Abstract

In our view, despite the fact that calls for angina were much more, but hospitalisations on the same occasion were much smaller, and this is related to the fact that the chest pain is not always linked to acute coronary heart disease (82, 4% vs. 26.1%). Despite the fact that among the Baku population, the overall incidence in all three age groups (18-35, 35-70 and over 70) among men and women distributed equal (respectively, 52.2% and 47.8%, 49, 9% and 50.1%, 52.6% and 47.4%, 50.4% and 49.6%), acute ischemic heart disease, including myocardial infarction with ST segment elevation, myocardial infarction without ST segment elevation + acute coronary syndrome, angina and angina like complaints occurs more at men than at women (respectively, 14.4% vs 85.6%; 21.4% vs 78.6%; 14.5% vs 85.5%; 13.4% vs 86.1 %).Among the Baku population, the overall incidence, MI, with elevation of the ST segment, myocardial infarction without ST segment elevation + acute coronary syndrome, angina occurs even in patients aged 18-35 (8.5%). Patients with age over 70 have less total morbidity, angina and angina like complaints (respectively, 0.7% and 2.9%), but they have much more cases of the myocardial infarction with ST segment elevation and myocardial infarction without ST segment elevation + acute coronary syndrome (respectively, 17.0% and 13.3%).

Cover Letter

Tədqiqatın məqsədi: Ateroskleroz mənşəli ürəyin işemik xəstəliyinin kəskin formaları olan xəstələrdə onun klinik gedişinin xüsusiyyətlərini, bu və digər ağırlaşmalarının əmələ gəlməsini xəstələrin yaş və cinsindən asılı olaraq tədqiq etmək.

Problemin aktuallığı:
Ürəyin işemik xəstəliyi (ÜİX) mənşəyində ateroskleroz prosesi dayanan və sabit stenokardiya, qeyri-sabit stenokardiya, miokard infarktı və qəfləti koronar ölüm kimi klinik formalarla üzə çıxan ürək-damar xəstəlikləri (ÜDX) qrupuna daxil olan bir xəstəlik olub, xarici ədəbiyyatda əsasən koronar arteriya xəstəliyi (KAX) kimi tanınır.
2013-cü ildə KAX qlobal olaraq ölümün əsas səbəblərindən biri olmaqla bütün dünya üzrə 8.14 million (16.8%)  ölümə səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, bu rəqəm 1990-cı ildə 5.74 million (12%) ölüm təşkil etmişdir.2  Bunu da qeyd etmək vacibdir ki, 1980-ci ildən 2010-cu ilədək olan dövrdə inkişaf etmiş ölkələrdə ölüm göstəricisi müəyyən yaşlar üçün azalma meyli göstərmişdir.3 Belə ki, 2010-cu ildə ABŞ-da KAX nəticəsində ölüm göstəricisinin 65-dən yuxarı yaşı olanlarda 20% olmasına baxmayaraq bu göstərici 45-64 yaşı olanlarda 7%, yaşı 18-45 olanlarda isə yalnız 1.3% olmuşdur.4  Beləliklə, KAX bütün yaşlardan olan fərdləri zədələyə bilər, lakin yuxarı yaşı olanlarda  klinik gedişi daha dramatik ağır olur, insanın bütün ömrü boyunca yaşı hər 10 il artdıqca onun mənfi təsiri 3 dəfə güclənmiş olur.5  Yaş qruplarına görə bu göstəricilər qadınlara nisbətən kişilərdə daha yüksəkdir.
Hesablamalar göstərir ki, ÜDX-nin bütün dünya əhalisinin 20%-ini zədələməsinə baxmayaraq onun Cənubi Asiya ölkələrində 60% əhalini zədələyəcəyi ehtimal edilir.
KAX həm qadın və həm də kişilər arasında ölümün əsas səbəblərindən olmaqla ABŞ-da hər il təxminən 600000 ölümə səbəb olur.7 Hal-hazırda ABŞ-dakı meyli nəzərə alsaq gələcəkdə yaşı 40-dan yuxarı olan sağlam kişilərin yarısında, qadınların isə 1/3-ində   KAX  inkişafı ehtimal edilir.8  Bu ABŞ-da yaşı 20-dən yuxarı olan kişi və qadınların ən çox rast gəlinən ölüm səbəbidir.9 Analoji göstərici Azərbaycanda 54% təşkil edir. 2012-ci ildən 2030-cu ilədək olan dövrdə ÜDX səbəbindən ölüm göstəricisinin 22.2 milyonadək artması ehtimal edilir. ÜDX səbəbindən baş verən ölümlərin əsas səbəbləri aterosklerotik mənşəli KAX və insultdur.10, 11 Son illərdə bütün dünyada və o cümlədən bizim respublikamızda ÜİX-in diaqnostikası və müalicəsi sahələrində əhəmiyyətli uğurların qazanılmasına baxmayaraq o, yenə də erkən ölümün və əlilliyin əsas səbəblərindən biri hesab olunur.

Material və üsullar:
Tədqiqatda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTYS)  2014-cü ilin 12 ürək-damar şikayətlərinə görə müraciət etmiş 131025  nəfər və müraciət sonrası hospitalizasiya olunmuş  9654 xəstə araşdırılmışdır. 12 ay ərzində ürək-damar şikayətlərinə görə müraciətlər Bakı şəhər TTTYS-na ümumi müraciətlərin (630101) 20.8%-ni, ürək-damar şikayətlərinə görə müraciət sonrası hospitalizasiya olunmuş xəstələrin sayı isə Bakı şəhər TTTYS-na ümumi müraciətlərdən sonra hospitalizasiya olunmuş xəstələrin (56984)  16.9%-ni təşkil etmişdir. Alınan məlumatlar həmin qəbildən olan xəstələrin yaş və cins xüsusiyyətlərinə görə də araşdırılmışdır.

Alınmış nəticələr və müzakirələr:
Bakı şəhər TTTYS-na ÜD şikayətlərinə görə 2014-cü ildə olan müraciətlərdən ÜİX kəskinləşmələri  [Kəskin ST qalxması olan miokard infarktı (STQ Mİ)+ Stenokardiya+ Kəskin koronar sindrom (KKS) və ST qalxması olmayan miokard infarktı (STQOMİ)]  17331 olmuşdur ki, bu da ümumi ürək-damar şikayətlərinin 13.2%-ni təşkil edir  (Cədvəl 1).  
Bakı şəhər TTTYS-na ÜİX kəskinləşmələrinə görə 2014-cü  ildə müraciət sonrası hospitalizasiya hallarından ÜİX kəskinləşmələrinin  [Kəskin ST qalxması olan miokard infarktı (STQ Mİ)+ Stenokardiya+ Kəskin koronar sindrom (KKS) və ST qalxması olmayan miokard infarktı (STQOMİ)]  sayı 3869 olmuşdur ki, bu da ÜİX kəskinləşmələrinə  görə müraciətlərin (n=17331) 22.3%-ni təşkil edir, yəni 5 müraciət edən fərddən biri hospitalizasiya olunmuşdur. Əgər ÜİX kəskinləşmələri  ilə olan müraciətlərdən kəskin STQ Mİ 1038 (6%), stenokardiya və ona bənzər şikayətlər 14288 (82.4%), KKS və STQOMİ 2005 (11.6%) təşkil edirsə, müvafiq olaraq ÜİX kəskinləşmələrinə görə müraciət sonrası hospitalizasiya hallarından STQ Mİ 981 (25.4%), stenokardiya və ona bənzər şikayətlər 1011 (26.1%),  KKS və STQOMİ isə 1877 (48.5%)  təşkil etmişdir (Cədvəl 1).  Yəni stenokardiyaya görə 14288 müraciət olunmasına baxmayaraq (ÜİX kəskinləşmələrinə görə müraciətlərin 82.4%-i) onlardan yalnız 1011 nəfəri (7.1%) hospitalaizasiya olunmuşdur. Lakin STQ Mİ+STQOMİ+KKS ilə müraciət edən 3043 nəfərdən (ÜİX kəskinləşmələrinə  görə müraciətlərin  17.6%-i) 2858 nəfəri hospitalaizasiya olunmuşdur ki, bu da ÜİX kəskinləşmələrinə görə hospitalizasiyaların 94%-ini təşkil edir.
Şəkil 1. 2014-cü  ildə TTTYS-na müraciətlər və hospitalizasiyaların qrafik təsviri. 
Şəkil 1.-dən göründüyü kimi 2014-cü  ildə TTTYS-na müraciətlər və hospitalizasiyaların nisbətlərinin qrafik təhlili göstərir ki, ÜİX kəskinləşmələri, stenokardiya və ona bənzər şikayətlərə görə müraciətlərin sayının çox olmasına baxmayaraq, həmin hallara görə hospitlalizasiyalar nisbətən aşağı nisbətdə olmuşdur. Bu onunla əlaqədar ola bilər ki, heç də döş qəfəsində olan ağrılar həmişə ÜİX və ya stenokardiya ilə əlaqəli deyildir. Bu şikayətlər bir çox başqa səbəblərlə də əlaqəli ola bilər. İntratorakal patologiyalar: ürək mənşəli, ürəyin qapaq xəstəlikləri, miokardın xəstəlikləri (hipertrofik kardiomiopatiya, sağ mədəciyin təzyiqlə yüklənməsi), perikardit, miokardit, damar mənşəli, aortanın laylanması, aorta anevrizması, aorta koarktasiyası, ağciyər hipertenziyası və ağciyər tromboemboliyası; ağciyər-bronx mənşəli: traxeobronxit, pnevmoniya, plevrit, pnevmotoraks, şiş xəstəlikləri, divararalığı xəstəlikləri, mediastenit, mediastenal emfizema, ezofageal spazm, reflüks ezofagit, diafraqmanın qida borusu dəliyinin yırtığı; ekstratorakal patologiyalar: döş qəfəsi divarının patologiyaları,  onurğa sütunu patologiyaları, Herpes Zoster, döş qəfəsi divarı törəmələri,  süd vəzisi xəstəlikləri, subdiafraqmal orqanların patologiyaları, mədə xorası, xolesistit, pankreatit; funksional və ya psixogen səbəblər: panik pozulmalar, depressiya, hiperventilyasiya, mitral qapaq prolapsı sindromu.12 Lakin əgər klassik anginoz tutması və 12 aparmalı EKQ dəyişiklikləri varsa bunlar miokard infarktı və kəskin koronar sindrom kimi dəyərləndirilərək əksər hallarda (94%) hospitalizasiya olunmuşlar. 
2014-cü ildə TTYS-na daxil olan ümumi müraciətlərin 15.9%-ni 18-35, 83.4%-ni 35-70 və yalnız 0.7%-ni 70 yaşdan yuxarı olanlar təşkil etmişlər (cədvəl 2). Lakin STQ Mİ 18-35 yaşında və 70 yaşdan yuxarı olanlarda daha az halda rast gəlsə də (müvafiq olaraq 5.6% və 17.0%), 35-70 yaşda olanlarda isə daha çox halda rast gəlinir (77.4%).  STQO Mİ+KKS-da da analoji meylə təsadüf edilir: 18-35 yaşda olanlarda – 8.9%, 35-70 yaşda olanlarda – 77.8% və 70 yaşdan yuxarı olanlarda 13.3%. Stenokardiya və ona bənzər şikayətlər də həmçinin daha çox 35-70 yaşında olanlarda qeydə alınmışdır  (95%),  18-35 yaşında və 70 yaşdan yuxarı olanlarda bu göstəricilər xeyli aşağıdır (müvafiq olaraq 2.1% və 2.9%). 2014-cü ildə TTTYS-na daxil olmuş müraciətlərin yaşa görə təhlilinin qrafik təsviri şəkil 2.-də göstərilmişdir. Buradan gördüyümüz kimi 70 yaşdan yuxarı olanlarda stenokardiya və ona bənzər şikayətlər nisbətən az, lakin kəskin STQ Mİ və STQO Mİ + KKS nisbətən daha çox hallarda rast gəlinir. 18-35 yaşı olanlarda isə ümumi müraciətlərlə müqayisədə stenokardiya və ona bənzər şikayətlər, kəskin STQ Mİ və STQO Mİ + KKS nisbətən daha az hallarda rast gəlinir. 35-70 yaşında olanlarda isə bu nisbətlər demək olar ki, bərabər halda paylanır.
Cədvəl 3.-də göstərildiyi kimi ümumi müraciətlər (52.2% və 47.8%), 18-35, 35-70 və 70-dən yuxarı olan yaş qruplarının hər üçündə kişi və qadınlar arasında, demək olar ki, eyni cürdür (müvafiq olaraq 49.9% və 50.1%; 52.6% və 47.4%, 50.4% və 49.6%). Bundan fərqli olaraq ÜİX kəskinləşmələri, o cümlədən kəskin STQ Mİ, STQO Mİ+KKS, stenokardiya və ona bənzər şikayətlər qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir  (müvafiq olaraq 14.4% və 85.6%; 21.4% və 78.6%; 14.5% və 85.5%;  13.4% və 86.1%).  2014-cü  ildə  TTTYS-na daxil olmuş müraciətlərin cinsə, yaşa və ÜİX kəskinləşmələrinə görə təhlilinin qrafik təsviri şəkil 3.-də verilmişdir.
Şəkil  2. 2014-cü ildə TTTYS-na daxil olmuş müraciətlərin yaşa görə təhlilinin qrafik təsviri.
Şəkil 3. 2014-cü  ildə  TTTYS-na daxil olmuş müraciətlərin cinsə, yaşa və ÜİX kəskinləşmələrinə görə təhlilinin qrafik təsviri 
TTTYS-na daxil olmuş müraciətlərin cinsə, yaşa və ÜİX kəskinləşmələrinə görə təhlilinin qrafik təsvirinə əsasən belə bir fikir yürütmək olar ki, ümumi xəstələnmə, 18-35, 35-70 və 70-dən yuxarı olan yaş qruplarının hər üçündə kişi və qadınlar arasında, demək olar ki, bərabər paylanır. Lakin bundan fərqli olaraq ÜİX kəskinləşmələri, o cümlədən STQ Mİ, STQO Mİ + KKS, stenokardiya və ona bənzər şikayətlər qadınlara nisbətən kişilərdə daha çox təsadüf edilir.

Nəticələr
Stenokardiya və ona bənzər şikayətlərə görə müraciətlərin sayının çox olmasına baxmayaraq, həmin hallara görə hospitlalizasiyaların nisbətən aşağı nisbətdə olması bizim fikrimizə görə heç də döş qəfəsində olan ağrıların həmişə ÜİX kəskinləşmələri ilə əlaqədar olmadığını göstərir (82.4%-ə qarşı 26.1%).
Bakı şəhərinin əhalisi üzrə ümumi xəstələnmə, 18-35, 35-70 və 70-dən yuxarı olan yaş qruplarının hər üçündə kişi və qadınlar arasında, demək olar ki, bərabər paylandığı halda (müvafiq olaraq 52.2% və 47.8%, 49.9% və 50.1%; 52.6% və 47.4%; 50.4% və 49.6%), ÜİX kəskinləşmələri, o cümlədən ST seqmentinin qalxması ilə gedən kəskin miokard infarktı, ST seqmentinin qalxması olmayan kəskin miokard infarktı + kəskin koronar sindrom, stenokardiya və ona bənzər  şikayətlər qadınlara nisbətən kişilərdə daha çox təsadüf edilir (müvafiq olaraq 14.4%-ə qarşı 85.6%; 21.4%-ə qarşı 78.6%; 14.5%-ə qarşı 85.5%;  13.4%-ə qarşı 86.1%).  
Bakı şəhərinin əhalisi üzrə ümumi xəstələnmə, ST seqmentinin qalxması ilə gedən kəskin miokard infarktı, ST seqmentinin qalxması olmayan kəskin miokard infarktı + kəskin koronar sindrom, stenokardiya və ona bənzər şikayətlər əsasən 35-70 yaş qrupundan olanlarda rast gəlinir.
Son illərdə ST seqmentinin qalxması ilə gedən kəskin miokard infarktı hətta 18-35 yaşında olanlarda (8.9% ) belə baş verir.
70 yaşdan yuxarı olanlarda ümumi müraciətlərin, stenokardiya və ona bənzər şikayətlərinin nisbətən az olmasına baxmayaraq (müvafiq olaraq 0.7% və  2.9%), onlarda ST seqmentinin qalxması ilə gedən kəskin miokard infarktı və ST seqmentinin qalxması olmayan kəskin miokard infarktı + kəskin koronar sindrom hallarına daha çox rast gəlinir (müvafiq olaraq 17.0% və 13.3%).

Figures

Keywords

References

1. https://en.wikipedia.org/wiki/Coronary_artery_disease
2. GBD 2013 Mortality and Causes of Death, Collaborators (17 December 2014). "Global, regional, and national age-sex specific all-cause and cause-specific mortality for 240 causes of death, 1990-2013: a systematic analysis for the Global Burden of Disease Study 2013.". Lancet 385: 117–171.
3. Moran, AE; Forouzanfar, MH; Roth, GA; Mensah, GA; Ezzati, M; Murray, CJ; Naghavi, M (8 April 2014). "Temporal trends in ischemic heart disease mortality in 21 world regions, 1980 to 2010: the Global Burden of  Disease 2010 study". Circulation 129(14): 1483–92. 
4. Centers for Disease Control and Prevention, (CDC) (14 October 2011). "Prevalence of coronary heart disease--United States, 2006-2010.". MMWR. Morbidity and mortality weekly report 60 (40): 1377–81.
5. Finegold JA, Asaria P, Francis DP (4 December 2012). "Mortality from ischaemic heart disease by country, region, and age: Statistics from World Health Organization and United Nations". International journal of cardiology 168 (2): 934–45.
6. Indian Heart Association Why South Asians Facts, 29 April 2015; accessed 26 October 2015. http://www.cdc.gov/nchs/data/nvsr/nvsr60/nvsr60_03.pdf. Kochanek KD, Xu JQ, Murphy SL, Miniño AM, Kung HC."(PDF). Retrieved 25 March 2013.
7. Rosamond W, Flegal K, Friday G, Furie K, Go A, Greenlund K, Haase N, Ho M, Howard V, Kissela B, Kissela B, Kittner S, Lloyd-Jones D, Mc Dermott M, Meigs J, Moy C, Nichol G, O'Donnell CJ, Roger V, Rumsfeld J, Sorlie P, Steinberger J, Thom T, Wasserthiel-Smoller S, Hong Y (February 2007). "Heart disease and stroke statistics--2007 update: a report from the American Heart Association Statistics Committee and Stroke Statistics Subcommittee". Circulation 115 (5): e69–171.
8. American Heart Association:Heart Disease and Stroke Statistics-2007 Update. AHA, Dallas, Texas, 2007 Archived1 July 2007 at the Wayback Machine.
10. World Health Organization - Noncommunicable Diseases (NCD) Country Profiles, 2014. http://www.who.int/nmh/countries/en/
11. World Health Organization - Noncommunicable Diseases (NCD) Country Profiles, 2014. http://www.who.int/nmh/countries/aze_en.pdf?ua=1.
12. Gersh BJ, Braunwald E, Bonow RO. Chronic Coronary Heart Disease. İn Braunwald E, 6th ed. Heart Disease: A Textbook of Cardiovascular Medicine. Philadelphia, Pa: WB Saunders Co Ltd; 2002:1272-1353.

Article Info:

Publication history

Published: 30.Dec.2015

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

What are innovations and changes in the new 2016 ESC guideline for the diagnosis and treatment of acute and chronic heart failure?

Viewed: 241