208 I-IV NYHA funksional sinifi (FS) olan (FK –in orta səviyyəsi 3±0,85 ) XÜÇ xəstələri, 45-75 yaşlarında açıq randomizə edlən tədqiqata qatılmışlar. Xəstələrdə XÜÇ işemik etiologiyalı olmuşdurlar.
158 xəstə anamnezdə miokard infarktı keçirmişdirlər ( 1 ildən 10 ilə kimi). 174 xəstədə XÜÇ və anemiya diaqnozlaşdırılmışdır,onlardan 44,8% (78 xəstə )kişi idi və 55,2% ( 96 xəstə) qadın idir. Xəstələrin yaşı 41 dən 75 kimi olmuşdur.Xəstələrin orta yaşı 60,6±1,4 il olmuşdur. Xəstəliyin orta davamiyyəti 16,5±1,2 il olmuçdur. Qadılarda anemiya diaqnozu qoyulmuşdur hemoqlobinin səviyyəsi (Hb) 11g/dl az olduqda, kişilərdə isə 12g/dl olduqda. Aparılan müalicə taktikasına görə xəstələr 4 qrupa bölünmüşlər.Yalnız bazis preparatlarla (AÇF-inhibitorları, β-blokatorlar,diuretiklər,qlikozidlər, nitratlar) müalicə alan 49 xəstə I qrupa daxil olmuşlar.Bazis preparatlarla metoksipolietilenglikol epoetin beta (MEB) kombinə müalicə alan 38 xəstələr II qrupa daxil olmuşlar. Bazis preparatlarla vena daxili dəmir preparatı ilə kombinə müalicə alan 43 xəstər III qrupa daxil olmuşlar ( bu qrupa daxil olan xəstələrdə dəmir defisiti ( DD) diaqnozlaşdırılmışdır) Bazis preparatlarla MEB və vena daxili dəmir preparatı ilə kombinə müalicə alan 44 xəstə IV qrupa daxil olmuşlar. Kliniki tədqiqata qatılan xəstələr öz növbəsində XÜÇ FS –dən asılı olaraq iki qrupa bölünmüşlər: XÜÇ I-II FS və XÜÇ III-IV FS. I qrupa daxil olmuşlar 27 xəstə anemiyalı XÜÇ işemik etiologiyalı І- ІІ FS və 22 xəstə ІІІ-ІV FS . 49 xəstədən 34 ХÜÇ ІІІ-ІV FS stabil stenokardiya (SS) nəticəsində yaranıb, 15 xəstədə ХÜÇ infarktdansonraki (İK) nəticəsində əmələ gəlib, 8 xəstədə yanaşı II tip şəkərli diabet (ŞD) diaqnozlaşdırılmışdır.,1 xəstədə arterial hipertenziya (АH) qeyd edilmişlər.
ІІ qrupda müayinə edilən 38 anemiyalı XÜÇ xəstələrin müalicəsinə 0,60 mkg/kg ( 50 V) dozada MEB ayda 1 dəfə təyin edilmişdir . Əgəar Hb səviyyəsi ay ərzində 10 g/l artmırsa preparatın dozasını hər ay 25% artyırılırdı Hb hədəf dozasına qalxana kimi. Əgər Hb səviyyəsinin sürəti ayda 2 g/л artırsa, və Hb səviyyəsi 120 gг/l olduqda , preparatın dozasını 25% azaldırlar.Əgər Hb səviyyəsinın artımı davam edirdirsə, MEB ilə müalicə saxlanılırdı.EPO ilə müalicə DD olmayan xəstələrə təyin edilmışdir.DD diaqnozu ferritinin səviyyəsi 100 mkg/l az və yaxud ferritin 299 mkg/l,ancaq transferrinin saturasiyası (TS) 20% az olduqda təsdiq edilirdi . II qrup xəstələrindən 18 xəstə II FS anemiyalı ХÜÇ və 20 xəstə ІІІ FS XÜÇ olmuçlar. 38 xəstədən 19 ХÜÇ-gı ІІІ-ІV FS SS –ya nəticəsində və 19 xəstədə İK səbəbindən inkişaf etmişdir.Xəstələrin 8-də yanaşı 2 tip ŞD və 26 AH müşayət edilmışdir.
ІІІ qrupda müayinə edilən 43 anemiyalı XÜÇ xəstələrin müalicəsinə təyin edilmişdir bazis preparatlarla 200 mg dozada vena daxili həftədə 2 dəfə 5 həftə müddətində (III) dəmir hidroksidinin saxaratı (Venofer). Vena daxili dəmir təyin edilmişdir anemiyalı və DD-i olan ХÜÇ xəstələrinə. ІІІ qrupa 20 I-II FS XÜÇ və 23 III-IV FS XÜÇ anemiyası olan xəstələr daxil o lmuşlar. 43 xəstədən 15-də ХÜÇ III=IV FS SS və 28- də İK səbəbindən inkişaf etmişdir. 13 xəstədə 2 tip ŞD və 31- də yanaşı AH müşayət edilmişdir..
ІV qrupda müayinə edilən 44 anemiyalı XÜÇ xəstələrin müalicəsinə təyin edilmişdir bazis preparatlarla 200 mg dozada vena daxili həftədə 2 dəfə 5 həftə müddətində (III) dəmir hidroksidinin saxaratı (Venofer) və 0,60 mkg/kg ( 50 V) dozada MEB ayda 1 dəfə təyin edilmışdir .Bu qrup xəstələrdədə DD müşahidə edilmişdir.ІV qrup xəstələrdən 24-də I-II FS və 20 -də ІІІ-ІV FS anemiyalı ХÜÇ xəstələr olmuşlar.44 xəstədən 17-də ХÜÇ-ğı ІІІ-ІV FS SS-ya və 27 İK səbəbindən inkişaf etmişdir. 19 xəstədə 2 tip ŞD və 30 xəstədə yanaşı AH –ya diaqnozlaşdırılmışdır. Tədqiqatın protokoluna görə ağır və yaxud bədxəssəli AH, beyin qan dövranı pozulmaları 12 aydan az,kəskin koronar sindrom, ağ ciyərlərin obstruktiv xəstəlikləri,psixiki pozulmalarla olan xəstələr istisna kriterilərinə aid edilmişdir.. Müayinə edilmiş anemik sindromlu XÜÇ-ğı xəstələrinin qrupplarla randomizasiyası 1,2 cədvəllərdı göstərilmişdir.
Cədvəl1. Müayinə olmuş xəstələrin kliniki göstəriciləri.
Müt.-mütlək say ,%-fayızda say, XÜÇ- xroniki ürək çatışmazlığı,NYHA- NewYork Heart Association Nyü-York Ürək Assosiasiyası, FS- funksional sinif, Mİ- miokard infarktı, ME-mədəcik ekstrasistolaları, АÇİ-angiotenzin çevirən ferment.
Cədvəl 2.Anemiya və XÜÇ xəstələrin demoqrafik və kliniki göstəriciləri.
SMAF-sol mədəciyin atım fraksiyası, NT pro BNP-N terminal brain natrium uretic peptide- N beyin natriiumuretik peptidin axır fraqmenti.
İşemik etiologiyal anemiyasız I-IVФS NYHA XÜÇ 34 xəstə control qrupu təşkil etmişdir Xəstələrin orta yaşı 58,4 ±1,6 ildir. Xəstəliyin orta müddəti 14,2±2,1. Xəstələrin 21 qadındır,13 –kişi. Əsas qruplara identik kontrol qrupda bölünmüçdür XÜÇ NYHA I-II FS, hansına ki daxil olmuşlar 16 xəstə., və XÜÇ IІІ - ІV NYHA FS ,hansına ki daxil olmuşlar 18 xəstə. 3 və 4 cədvəllərdə müayinə olmuş xəstələrin demoqrafik və kliniki göstəriciləri göstərilmişdir.
Cədvəl 3.Kontrol qrupun demoqrafik və kliniki göstəriciləri göstərilmişdir.
Müt.-mütlək rəqəm, %-fayız miqdar, ХÜÇ –xroniki ürək çatışmazlığı,NYHA- Nyu-York Ürək Assosiasiyası, FS-funksional sinif,Mİ-miokard infarktı,ME-mədəcik ekstrasisitoliyası,АÇF-angitenzin çevirən ferment.
Cədvəl 4.Kontrol qrupun kliniki göstəriciləri
SMAF-sol mədəciyin atım fraksiyası,NT pro BNP-N terminal brain natrium uretic peptide- beyin natriyuretik peptidin N axır fraqmenti.
Xəstələrin stasionar müayinəsinin erkən mərhələsində xəstələiyin anamnezi,şikayətləri, geniş örgənilmişdir , nəbzƏürək döyüntülərin sayı hesablanırdır, qollqrda AT ölçülürdü qanın və sidiyin ümumukliniki analızləri,qanın elektrolit tərkibi, lipid spektrin göstəriciləri ,qlukozanın,kreatininin, sidik turşusunun, qara ciyər sınaqlarının parametrləri ölçülürdülər.Xəstələri hamısında Hb ,dəmirin,ferritininin, transferrinin saturasiyası eritropoetinin, NTproBNP səviyyəsi müalicədən əvvəl və 1 ay sonra , SM miokardının sistolik və diastolic funksiyasının parametrləri müalicədədn əvvəl və 20 həftə sonra təyin edilmişdir..SMAF І FS XÜÇ xəstələrində 50% və az olmuşdur, II FS -45% nvə az, III FS- 35% və az, IV FS 25% və az olmuşdur .
Tədqiqat protokoluna daxil olan xəstələr müalicə proqramına daxil olandan sonra aşağıda göstərilən medikamentoz terapiya almışlar:AÇF ingibitorlar, angiotenzin-II reseptorlarının blokatorları,β- blokatorları,prolonq nitratları,diuretikləri, diqoksin, individual seçilmiş dozalarda və XÜÇ müalicəsi üzrə Milli Tövsiyyələrə əsasən. Aritmiyalı pasiyentlər antiaritmik preparatlar qəbul etmişlər. ME və səyrici aritmiyaları xəstələrə amiodaron təyin edilmişdir. Sinus taxikardiyası olan xəstələrə-ivabradin. AÇF ingibitorlardan perindopril, β- blokatorları bisopralol təyin edilmişdir. XÜÇ işemik etiologiyalı olduğuna görə, xəstələrə izosorbit dinitrat və izosorbit mononitrat təyin edilmişdir. Bəzi anemiyalı XÜÇ xəstələrinə yanaşı AH ilə kalsium antagonistləri tıyin edilmişdir.Yanaçı 2-tip ŞD olan xəstələrə qlikazid( diabeton МR),metoformin və yaxud insulinin prolonq preparatları təyin edilmişlər..
Statistik analiz.
Tədqiqat işinin nəticələrinin statistik işləmələrini Exel və Statistika proqramları ilə aparılmışdır.Alınan məlumatları Styudentin qoşa kriterilərinin istifadəsi ilə edilmlşdir. Əgər р<0,05 - fərqlər dürüst hesab olunurdular.
Tədqiqatın nəticələri və müzakirəsi.
Alınan nəticələrin müqayisəsi göstədi ki І qrupda I-II FS XÜÇ xəstələrinin qan zərdabında NT pro BNP sıviyyəsi azalırdı 1500±415,2 pq/ml dən 962,6±164,7 pq/ml kimi (р =1,2), III-IV FS XÜÇ xəstələrində isə azalırdı 1173±144,9 pq/ml dən 874,3±129,1 kimi(р=1,5). Beləliklə anemiyalı XÜÇ xəstələrində bazis preparatlarla müalicə fonunda NT pro BNP –nin səviyyəsinin müsbət dinamikası qeyri dürüstdür. Qeyri dürüst nəticələr XÜÇ xəstələrinin otta ağır və ağr formalarında müşahidə edilmişdirlər.
ІІ qrupda NT pro BNP səviyyəsi qan zərdabında I-II FS XÜÇ xəstələrdə azalmışdır 1779,5±206,9 pq/ml dən 837,3±198,6 pq/ml (р<0,01) kimi. III-IV FS XÜÇ xəstələrində NT pro BNP səviyyəsi qan zərdabında azalmışdır 1817,5±170,2 pq/ml dən 999,6±160,9 pq/ml (р<0,01) kimi. Maraq doğurur ki, anemiyalı XÜÇ xəstələrində MEB lə kombinə müalicə fonunda NT pro BNP səviyyəsinin azalması dürüst olmuşdur.Alınan nəticələr I-II FS və III-IV FS anrmiyalı XÜÇ dürüst olmuşlar.
ІІІ qrup xəstələrdə NT pro BNP səviyyəsi qan zərdabında dinamikası azalmışdır I-II FS XÜÇ xəstələrində 2245.4±175,1 pq/ml dən 1128,7±118 pq/ml (p< 0,001) kimi. III-IV FS XÜÇ xəstələrində NT pro BNP səviyyəsi qan zərdabında azalmışdır 2421±154 pq/ml dan 1782±184,4 pq/ml (р<0,05) kimi. Maraqlıdır ki , anemiyalı XÜÇ xəstələrində vena daxili dəmir preparatları ilə kombinə müalicə fonunda NT pro BNP müsbət dinamikası dürüst olmuşdur. Onuda qeyd etmək lazımdır ki, həm I-II FS və III-IV FS XÜÇ xəstələrində alınan nəticələr dürüst olmüşlar.
ІV qrup xəstələrdə NT pro BNP səviyyəsi qan zərdabında dinamikası azalmışdır I-II FS XÜÇ xəstələrində 2478,4±201,7 pq/ml dan 1128,7±118 pq/ml (р<0,001) kimi. III-IV FS XÜÇ xəstələrində isə NT pro BNP səviyyəsi qan zərdabında azalmışdır 2306,1±260,5 dan 1314,8±159,51 pq/ml ( р<0,01) kimi. Əvvəlki göstəricilərlə müqayisədə anemiyalı XÜÇ xəstələrində vena daxili dəmir preparatları və MEB ilə bazis preparatlarla kombinə müalicə fonunda NT pro BNP müsbət dinamikası dürüst olmuşdur. Alınan nəticələr göstərmişlər ki, həm I-II FS və III-IV FS XÜÇ xəstələrində alınan göstəricilər dürüst olmüşlar
Qrupalarla alınan nəticələrin müqayisəsi göstərmişdir ki, mülayim,orta ağır,ağır anemiyalı XÜÇ xəstələrində dörd müqayisəli müalicə taktkaları fonunda müalicə nəticəsindı NT pro BNP nin səviyyəsinin qan zərdabında azalmışdır. Ancaq bazis preparatlarla müalicə fonunda anemik sindromlu XÜÇ xəstələrində NT pro BNP nin səviyyəsi qan zərdabında azalması qeyri dürüst idi. I qrup xəstələrin müalicədən sonraki alınan nəticələrindən fərqli olaraq qalan üç qrupda NT pro BNP nin sıviyyəsinin qan zərdabında azalmasının dərəcəsi maraq doğrumuşdur.Müalicə taktikalarından asılı olaraq NT prp BNP nin səviyyəsinin zərdabda azalmasının dərəcəsinin nəticələrinin müqayisəsi 5 cədvəldə nümayiş edilmişdir.
Cədvəl 5. Anemik sindromlu XÜÇ xəstələrinin qan zərdabında NT pro BNP nin səviyyəsinin azalma göstəricilərinin müqayisəsi.
NT pro BNP –N terminal pro brain natriuretic peptide 5 cədvəldən görünür ki, bazis preparatlarla müalicə fonunda anemik sindromlu XÜÇ xəstələrində NT pro BNP nin səviyyəsi qan zərdabında azalması qeyri dürüst idi. Bunlar bildirir ki, belə kateqoriyalı xəstələrin müalicəsinin postulatı bi-rinci nüvbədə anemiyanın düzgün korreksiyasıdır. 5 cədvəldən görünür ki,anemik sindromlu XÜÇ xəstələrində aparılan müalicə üsulları fonunda ,daha çox NT pro BNP nin səviyyəsinin azalması dürüst ІV qrupun I-II FS XÜÇ xəstələrində müşahidə olunmuşdur. Bu qrupun ağır xəstələrində NT pro BNP nin səviyyəsinin qan zərdabında azalması- -42,98 % (p< 0,01 ) olmuşdur. Beləliklə І - ІІ FS anemiyalı XÜÇ xəstələrində üçqatlı kombinasiya MEB və vena daxili dəmir preparatla daha yüksək dərəcədə NT pro BNP nin səviyyəsini azaldır -54,45% ( p<0,001 ). Müalicə üsullarının nəticələrinin müqayisəsi І və ІІ FS anemiyalı XÜÇ xəstələrində NT pro BNP nin səviyyəsinin qan zərdabında azalması EPO-lə –MEB terapiya fonunda göstərmişdır. – -29,01% (p<0,01) , bu qrupun ağır xəstələrində isə NT pro BNP səviyyəsi -45% azalmışdır ( p<0,01 ).
ІІІ qrup anemiyalı I-II FS XÜÇ xəstələrində NT pro BNP nin qan zərdabında səviyyəsi vena daxili dəmir prepratı ilə müalicə fonunda daha yüksək dərəcədə azalmışdır –на 49,7% ( p<0,001) , əksinə ağır xəstələrdə daha az dərəcədə azalmışdır- -26,4 % ( p<0,05) .
Beləliklə,aparılan tədqiqatın nəticələri anemiyalı işemik etiologiyalı XÜÇ xəstələrində düzgün müalicə taktikasının seçiminin və aparılan müalicənin effektivliyini qiymətləndirmək məqsədi ilə NT pro BNP nin qan zərdabında səviyyəsinin təyininin proqnostik əhəmiyyətini nümayiş edir.Anemik sindromlu XÜÇ xəstələrində bazis preparatların MEB və vena daxili dəmir preparatı ilə kombinə müalicə daha yüksək dərəcədə azaldır.
Şəkillər
Açar sözlər
İstinadlar
1. Komgawa K.,Matsuj H. Puritication and complete amino and gegucnce of alfa-human atrial natriuretik peptide polypeptide (alpha-h ANP). Biochem Biophys Res Conunun 1984; 118:131-139
2. Yoshimura M.,Mizuno Y.,Nakamura M. etal B-type natriuretic peptide as a marker of the effects of enalapril 4 in patients with heart failure. Am J Med 2002; 12:9:716-720
3. Shiga T., Hosaka F.,Wakaunu M etal Amiodarone decreases plasma brain natriuretic peptide level in patients with heart failure and ventricular tathyarythmia.Cardiovascular Druhs İher 2003; 17% 325-333.
4. Kawai K., Hata K., Takaoka H. Plasma brain natriuretic peptide as a novel therapevtic indicator in idipöatic dilated cardiomyppathy during, B-blocker therapy:A potential of hprmone guided tre atment. Am.Heart J. 2001; 141: 925-932.
5. Richards A.M., Donghty R.,Micholli M.G.for the Australia – NewZealand Heart Failure Group. Plasma N-terminal probrain natriumletic peptide and adrenomedullin: Prognostic utility and prediction.
6. Hara Y. Hamaada M.,Shigematsu Y. Effect of beta-blocker on left ventricular function and natriuretic ppeptides in patients with chronic heart failure treated with angiotensin-converting enzyme inhibitor. İpn Cirinlat J 2000; 64:365-369.
7. Kirk V., bay M., Parner J, Kroqsgaard K., Herzog T.M., ef al.N-terminal pro BNP and mortality in hospitalised patients with heart failure and preserved vs redused systolic function: data frpm theprospective Copenhagen Hospital Heart Failure Stnoly (CHHF). Eur.J.Heart Faie 2004; 6:335-341
8. Бугримова М.А., Савина Н.М., Ваниева О.С. и др. Мозговой натрийуретический пептид как маркер и фактор прогноза при хронической сердечной недостаточности. Кардиология.2006; 1:51-63.
9. Беленков Ю.Н., Привалова Е.В., Чекнева И.С. Мозговой натрийуретическийпептид - современный биомаркер хронической сердечной недостаточности. Кардиология.2008;48:6: 62-69.
10. Mariles A.M., Kampman, Ali Balce, Dirk J. van Veldhuisen. N-terminal pro B-type natriuretic peptide predictsraut cardiovascular complecations in pregwomen with congenital heart discase. European H.Journal 2014; 35:11: 708-715.
11. E.Di Stasio, A Russo, M Mettimano, D. Viviani, A. Scagliusi, A. Bruno, A. Giuliani,et alNT-proBNP: a marker of preclinical cardiac damage in arterial hypertension.Clin Chim Acta 2011 May 3;412(11-12):1106-11. Epub 2011 Mar 3.
12. AT Limkakengy Jr, W Drake, G Mani, D Freeman, R Bes ,LK Newby .Left ventricular dysfunction screening in hypertensive patients with N-terminal pro–B-type natriuretic peptide and electrocardiogram. The American journal of emergency medicine; 30 (1): 214-217, 2012
13. Roselló-Lletí E, Calabuig JR, Morillas P, Cortés R, Martínez-Dolz L, et al. Variability of NT-proBNP and its relationship with inflammatory status in patients with stable essential hypertension: a 2-year follow-up study. PLoS One 2012; 7(2): e31189 .
14. Troughton R..Felker G.M. ,Januzzi J.L. Natriuretic peptide –guided heart failure management.European H Journal 2014;35:1:16-24
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 23.Aug.2014
Müəllif hüququ
© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 224