Abstrakt

İşemik mənşəli və sol mədəciyin atım fraksiyası ciddi azalmış xəstələrdə miokard revaskulyarizasiyasının arzuolunmaz proqnoz amillərinin müəyyən edilməsi

Əsas mətn

Materiallar və metodlar: Prospektiv (gec kontrastlaşma ilə ürək MRT aparılan, qrup I, N=164) və retrospektiv (qrup II, ürək MRT aparılmadan, N=224) olaraq, sol mədəciyin ciddi azalmış atım fraksiyası (LVEF <35%) ilə müşayiət olunan və əvvəllər miokard infarktı keçirmiş toplam 388 xəstə tədqiqata daxil edilmişdir.

I qrupda 98 (59,8%) pasientdə (altqrup A1), II qrupda isə 136 (60,7%) pasientdə (altqrup A2) tam anatomik revaskulyarizasiya aparılmışdır. Anatomik olaraq natamam revaskulyarizasiyanın aparılması (altqrup B1 və B2) tezliyi müvafiq olaraq 40,2% və 39,3% təşkil etmişdir. Qeyd etmək lazımdır ki, bu göstəricilər I və II qruplar arasında müqayisə ediləndə əhəmiyyətli fərq müşahidə olunmamışdır (p = 0,3453).

A1 və A2 alt qruplarında PKM ilə tam anatomik revaskulyarizasiya tezliyi müvafiq olaraq 61,2% və 61,8% olmuşdur (p = 0,4233), AKŞ ilə isə 38,8% və 38,2% təşkil etmişdir (p = 0,3352). B1 və B2 alt qruplarında PKM ilə natamam anatomik revaskulyarizasiya 48,5% və 43,2% olmuşdur (p = 0,8234), AKŞ ilə isə 51,5% və 56,8% (p = 0,7342) təşkil etmişdir.

Klinik-demoqrafik, angioqrafik və morfofunksional əlamətlərin, eləcə də miokardın funksional olaraq adekvat revaskulyarizasiyasına nail olunması üçün revaskulyarizasiya metodunun təsirinin faktor təhlili göstərdi ki, canlı olmayan miokardın mövcudluğu (χ² = 13,638; p = 0,009), 3-dən çox koronar arteriyanın zədələnməsi (χ² = 13,331; p = 0,0111), zədələnmiş lokal kinetikanın 4-dən çox zonanın olması (χ² = 23,37; p = 0,025) və zədələnmiş arteriya ərazisində ürək fibrozunun həcmi 40%-dən çox olduqda (χ² = 9,881; p = 0,0001), tətbiq olunan revaskulyarizasiya üsulundan asılı olmayaraq, miokardın funksional olaraq adekvat revaskulyarizasiyasına nail olma tezliyi çox aşağı olur.

AKŞ və PKM funksional olaraq adekvat revaskulyarizasiyaya təxminən bərabər nisbətdə nail olmağa imkan verir.

Yekun: Beləliklə, revaskulyarizasiya edilmiş arteriya sahəsində miokard canlılığının olmaması və koronar yatağın zədələnməsinin xarakteri, tətbiq olunan revaskulyarizasiya üsulundan asılı olmayaraq, arzuolunmaz nəticə amilləridir.

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 28.Dec.2024

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Arterial hipertenziyası olan xəstələrdə sol atriumun genişlənməsi ilə fiziki yüklənmə arasındakı əlaqə

Baxılıb: 180