Abstract
The aim was to study the effect of left atrial remodeling on the development of extrasystolic arrhythmias (ESA) and myocardial repolarization processes in patients with post-infarction cardiosclerosis.
Full article
Müayinə olunmuş infarktdan sonrakı kardioskleroz (İSK) olan 29–87 yaşlı (orta yaş 59,7) 378 xəstə 2 qrupa bölünüb: 1-ci qrupa sol qulaqcığın dilatasiyası (SQD) olan 174, 2-ci qrupa isə – SQD olmayan 204 xəstə daxil edilib.
Bütün xəstələrə elektrokardioqrafiya (EKQ), rəngli doplerexokardioqrafiya (ExoKQ) müayinə üsulları tətbiq olunmuşdur. ExoKQ müayinəsi ümumi qəbul edilmiş standart üsulu ilə aparılmışdır.
Miokardın repolyarizasiya parametrləri 12 ümumi qəbul olunmuş aparmalarda çəkilən EKQ-da V2 aparmasında müəyyən edilmişdir. Sonrakı hesablamalar üçün aşağıdakı parametrlərin davamlılığı müəyyən olunmuşdur: QT, JT (J nöqtəsi – T dişin axırı), JTp (J nöqtəsi – T dişin zirvəsi), Tp–Te (T dişin zirvəsi – T dişin axırı) intervalları.
Bazett düsturuna əsasən yuxarıdakı intervalların korreksiya olunmuş mənaları hesablanmışdır. Bundan başqa elektrofizioloji (QT/QRS) balans indeksi (İCEB) hesablanmışdır.
Alınan nəticələrin statistik analizi Qauss paylanması qanununa uyğun olaraq Styudentin t- və Mann–Uitni U-kriteriyalarına əsasən IBM SPSS-21 proqramında aparılmışdır. Bütün hallarda p<0,05 olduğu halda fərq dürüst hesab olunub.
Aparılan tədqiqatın analizi göstərib ki, ESA yaranma tezliyi SQD qrupunda 24,14±3,04% (95% Eİ: 18,18–30,1%), nəzarət qrupunda isə 11,27±2,21% (95% Eİ: 6,94–15,6%) təşkil edib və statistik dürüst fərqlənib (p=0,001).
Bu zaman şansların nisbəti 2,5 (95% Eİ: 1,44–4,36; p=0,001), nisbi risk 2,14 (95% Eİ: 1,34–3,41; p=0,001), potensial zərər indeksi isə 10,13 (95% Eİ: 5,68–45,45; p=0,001) təşkil edib.
Alınan nəticələrin təhlili göstərib ki, 1-ci qrup xəstələrdə QT, QTkor, JTkor, Tp–Te və Tp–Tekor parametrlərin, həmçinin İCEB göstəriciləri nəzarət qrupunun göstəricilərindən statistik dürüst fərqlənir.
Beləliklə, aparılan tədqiqat İSK olan xəstələrdə SQD-sı miokardın elektrofizioloji proseslərinə və ESA-ın yaranmasına təsir edir. Bu istiqamətdə işlər davam edir və bu haqda əlavə məlumat veriləcək.
Figures
Keywords
References
Article Info:
Publication history
Published: 28.Dec.2024
Copyright
© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Viewed: 166

