Abstract

Arterial hypertension remains one of the main risk factors for the development of cardiovascular diseases. Prolonged hemodynamic overload in patients with arterial hypertension leads to deterioration of both systolic and diastolic function. The role of left atrial function, including in hypertension, in the pathophysiology of various cardiovascular diseases is increasingly recognized.

Full article

Məqsəd

Arterial hipertenziyası olan xəstələrdə fiziki yüklənmə 30% azalır. Fiziki yüklənmə, mənfi ürək-damar nəticələrinin proqnozlaşdırılmasında tanınmış bir marker olduğundan, sol atriumun genişlənməsi olan xəstələrin müəyyən edilməsi ürək-damar riskinin stratifikasiyasını yaxşılaşdıra bilər. İkiölçülü (2D) exokardioqrafiya və sol atriumun gərilməsinin izlənilməsi ilə sol atriumun deformasiya dərəcəsi və yığılma funksiyaları qiymətləndirilə bilər. Sol atriumun artıq yüklənməsi fiziki yüklənməyə olan dözümlülük də daxil olmaqla mənfi ürək-damar nəticələrinin biomarkeri kimi xidmət edə bilər. Araşdırmanın başqa məqsədi fiziki yüklənməyə olan dözümlülüyə təsir edə biləcək digər klinik və exokardioqrafik amilləri müəyyən etməkdir.

Metodlar

Araşdırma, arterial hipertenziyası olan xəstələrdə stress exokardioqrafiyası zamanı əldə olunan metabolik ekvivalent (MET) dəyərləri əsasında, sol atriumun deformasiyası ilə fiziki yüklənmə dözümlülüyü arasındakı əlaqəni təsdiqləmək məqsədilə bir mərkəzli retrospektiv tədqiqat şəklində aparılmışdır. Araşdırmanın əsas məqsədi sol atriumun gərilmə həddinin pis, orta və yaxşı fiziki yüklənmə dözümlülüyünü fərqləndirən sərhəd dəyərini müəyyən etmək idi. Məlumatlar EKG, exokardioqrafiya və stress exokardioqrafiya müayinələri vasitəsilə əldə edilmişdir.

Nəticələr

Araşdırmaya 105 arterial hipertenziyalı xəstə daxil edilmişdir. Sol atriumun deformasiyası fiziki yüklənmə dözümlülüyünün dərəcəsini fərqləndirə bilər, xüsusilə yaxşı və yüksək dözümlülük ilə orta və pis dözümlülük arasında. Bu fərq AUC = 0.638 (94% etibarlılıq intervalları 0,55–0,77, p=0,0001) ilə göstərilmişdir. Ən yaxşı hədd dəyəri 30,5 olaraq müəyyən edilmişdir ki, bu da 80% həssaslıq təmin edir (94% etibarlılıq intervalları 66,5–90%), lakin spesifiklik yalnız 52,18% təşkil edir (95% etibarlılıq intervalları 40,1–62,1). Spearman sıralama korrelyasiya analizi göstərdi ki, sol atrium ölçüləri E/A və E/e' ilə əhəmiyyətli şəkildə əlaqəlidir. 2D exokardioqrafiya parametrləri arasında yalnız EDV, E/A və E/e' MET ilə xətti əlaqə və ya korrelyasiya göstərmişdir.

Nəticə

Araşdırma göstərdi ki, sol atriumun deformasiya dərəcəsi (genişlənməsi) ilə stress-exokardioqrafiya zamanı əldə olunan MET göstəriciləri arasında orta dərəcədə əlaqə mövcuddur (rs = 0.3286, p = 0.0001).

Figures

Keywords

References

Article Info:

Publication history

Published: 28.Dec.2024

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Hybrid procedures in hypoplastic left heart physiology

Viewed: 147