Abstrakt
Giriş. ÜST-nın verdiyi məlumata əsasən hər il təxminən 17,9 milyon insan ürək-damar xəstəlikləri (ÜDX) səbəbindən həyatını itirir. Azərbaycan çox yüksək ürək-damar risk qrupuna aid ölkələr sırasındadır. Əsas ürək-damar risk amillərinin effektiv idarə olunması ÜDX-dən ölüm göstəricisinin azaldılmasında böyük əhəmiyyət kəsb edir. Avropa Profilaktik Kardiologiya Assosiasiyası (EAPC) və Avropa Kardiologiya Cəmiyyəti (ESC) ilə birlikdə hazırlamış Koronar ürək xəstəliyinin risk amillərinin öyrənilməsi tədqiqatı (The Survey of Risk Factors in Coronary Heart Disease (SURF CHD) II study) ÜDX-nin risk amillərinin qeydiyyatı və xəstəliyin idarə olunmasına həsr olunmuş klinik auditdir. Hazırki araşdırmanın məqsədi Azərbaycanda aparılmış SURF CHD II tədqiqatının nəticələrinin alt qrup analizi və bunula da ölkəmizdə kardiovaskulyar xəstəliklərin ikincili profilaktikasında dislipidemiyanın idarə olunmasının ESC-nin son tövsiyələrində göstərilmiş hədəflərə uyğunluğunu öyrənməkdir. Material və metodlar: 2019-2021-ci illərdə Bakı şəhərində yerləşən altı xəstəxanada ambulator müayinə olunmuş, yaşı 18-dən yuxarı, təsdiq olunmuş aterosklerotik ÜDX olan 687 pasiyentin (24,9%-i qadın) məlumatı (orta yaş 59,6 ± 9,6 il) elektron anket sorğusu vasitəsilə toplanmışdır. Anketdə pasiyentlərin demoqrafik, klinik-laborator, o cümlədən, ümumi xolesterin (ÜX), aşağı sıxlıqlı lipoprotein xolesterini (ASLP-X), yüksək sıxlıqlı lipoprotein xolesterini (YSLP-X) və triqliserid (TQ) səviyyələri, statin qrupundan olan preparatları qəbul edib-etməməsi qeyd edilmişdir. Dislipidemiya statinlərin istifadəsi və ya ÜX səviyyəsinin ≥ 200 mq/dL, ASLP səviyyəsinin ≥ 130 mq/dL, TQ səviyyəsinin ≥ 150 mq/dL və YSLP səviyyəsinin kişilər üçün ≤ 40 mq/dL, qadınlar üçün isə ≤ 50 mq/dL olması kimi müəyyən edilmişdir. ASLP ≥ 70 mq/dL səviyyəsi ESC rəhbər tövsiyələrinə əsasən nəzarət olunmayan dislipidemiya kimi göstərilmişdir. Nəticələr: Ambulator vizit zamanı 687 xəstə arasında qanda lipidlərin səviyyəsi yalnız xəstələrin təxminən 50%-də yoxlanılıb. Bütün pasiyentlərin 73,9%-i statinlərdən istifadə etdiyini qeyd etmişlər və bu rəqəm kişilər arasında daha yuxarı olmuşdur (p=0,012), buna baxmayaraq, ÜX, ASLP-X, YSLP-X və TQ səviyyəsinə görə kişi və qadın xəstələr arasında statistik dürüst fərq aşkar olunmamamışdır (p=0,012). Qeyd etmək lazımdır ki, tədqiqata daxil olan pasiyentlərin 255-nin (37.1%) anamnezində (uyğun olaraq, 60 (35.1%) nəfəri qadın və 195-i (37.8%) kişi), başqa sözlə əvvəlki vizitlərdə artıq təsdiq olunmuş dislipidemiya olmuşdur. Həmin xəstələrin 86,8%-də ASLP-X göstəricilərinin ilk hədəf səviyyəsinə çata bilmədiyini aşkar etmişdir. Yekun: Azərbaycanda aparılmış beynəlxalq SURF CHD II tədqiqatının nəticələri Avropa Kardioloji Cəmiyyətinin ÜDX-nin profilaktikası üzrə rəhbər tövsiyələrinə riayətin hələ qənaətbəxş səviyyədə olmadığını aşkar etdi. Kardioloji xəstələrin effektiv idarə olunması üçün birincili və ikincili profilaktika tədbirlərinin gücləndirilməsi, ixtisaslaşdırılmış kardioreabilitasiya mərkəzlərinin yaradılması və onların coğrafi olaraq strateji ərazilərdə yerləşdirilməsi çox əhəmiyyətlidir.
Əsas mətn
Giriş
Məlumdur ki, ürək-damar xəstəlikləri (ÜDX) dünyada xəstələnmə və ölümün aparıcı səbəbidir. ÜST-nın verdiyi məlumata əsasən hər il təxminən 17,9 milyon insan bu səbəbdən həyatını itirir. Ürək-damar xəstəlikləri zamanı beş ölümdən təxminən dördü infarkt və insultun nəticəsidir və bu hadisələrin üçdə biri 70 yaşa qədər şəxslərdə baş verir. Bu ölümlərin də böyük qismi orta və aşağı gəlirli ölkələrin payına düşür [1]. Ədəbiyyatda olan məlumata əsasən, MDB ölkələrində ürək-damar ölüm göstəricisi Şərqi, xüsusən də Qərbi Avropa ölkələrində yüksək olmaqla yanaşı, daha gənc yaşları əhatə edir [2,3,4,5]. Qeyd etməliyik ki, ölkəmiz çox yüksək ürək-damar risk qrupuna aid ölkələr sırasındadır [6].
Framingham ürək tədqiqatında təsbit edilən ənənəvi və ya əsas ürək-damar risk amillərinə yaş, cins, hiperlipidemiya, yüksək qan təzyiqi, şəkərli diabet, piylənmə, tütünçəkmə, hipodinamiya və qeyri-rasional qidalanma aiddir. Bu siyahı daha sonra stres, depressiya, məhdud sosial dəstək və havanın çirklənməsi də daxil olmaqla bir sıra davranış, psixososial, ətraf mühit və sosial-iqtisadi amillərlə tamamlanmışdır [7].
Əsas ürək-damar risk amillərinin effektiv idarə olunması ÜDX-dən ölüm göstəricisinin azaldılmasında böyük əhəmiyyət kəsb edir. Koronar ürək xəstəliyinin risk amillərinin öyrənilməsi tədqiqatı (the Survey of Risk Factors in Coronary Heart Disease (SURF CHD) II study) ÜDX-nin risk amillərinin qeydiyyatı və xəstəliyin idarə olunmasına həsr olunmuş klinik auditdir. Tədqiqatın protokolu Avropa Profilaktik Kardiologiya Assosiasiyası (EAPC) və Avropa Kardiologiya Cəmiyyəti (ESC) ilə birlikdə hazırlanmışdır. Dünyanın 30-a yaxın ölkəsində aparılmış tədqiqatlar, aterosklerotik ÜDX-li pasiyentlərdə əsas ürək-damar risk amillərinə nəzarətin regionlar arasında fərqləndiyini göstərmişdir [8].
Hazırki araşdırmanın məqsədi Azərbaycanda aparılmış SURF CHD II tədqiqatının nəticələrinin alt qrup analizi və bunula da ölkəmizdə kardiovaskulyar xəstəliklərin ikincili profilaktikasında dislipidemiyanın idarə olunmasının Avropa Kardiologiya Cəmiyyətinin son tövsiyələrində göstərilmiş hədəflərə uyğunluğunu öyrənməkdir.
Material və metodlar
2019-2021-ci illərdə Bakı şəhərində yerləşən altı xəstəxanada ambulator müayinə olunmuş, yaşı 18-dən yuxarı, təsdiq olunmuş ürəyin aterosklerotik koronar xəstəliyi (ASÜKX) olan pasiyentlərin diaqnozu, demoqrafik məlumatları, risk amilləri, istifadə etdiyi preparatlar, laborator analizlərinin nəticələri elektron anket sorğusu vasitəsilə toplanmışdır.
Tədqiqatın protokolu Azərbaycan Kardiologiya Cəmiyyətinin etik komitəsi tərəfindən təsdiq edilmişdir. Anketdə pasiyentlərin demoqrafik, klinik-laborator, o cümlədən, anamnezində keçirilmiş ÜİX, arterial hipertenziya (AH), şəkərli diabet (ŞD), dislipidemiyanın olması, arterial qan təzyiqi, bədən çəkisi, bel çevrəsi, ümumi xolesterin (ÜX), aşağı sıxlıqlı lipoprotein xolesterini (ASLP-X), yüksək sıxlıqlı lipoprotein xolesterini (YSLP-X) və triqliserid (TQ) səviyyələri qeyd edilmişdir. Pasiyentlərin antihipertenziv, antidiabetik, antitrombositar və statin qrupundan olan preparatları qəbul edib-etməməsi araşdırılmışdır. Dislipidemiya statinlərin istifadəsi və ya ÜX səviyyəsinin ≥ 200 mq/dL, ASLP səviyyəsinin ≥ 130 mq/dL, TQ səviyyəsinin ≥ 150 mq/dL və YSLP səviyyəsinin kişilər üçün ≤ 40 mq/dL, qadınlar üçün isə ≤ 50 mq/dL olması kimi müəyyən edilmişdir [9]. ASLP ≥ 70 mq/dL səviyyəsi ESC rəhbər tövsiyələrinə əsasən nəzarət olunmayan dislipidemiya kimi (birinci hədəf) qəbul olunmuşdur [10].
Statistik təhlil
Məlumatları natamam toplanmış pasiyentlər təhlildən çıxarılmışdır. Nəticələrin statistik işlənilməsi Microsoft Excel və IBN SPSS Statistica v.21 proqramlarından istifadə etməklə həyata keçirilmişdir. Parametrlər Kolmoqorov-Smirnov testindən istifadə edərək paylanmanın normallığı üçün sınaqdan keçirilmişdir. Normal paylanmış dəyişənlər üçün təsviri statistika istifadə edilmişdir: orta ± SD, minimum, median və maksimum. İki qrup arasındakı fərqlərin statistik əhəmiyyətini müəyyən etmək üçün Student t-testi (normal paylanma göstərən kəsilməz dəyişənlər üçün), qeyri-parametrik Mann-Whitney U testi (normal paylanmaya aid kəsilməz dəyişənlər üçün) və χ2 testdən istifadə edilmişdir. p <0.05 statistik cəhətdən əhəmiyyətli olaraq qəbul edilmişdir.
Nəticələr
ÜDX olan 687 ambulator müraciət edilmiş pasiyentlərin məlumatları (orta yaş 59.6 ± 9,6 il) tədqiqata daxil edilmişdir. İştirakçıların 171-i (24.9%) qadın olmuşdur.
Cədvəl 1-də xəstələrin demoqrafik xüsusiyyətləri və ÜİX kateqoriyası, xəstəxanaya yerləşdirmə və kardioreabilitasiya proqramında iştirakı kimi göstəricilər ümumiləşdirilmişdir. Cədvəldən göründüyü kimi, tədqiqata cəlb olunmuş qadın xəstələr kişilərə nisbətən daha yuxarı yaş qrupuna aid olmuşlar (p<0.0001). Qeyd etmək lazımdır ki, tütünçəkmə kişi xəstələr arasında daha çox rast gəlinmişdir (müvafiq olaraq 96.5% və 29%). Ailə anamnezində erkən ÜİX pasiyentlərin 48.3%-də (qruplar arasında fərq aşkar olunmamışdır, p>0.05). Xəstələrin 78.2%-nin anamnezində AH (qruplar arasında fərq aşkar olunmamışdır, p>0.05), 37.1% - də dislipidemiya (qruplar arasında fərq aşkar olunmamışdır, p>0.05), 45.1 %-də ŞD (55.6% qadınlar və 41.7% kişilər arasında; p=0.002) qeyd olunmuşdur.
Bütün xəstələrin 39.4%-i son bir il ərzində ÜİX səbəbindən stasionar müalicə almişdır və yalnız 15.1%-i kardioreabilitasiya (KR) proqramlarında iştirak etmişdir. Kişi xəstələr arasında kəskin koronar sindrom (KKS) və perkutan koronar müdaxilə (PKM) (müvafiq olaraq p=0.001 və p= 0.004), qadınlar arasında isə sistolik AH (SAH) daha çox rast gəlinmişdir (p=0.0002). Kişi və qadın xəstələr arasında AKŞ əməliyyatı, son bir ildə hospitalizasiya sayında və KR proqramında iştirak sayında əhəmiyyətli fərqlər müşahidə olunmamışdir.
Cədvəl 1 Xəstələrin demoqrafik xüsusiyyətləri və xəstəlik kateqoriyaları (n = 687)
|
Total n=687 |
Qadın n=171 |
Kişi n=516 |
p |
Yaş (illər) |
59.6±9.58 |
62.4±8.9 |
58.6±9.6 |
<0.0001 |
ÜİX kateqoriyası |
||||
AKŞ |
153 (22.3%) |
41 (24%) |
112 (22%) |
>0.05 |
PKM |
351 (51.1%) |
71 (42%) |
280 (54%) |
0.004 |
KKS |
172 (25.0%) |
27 (16%) |
145 (28%) |
0.001 |
SS |
249 (36.2%) |
82 (48%) |
167 (32%) |
0.0002 |
HP |
271 (39.4%) |
68 (40%) |
203 (39%) |
>0.05 |
KR |
104 (15.1%) |
19 (11.1%) |
85 (16.5%) |
>0.05 |
Qeyd: AKŞ: aorto-koronar şuntlama; PKİ: perkutan koronar intervensiya; KKS: kəskin koronar sindrom; SS: Stabil stenokardiya; HP: Hospitalizasiya; KR: Kardioreabilitasiya. p - cinslər arasındakı fərqi göstərir.
Tədqiqata cəlb olunmuş xəstələrin lipid spektrinin xarakteristikası Cədvəl 2-də öz əksini tapmışdır. Cədvəldən göründüyü kimi, ambulator vizit zamanı 687 xəstə arasında qanda lipidlərin səviyyəsi xəstələrin təxminən 50%-də yoxlanılıb. Bütün pasiyentlərin 73.9%-i sorğu zamanı statinlərdən istifadə etdiyini qeyd etmişlər və bu rəqəm kişilər arasında daha yuxarı olmuşdur (p=0.012), buna baxmayaraq, ÜX, ASLP-X, YSLP-X və TQ səviyyəsinə görə kişi və qadın xəstələr arasında statistik dürüst fərq aşkar olunmamamışdır.
Cədvəl 2. Tədqiqata cəlb olunmuş xəstələrin lipid spektrinin xarakteristikası
|
Ümumi |
Qadın |
Kişi |
p |
ÜX (mq/dL) |
n = 347 |
n = 86 |
n = 261 |
|
|
193.9 (52.4) |
200.4 (50.7) |
192.3 (53) |
> 0.05 |
ASLP-X (mq/dL) |
n = 371 |
n = 101 |
n = 270 |
|
|
111.2 (49.6) |
118.3 (49.7) |
108.6 (49.3) |
> 0.05 |
YSLP-X (mq/dL) |
n = 185 |
n = 50 |
n = 135 |
|
|
53.4 (13.8) |
54.4 (13.1) |
53 (14.1) |
> 0.05 |
TQ (mq/dL) |
n = 367 |
n = 93 |
n = 274 |
|
|
161.0 (76.0) |
169.8 (77.8) |
158 (75.4) |
> 0.05 |
Qeyd: ÜX-ümumi xolesterin, ASLP-X- aşağı sıxlıqlı lipoprotein xolesterini, YSLP-X - yüksək sıxlıqlı lipoprotein xolesterini, TQ-triqliseridlər.
Qeyd etmək lazımdır ki, tədqiqata daxil olan pasiyentlərin 255-nin (37.1%) anamnezində (uyğun olaraq, 60 (35.1%) nəfəri qadın və 195-i (37.8%) kişi), başqa sözlə əvvəlki vizitlərdə artıq təsdiq olunmuş dislipidemiya olmuşdur. Şəkil 1-də həmin kateqoriyadan olan xəstələr arasında nəzarət olunmayan (hədəf səviyyəsinə çatmamış) ASLP-X-nin rastgəlmə tezliyi göstərilmişdir.
Şəkil 1. Nəzarət olunmayan ASLP-X-nin rastgəlmə tezliyi (%).
Qeyd: ASLP-X – aşağı sıxlıqlı lipoproteidlər xolesterini; K – kişi; Q - qadın; T – ümumi say; p>0.05 cinslər arasındakı fərqi göstərir.
Müzakirə
Ürək-damar xəstəliklərini effektiv idarə olunması üçün onların çoxfaktorlu mənşəyini nəzərə almaq və dəyişdirilə bilən risk amillərinə yönəlmiş profilaktik tədbirləri həyata keçirmək çox vacibdir. Bu tədbirlərə fiziki aktivliyin optimallaşdırılması, tütünçəkmədən imtinanın təşviq edilməsi, bədən kütlə indeksinin azaldılması, arterial hipertenziya, diabet və hiperlipidemiyanın müalicəsi daxildir. Həyat tərzinin dəyişdirilməsinin və optimal farmakoloji müdaxilələrin ürək-damar xəstəlikləri və ölümünə müsbət təsiri əvvəlki tədqiqatlarda nümayiş etdirilmişdir [11-13].
Hazırki tədqiqat xəstələr arasında statinlərin istifadə nisbətinin 73.9% təşkil etməsinə baxmayaraq, xəstələrin böyük əksəriyyətinin ASLP-X göstəricilərinin ESC-nin son tövsiyələrində göstərilmiş ilk hədəf səviyyəsinə (<70 mq/dL) belə çata bilmədiyini aşkar etmişdir. Bu, bir sıra səbəblər, o cümlədən müalicəyə riayətkatlığın aşağı olması, dərmanın hədəf dozasına çatmamaq, statin terapiyasının dayandırılması, həmçinin ikincili dislipidemiya ilə xarakterizə olunan korreksiya edilməmiş komorbid vəziyyətlərin olması ilə izah oluna bilər.
EUROASPIRE V tədqiqatı 2016-2017-ci illərdə 27 Avropa ölkəsindəki 131 mərkəzdə 80 yaşa qədər 8261 koronar arteriya xəstəliyi olan pasiyentin (26%-i qadın) iştirakı ilə aparılmışdır [14]. Azərbaycan EUROASPIRE tədqiqatına qatılmasa da, sözügedən araşdırmadan əldə edilən nəticələri ölkəmizdə aparılan SURF tədqiqatının nəticələri ilə müqayisə etmək olar. Belə ki, tədqiqatımıza daxil olan ASÜDX -li xəstələrin orta yaşı 59.6±9.5 (qadınlar - 58.6±9.6; kişilər - 62.4±8.9 yaş) olduğu halda EUROASPIRE V tədqiqatında bu rəqəm 63.6±9.6 (qadınlar 63.0±9.7; kişilər - 65.4±9.2 yaş) təşkil etmişdir. Anamnezində dislipidemiya olan pasiyentlər arasında nəzarətsiz ASLP-X (≥70 mg/dL) xəstələrin 86.8%-də, EUROASPIRE V tədqiqatında isə 71% -də təşkil etmişdir.
EUROASPİRE V sorğusunun nəticələri koronar ürək xəstəliyi olan xəstələrin əksəriyyətində ASLP-X səviyyəsi optimal rəqəmlərdən aşağı olduğunu göstərmişdir. Tədqiqatçılar həyat tərzinin dəyişdirilməsinə yönəlmiş və xəstələrin fərdi ehtiyaclarına uyğunlaşdırılmış daha peşəkar strategiyanın həyta keçilirməsinin vacibliyini vurğulamışlar (15).
Dünyanın müxtəlif regionlarından 32 ölkəni əhatə edən 12884 xəstənin iştirak etdiyi son SURF CHD II tədqiqatı ASÜDX olan pasiyentlərdə risk amillərinin idarə olunmaında və xəstəliyin ikincil profilaktikasında regional fərqləri göstərmişdir. Belə ki, Avropada ASÜDX olan xəstələrin 32.2%-də ASLP-X-nin səviyyəsi <70 mg/dL təşkil etdiyi halda, əksər risk amillərinə, o cümlədən ASLP-X səviyyəsinə ən yaxşı nəzarətə hazırda Cənub-Şərqi Asiya ölkələrində nail olunmuşdur. Bu rəqəm həmin bölgə üçün 47.1% təşkil etmişdir (16).
Göründüyü kimi, son onilliklərdə geniş miqyasda aparılan klinik audit xarakterli tədqiqatlar, o cümlədən SURF CHD II araşdırması bütün dünya ölkələrində ASÜDX-nin ikincili profilaktikasında mövcud vəziyyətin qiymətləndirməsi kimi vacib məsələnin həllinə yönəlmişdir. Belə ki, aparılmış tədqiqatların nəticələri dünyanın bütün bölgələrində ASÜDX-nin ikincili profilaktikasının qənaətbəxş səviyyədə olmadığına aşkar etmişdir. Sözügedən tədqiqatların nəticələri ÜDX-nin idarəolunmasında mövcud problemlərin aşkar olunmasına öz tövhəsini verməkdədir. Bu problemlərin həlli, o cümlədən ÜDX-nin risk amillərinə nəzarətin optimallaşdırılması səhiyyə xərclərinin və sosial-iqtisadi itkilərin azaldılmasına yönəlmiş strateji addımlardandır.
Qeyd etmək vacibdir ki, klinik audit xarakterli tədqiqatların mərhələli və daha geniş miqyasda həyata keçirilməsi daha məqsədəuyundur. Bu, vəziyyətin daha dərin öyrənilməsinə, problemlərin həllinə yönəlmiş addımlar atıldıqdan sonra təkrari qiymətləndirmənin aparılmasına və nəticələrin müqayisəli təhlilinə imkan verir.
Beləliklə, Azərbaycanda SURF CHD II tədqiqatının nəticələrinə əsasən ölkəmizdə ASÜDX-nin ikincili profilaktikasında mövcud vəziyyətin qismən də olsa qiymətləndirməsinə nail olduq. İlk növbədə, əksər tibb müəssisələrində ASÜDX olan xəstələrdə bədən çəkisi və bel çevrəsinin çox az hallarda ölçülməsi, anamnezində ŞD, dislipidemiya, AH olan çox yüksək risk qrupundan olan xəstələrin risk amillərinə nəzarətin optimal olmaması aşkar olundu (17) . Azərbaycanın dünyanın ÜDX-nin çox yüksək risk qrupuna aid ölkələr sırasında olması risk amillərinə nəzarətin daha da gücləndirilməsini tələb edir. Düşünürük ki, xəstələr üçün standartlaşdırılmış, mərhələli və geniş istifadə oluna biləcək kardioreabilitasiya proqramlarının tətbiq olunması bu problemlərin həllinə əhəmiyyətli dərəcədə yardım edə bilər.
Yekun
Azərbaycanda aparılmış beynəlxalq SURF CAD II tədqiqatının nəticələri Avropa Kardioloji Cəmiyyətinin ÜDX-nin profilaktikası üzrə rəhbər tövsiyələrinə riayətkarlığın hələ qənaətbəxş səviyyədə olmadığını aşkar etdi. Kardioloji xəstələrin effektiv idarə olunması üçün birincili və ikincili profilaktika tədbirlərinin gücləndirilməsi, ixtisaslaşdırılmış kardioreabilitasiya mərkəzlərinin yaradılması və onların coğrafi olaraq strateji ərazilərdə yerləşdirilməsi çox əhəmiyyətlidir.
Şəkillər

Açar sözlər
İstinadlar

Risk factors in cardiovascular patients: Challenges and opportunities to improve secondary prevention. World J Cardiol 2023; 15(7): 342-353 [URL: https://www.wjgnet.com/1949-8462/full/v15/i7/342.htm DOI: https://dx.doi.org/10.4330/wjc.v15.i7.342].
17. Gabulova R, Marzà-Florensa A, Rahimov U, Isayeva M, Alasgarli S, Musayeva A, Gahramanova S, Ibrahimov F, Aliyev F, Imanov G, Rasulova R, Vaartjes I, Klipstein-Grobusch K, Graham I, Grobbee DE.

Risk factor recording and management in coronary heart disease patients from 32 countries: SURF CHD II, Eur Heart J. 2022;43(2) [ DOI:10.1093/eurheartj/ehac544.2337].
16. A Marza Florensa and others,

Management of dyslipidaemia in patients with coronary heart disease: Results from the ESC-EORP EUROASPIRE V survey in 27 countries. Atherosclerosis. 2019; 285: 135-146 [PMID: 31054483, DOI: 10.1016/j.atherosclerosis.2019.03.014].
15. De Backer G, Jankowski P, Kotseva K, Mirrakhimov E, Reiner Ž, Rydén L, Tokgözoğlu L, Wood D, De Bacquer D.

EUROASPIRE V and uncontrolled risk factors in primary prevention: Atherosclerotic cardiovascular disease in the making. Eur J of Prev Card. 2020;0(0) [DOI:10.1177/2047487320915662].
14. Santos RD.

Cardiovascular Disease in Type 1 Diabetes Mellitus: Epidemiology and Management of Cardiovascular Risk. J Clin Med 2021; 10 [PMID: 33924265 DOI: 10.3390/jcm10081798].
13. Colom C, Rull A, Sanchez-Quesada JL, Pérez A.

Lifestyle factors related to mortality and survival: a mini-review. Gerontology 2014; 60: 327-335 [PMID: 24557026 DOI: 10.1159/000356771].
Rizzuto D, Fratiglioni L.

Lifestyle interventions in patients with coronary heart disease: a systematic review. Am J Prev Med 2013; 45: 207-216 [PMID: 23867029 DOI: 10.1016/j.amepre.2013.03.020].
11. de Waure C, Lauret GJ, Ricciardi W, Ferket B, Teijink J, Spronk S, Myriam Hunink MG.

ESC National Cardiac Societies; ESC Scientific Document Group. 2021 ESC Guidelines on cardiovascular disease prevention in clinical practice. Eur Heart J. 2021;42:3227-3337 [PMID: 34458905 DOI: 10.1093/eurheartj/ehab484].
10. Visseren FLJ, Mach F, Smulders YM, Carballo D, Koskinas KC, Bäck M, Benetos A, Biffi A, Boavida JM, Capodanno D, Cosyns B, Crawford C, Davos CH, Desormais I, Di Angelantonio E, Franco OH, Halvorsen S, Hobbs FDR, Hollander M, Jankowska EA, Michal M, Sa

WHO HEARTS: A Global Program to Reduce Cardiovascular Disease Burden: Experience Implementing in the Americas and Opportunities in Canada. Can J Cardiol 2021; 37: 744-755 [PMID: 33310142 DOI: 10.1016/j.cjca.2020.12.004].
9. Campbell NRC, Ordunez P, Giraldo G, Rodriguez Morales YA, Lombardi C, Khan T, Padwal R, Tsuyuki RT, Varghese C.

Determinants of coronary artery disease risk factor management across three world regions. Heart Asia. 2019 Mar 8;11(1):e 011112 [PMID: 31031827; DOI: 10.1136/heartasia-2018-01111].
Zhao M, Graham I, Cooney MT, Grobbee DE, Vaartjes I, Klipstein-Grobusch K.

Assessing risk for coronary heart disease: beyond Framingham. Am Heart Journal 146(4): 572–580 [PMID:14564309 DOI: https://doi.org/10.1016/S0002-8703(03)00500-3].
Cobb FR, Kraus WE, Root M, Allen JD.

SCORE2 working group and ESC Cardiovascular risk collaboration, SCORE2 risk prediction algorithms: new models to estimate 10-year risk of cardiovascular disease in Europe. Eur Heart J 2021; 42, 25:2439–2454 [PMID: 34120177 DOI: 10.1093/eurheartj/ehab30
SCORE WG

Dynamics of cardiovascular and all-cause mortality in Western and Eastern Europe between 1970 and 2000. Eur Heart J. 2006; 27(1): 107–113. [PMID:16204263 DOI: https://doi. org/10.1093/eurheartj/ehi511].
Kesteloot H, Sans S, Kromhout D.

The contributions of risk factor trends and medical care to cardiovascular mortality trends. Nature reviews Cardiology 2015; 12(9): 508–530 [PMID:26076950 DOI: https://doi.org/10.1038/ nrcardio.2015.82].
Ezzati M, Obermeyer Z, Tzoulaki I, Mayosi BM, Elliott P, Leon DA.

Global and regional patterns in cardiovascular mortality from 1990 to 2013. Circulation 2015; 132(17): 1667–1678 [PMID: 26503749 DOI: https://doi.org/10.1161/ CIRCULATIONAHA.114.008720].
Roth GA, Huffman MD, Moran AE, et al.

Ischaemic heart disease in the former Soviet Union 1990–2015 according to the Global Burden of Disease 2015 Study. Heart 2018; 104(1): 58–66. [PMID: 28883037 DOI: 10.1136/heartjnl-2016-311142].
Murphy A, Johnson CO, Roth GA, et al.

Burden of ischemic heart disease and its attributable risk factors in 204 countries and territories, 1990-2019. Eur J Prev Cardiol 2022; 29: 420-431 [PMID: 34922374 DOI: 10.1093/eurjpc/zwab213].
Safiri S, Karamzad N, Singh K, Carson-Chahhoud K, Adams C, Nejadghaderi SA, Almasi-Hashiani A, Sullman MJM, Mansournia MA, Bragazzi NL, Kaufman JS, Collins GS, Kolahi AA.
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 14.Oct.2023
Müəllif hüququ
© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 771