Abstrakt

Miokard infarktı ilə əlaqəli ürəyin sol mədəciyin kəskin anevrizmasının 1,5 il müddətində dinamikasının öyrənilməsi göstərir ki, sol mədəciyin qeyri adaptativ remodelləşmədən əlavə ürəyin nadir struktur dəyişiklərinə də rast gəlmək olur. Bu kliniki hadisənin özünə məxsus və maraq əmələ gətirən xususiyəti odur ki, törəmənin 1,5 il müddətində böyüyərək sol mədəciyin diastolik çatışmazlığının progressivləşməsinə səbəb olmasıdır. Əlbəttə hipertrofik zirvə kardiomiopatiyasıni, subendokardial trombu və ürək daxili şişləri differensiyasiya etmək üçün biopsiya məqsədə uyğun olardı.

Əsas mətn

Ürəyin anevrizması dedikdə sistola vaxtı sol mədəcik divarının qabarması başa düşülür. Daha çox transmural infarktlarda rast gəlinir. Praktikada anevrizmadaxili trombu olan xəstələrə çox rast gəlinir. Adətən bu xəstələrdə antikoaqulyant müalicədən sonra trombun kiçilməsi müşahidə olunur. Lakin bu xəstədə aparılmış müalicələrə baxmayaraq kütlənin sol mədəciyin daxilinə doğru boyüməsi müşahidə olunmuşdur.

64 yaşlı xəstə 03.08.15 tarixdə miokard infarkti keçirmişdir. Xəstəliyin başlanmasını xəstə işinin ağır olması, açıq hava şəraitində 14 saat fasiləsiz günəşin altında ayaqüstə durması ilə əlaqələndirir. Xəstəliyi kürək nahiyyəsində olan şiddətli göynədici ağrı, bayılma ilə başlamışdır. Xəstəxanada olan müddətdə xəstədə təngnəfəslik, hərarətin yüksəlməsi , hipotenziya olmuş , antiişemik və antibiotik (ampisillin)  müalicəsi aparılmışdır. Xəstəxanadan kafi vəziyyətdə evə yazılmışdır. Ev şəraitində mualicəsini bir muddət davam etdirmiş və kəsmişdir. 

6 aydan sonra  17 fevral 2016-cı il tarixdə xəstə təngnəfəslik, uzanarkən boğulma, köp , ümumi zəiflik şikayətləri ilə ETKI-na ambulator müraciət edib və hospitalizasiya olunmuşdur. Xəstəyə geniş müayinələr aparılmışdır. Exokardioqrafiya (ExoKQ)-da sol mədəciyin sistolo-diastolik ölçüləri artmış, sol qulaqcıq genişlənmiş (SDÖ=6,6 sm, SSÖ=5,5 sm, LA=4.4 sm), sol mədəciyin sistolik funksiyası azalmışdır (AF=34,0%). Psevdonormal tipli diastolik disfunksiya, sol mədəciyin ön çəpər, ön-zirvə seqmentinin akinezi,zirvə nahiyyəsinin diskinezi, həmin nahiyyənin anevrizması, sol mədəcik boşluğunun yuxarı 3/1 hissəsini və yan divarını ehatə edən exopozitiv kütlə?qeyd edilir (şəkil 1, 2). Rəngli Doppler ExoKQ –də: II dərəcəli mitral requrqitasiya qeyd edilmişdir. Elektrokardioqrammada (EKQ)  sinus ritmi.Tək –tək mədəcik ekstrasistoliyasi. Hiss dəstəsinin sağ ayaqcığının natamam blokadasi. Sol mədəciyin ön çəpər, zirvə, yan divarının çapıq dəyişiklikləri fonunda xroniki qidalanma pozğunluğu qeyd olunmuşdur. Döş qəfəsinin rentgenskopiyasında ağ ciyərlərin emfizematozlu olması, damar şəklinin güclənməsi, sağ ağciyər kökünün genişlənməsi (a.pulmonales hesabına), iki tərəfli hidrotoraks –IX qabırğaya qədər müşahidə olunmuşdur. Diafraqmanın zəif hərəkət etməsi,  ürəyin hüdudlarının sola, bir qədər sağa boyüməsi, aortanın sərtləşməsi müşahidə olunmuşdur. Mədə rentgenskopiyasında xroniki qastrit qeyd olunmuşdur. Aparilan müvafiq müalicədən sonra xəstə kafi vəziyyətdə evə buraxılmışdır.

Ambulator şəraitdə müalicənin davam olunmasına baxmayaraq xəstə 10 ay  müddətində progressivləşən ürək çatışmazlığı (ÜÇ) əlamətləri ilə dəfələrlə ETKI –da müalicə almışdır. 3 ay öncə ExoKQ-də exopozitiv kütlənin olçüsü 5.8-5.7 sm olmuş və sol mədəcik boşluğunun yuxarı 2/3 hissəsinin obliterasiyasina səbəb olmuşdur (şəkil 3, 4). Sol mədəciyin sistolo-diastolik funksiyası aparılan müalicəyə baxmayaraq pisləşmişdir (SDÖ=7.5 sm, SSÖ=6.5sm, LA=4.4sm, AF=27,0% olmuşdur). 1 aydan sonra xəstə torakal kompyuter muayinəsindən keçirildi. Müayinənin nəticəsi: kardiomeqaliya, sol mədəcik zirvəsinin anevrizması və bu nahiyyədə patoloji substrat aşkar olunur. Tromb və endokardın disseksiyası inkar edilmir. Hər iki plevra boşluğunda maye toplantısı. Hər iki agciyərin interstisial ödemi və hər iki ag ciyərdə infiltrasiya sahələri.Tac damarların və aortanın divarında aterosklerotik düyünlər qeyd edilir (şəkil 5).

Hal-hazırda xəstənin vəziyyəti agır olaraq qalır. Xəstəliyin ağırlığı IV FS ÜÇ ilə əlaqədardir. Sahə kardioloqunun nəzarəti altında ev şəraitində ÜÇ simptomlarını azaltmaq üçün konservativ müalicə aparılır. Dərman mualicəsinə baxmayaraq xəstədə aşağı ətrafların ödemi, arabir uzanarkən, hərəkət zamanı təngnəfəslik müşahidə olunur. Xəstəyə kardiocərrahın konsultasiyası məsləhət görülmüşdür. 

Beləliklə, bu xəstədə infarktdan sonraki anevrizmanın daxilində törəmə  əmələ gəlib. 1,5 il müddətində aparılan müşahidə göstərir ki, bu törəmə proqressivləşərək sol mədəciyin zirvəsindən orta hissəsinə qədər artaraq ürəyin sistolik disfunksıyasina ciddi diastolik disfunksiya əlavə edib. Şübhəsiz ki, bu  xəstədəhipertrofik  zirvə kardiomiopatiyasını, subendokardial trombu və ürək daxili şişi tam təsdiq etmək  üçün biopsiyanınaparılması məqsədə uyğun olardı.

 

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 31.May.2016

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Xroniki ürək catişmazlığı ilə yanaşı gedən 2-ci tip şəkərli diabeti olan xəstələrin ürək-damar sistemi fəaliyyətinin xüsusiyyətləri

Baxılıb: 185