Abstract

The developmental disorders of connective tissue of the heart in children include : additional chorda in the ventricles, prolapsus of antrioventricular valves, aneurysm of interatrial septum, and bicuspid aortic valve . These states which are enough common in children can cause the regurgitation in the valves, arrythmias and in some cases sudden idiopathic cardiac death. For this reason the researchers are interested in it. Therefore, the research of the possible management of connective tissue dysplasia remains one of the most important problems. According to the latest data, the deficiency of the magnesium ions plays an important role in the pathogenesis of this syndrome. The use of magnesium orotate is effective in the correction of collagen metabolism in children.

Cover Letter

Respublika əhalisinin sağlamlığının və xəstəliklərinin xüsusiyyətlərinin monitoringi, epidemiologiya, müalicə və profilaktika üsullarının təkmilləşdirilməsi səhiyyəmizin vacib elmi istiqamətlərindən biridir. Bu baxımdan son illər uşaqlar arasında ən çox yayılmış ürəyin anadangəlmə inkişaf anomaliyaları problemi və onun erkən aşkarlanmasının və müalicəsinin təkmilləşdirilməsi əsas yerlərdən birini tutur. ÜST məlumatına əsasən hər il doğulan uşaqların 4-5%-də müxtəlif anadangəlmə və irsi patoloji hallar qeyd olunur. Müxtəlif mənbələrə əsasən bunlar arasında ürəyin anadangəlmə inkişaf anomaliyaları yenidoğulmuş uşaqların təqribən 2,0 %-də rast gəlinsə də, perinatal dövrdə ölənlərin təşrih nəticələrinə əsasən bu artaraq 3-8,0% çatır. Göstərilir ki, ürəyin anadangəlmə inkişaf anomaliyaları olan uşaqların 50,0%-dən çoxu bir yaşadək, 3,0%-dən çoxu isə müxtəlif  illərdə tələf olur [1, 2]. Tədqiqatçıların məlumatına əsasən, 40-a yaxın müxtəlif klinik variantlarda təzahür edən ürəyin anadangəlmə inkişaf anomaliyalarının rast gəlmə tezliyi populyasiyalardan, müayinə üsullarından və yaşdan asılı olaraq fərqlənir. Müəyyən olunmuşdur ki, uşaqlarda ürəyin kiçik inkişaf pozulmalarının əsasını onun birləşdirici toxumasının morfoloji, funksional defekti – displaziyası təşkil edir və meydana çıxması determinə olunmuş irsi - genetik amillərdən asılıdır [3]. Buna baxmayaraq, bu günədək uşaqlar arasında ürəyin birləşdirici toxuma displaziyasının müxtəlif formalarının müxtəlif populyasiyalarda yayılması, onların strukturu, müxtəlif yaş dövrləri ücün diaqnostika meyarları və korreksiya üsulları işlənilib hazırlanmamışdır [2, 4].

Müasir araşdırmalara görə uşaqlarda  ürək-damar sisteminin anadangəlmə  patologiyaları arasında ürəyin  birləşdirici toxumasının  displaziyası (ÜBTD) ilə bağlı olaraq əmələ gələn hallar əsas yerlərdən birini tutur. Son zamanlar bu sindromların rast gəlmə tezliyinin çoxalması ilə əlaqədar olaraq Şimali Amerika Nyu- York kardioloqlar  assosiasiyasının  təsnifatında mövcud anomaliya ayrıca rubrika ilə verilərək “ürəyin  displaziyası sindromu” adlandırılmışdır (ÜDS) [5].

Ürəyin birləşdirici toxumasının displaziya sindromu (ÜBTDS) tez-tez rast gəlinən  poliorqan xəstəliklərindən olmaqla, birləşdirici toxumanın mezenximal  quruluş defekti,  kollagenin   genetik kəmiyyət və keyfiyyət  dəyişiklikləri ilə  səciyyələnir. Omsk təsnifatına əsasən (1990) birləşdirici toxumanın displziya sindromu iki qrupa bölünür. Birinci  qrupa  birləşdirici toxumanın diferensasiya  olunmuş genetik defekt, irsi xüsusiyyət və səciyyəvi klinik əlamətlərlə özünü göstərən variantları aid edilir (Marfan, Ellers-Danlo, Xolt-Oram, natamam  osteogenez, elastik psevdoksantoma və s.). İkinci qrupa birlışdirici toxumanın dizembriogenezin polimorfizmi ilə xarakterizə olunanvə fenotipik əlamətlərlə biruzə verən diferensasiya olunmayan formalar daxildir [6] .

Birləşdirici toxumanın mezenximal displaziyası zamanı patoloji proses bütün sistemlərə yayılaraq poliorqan olmaqla polifunksional xarakter alır. Bu isə əksər hallarda  orqanizm  üçün vacib  olan  qandamar  sistemində  disfunksional  pozğunluqlarla  özünü  biruzə  verir. Ürəyin birləşdirici toxumasının diferensasiya olunmamış sindromu zamanı səciyyəvi visseral  fenotipik tezahürlərə  ürəyin  mitral  və üçtaylı qapaqlarının  prolapsı, mədəciklərin əlavə xordaları, qulaqcıqlararası çəpərin, aortanın və valsanval  sinusların  anevrizmaları, aortal qapaqların iki taylı olması və digər struktur dəyişiklikləri  aid edilir. Bu quruluş  dəyişiklikləri təklikdə yaxud  bir neçə çatışmazlığın müştərək  şəklində  rast  gəlinə  bilir. Hal hazırda sadalanan quruluş dəyişikləri tədqiqarçilar tərəfindən proqnostik olaraq  kifayət  qədər ciddi risk amilləri kimi qəbul edilir və “ürək inkişafının kiçik anomaliyaları” adlandırılır [7].

Bir çox müəllifiərin nəticələrinə görə uşaqlar arasında bu  sindromlar zamanı 25-50 % hallarda vegetativ  funksiya  pozğunluqları müşahidə  olunur [8, 9]. 
Mədəcik boşluqlarında əlavə xordanın yerləşməsi anomaliyası ( MƏX) son  illərdə ÜBTDS bir halı kimi qeyd  olunur. Bu zaman əlavə  xordalar  anatomik olaraq ürək qapaqlarına  deyil, mədəciklərin divarlarına birləşirlər ki, bu da embrional dövrdə  formalaşmaqda olan sadə ürəyin  əzələ qatına  nüfuz  edərək  məməyəbənzər əzələlərin inkişafına mane olur. Histoloji müayinələr göstərir ki, MƏX  fibroz ya qarışıq  fibroz-əzələ toxumasından ibarət olmaqla tam əksər hallarda ( 95%) sol, qalan 5% halda isə sağ mədəciklərdə rast  gəlinir [4]. Onlar tək və ya bir neçə olmaqla boşluqda yerləşmələrinə görə  diaqonal, diametr boyunca  və  uzununa ola bilər. Ədəbiyyat məlumatlarına görə MƏX uşaqlarda əksər  hallarda diaqonal (22,1%), digər hallarda isə  uzununa (7,5%) və diametr boyunca (4,6%) olur [4].

Mitral  qapağın  prolapsı (MQP) geniş yayılmış və klinikada  böyük əhəmiyyət kəsb edən anomaliya olub, uşaqlarda qapaq  aparatında xüsusi  anomaliya kimi  qeyd  edilir. Bu anomaliyada sistola zamanı mitral qapaqlar sol mədəcikdən  sol qulaqcığa doğru sallanır. Belə sallanma hissəvi, yaxud holosistolik ola bilir. Etioloji səbəblərdən asılı olaraq birincili və ikincili prolapslar ayırd olunur. Birincili  MQP ÜBTDS  visseral  fenotipik  təzahürlü uşaqlarda xüsusən qeyd olunur. Ikincili forma  MQP ürəyin  iltihabi, koranoragen  və  travmatik  zədələnmələri zamanı, xüsusən  də  sol mədəcik  miokardının kontraktilliyinin azalması  və məməyəbənzər əzələlərin  disfunksiyası  fonunda inkişaf edir. 

Birincili MQP xoşxassəli gedişə  malik olsa da,  klinisistlər bu fonda  inkişaf  edə biləcək  mitral requrgitasiya, ürəyin  ritm  pozğunluqları, infeksion  endokarditlər kimi halların çox ciddi fəsadlar verə bilməsinə diqqət yetirir [6. 12,13]. 

MQP zamanı hemodinamik əhəmiyyətli  mitral  requrgitasiya daha çox qapaq aparatının miksomatoz formasında baş  verir və fibroz  qatın  zədələnməsi, kollagen  və elastik liflərin destruksiyası və fraqmentasiyası, hüceyrədaxili matriksdə  qlikozaminlərin  toplanmasının sürətlənməsi ilə  xarakterizə olunur [9]. Son məlumatlara görə MQP olan xəstələrin  demək olar ki, yarısında  ürəyin aparıcı sistemində, qulaqcıqlarda sinir  liflərində  histoloji və histokimyəvi  müayinələrdə miksomatoz dəyişikliklər qeyd  edilir [1,3]. Makroskopik olaraq qapaqların  bağları anatomik ölçülərə  nisbətən  böyük və bir qədər uzanmış görünür. Mədəcikdaxili təzyiqin normal  qiymətində belə bağlar qulaqcıqlara  doğru sallanır [7].
Uşaq  yaşlarında  bu cür  vacib  problemin  ortaya  çıxması ÜBTDS-nin  müalicəsi məqsədilə simptomatik və patogenetik  terapiyanın  aparılması məqsədini  qarşıya qoyur. Simptomatik müalicə  əsas  klinik dəyişikliklərin  korreksiyasını və  ağırlaşmaların  qarşısının  alınmasına istiqamətlənmiş olur. Bu məqsədlə əsasən sedativ, metabolik və  antiaritmik  preparatlar  tətbiq edilir. Patogenetik terapiya  vitaminlər vasitəsilə  kollagen metabolizminin korreksiyası istiqamətində  aparılır. Anabolik preparatlar  və Mg  preparatları da bu məqsədlə təyin edilir. Tədqiqatçıların nəticəsinə əsasən son zamanlar ÜBTDS-nun  və ürək  çatışmazlığının müalicəsində Mg defisiti daha  çox  diqqəti  cəlb edir. Müəyyən  edilmişdir ki, Mg  catışmazlığında orqanizm  natamam  kollagendən istifadə  edir. Belə  hesab  olunur ki, bu  çatışmazlıq ilk  növbədə Mg-dan  asili  adenilatsiklazaya təsir  edir ki, bu da defektli  kollagen sintezinə səbəb olur.  Kollagen  molekulunun  zənciri və onun  molekullarının   yetişməsi prolin və  lizilhidroksilaz fermentlərinin iştirakı ilə  gedir. Fermentlərin kofaktoru  askorbin  turşusudur. Vitamin  C  kollagen sintezini  gücləndirir -mRNT  prokollagenin  sintezini  stimulə etməklə  B6 vitamini  də  kollagenə stimuləedici  təir edir. Bu vitaminin kofaktoru –piridoksal-5-fosfat lizin və oksilizinin  dezaminləşməsindən əmələ  gəlir. Qlütaminlərin aşağı  düşməsi  müalicə  kursunda anaboliklərin  dəyişdirilməsinə  ehtiyac yaradır [14]. Bu isə  öz  növbəsində  mitral qapaqlarında birləşdirici  toxuma  aparatının  zəifliyinə  gətirir və  atrioventrikulyar  dəlik, bağlar,  xordalar  və  məməcikli  əzələlərin  də toxumasını  zəiflədir. Tədqiqatlat  göstərir ki, 85% MQP olan  xəstələrdə  latent  tetaniya  olduğu  halda , qapaq   anomaliyalı xəstələrin  hər 4-dən  birində  bu  patologiya rast gəlinir. Son illərdə MQP və aritmiyalar zamanı Mg preperatlarının yüksək səmərələliliyi qeyd edilir [15, 16 ]. 

Bir çox müəlliflər MQP və ÜBTDS-nun digər formalarında  ritm  pozğunluğunun  yüksək tezliklə qeyd olunmasını göstərir [8,10, 11, 12]. Belə ki, müayinə edilənlər arasında mədəcik və qulaqcıq  ekstrasistoliyalarının 18-80% arasında tərəddüd etməsi göstərilir [1,13]. Ürək ritminin pozulmasının  patogenetik  əssında ürəyin aparıcı  sistemi və taylı qapaqların  miksomatoz degenerasiyası və mitral requrgitasiyanın aparıcı rol oynaması güman edilir. Mədəcikdaxili aritmiyaların  baş verməsinin  əsasında sol qulaqcığın subendotelial qıcıqlanmasından  əmələ gələn  regurgitasiyası durur ki, bu da  ektopik oyanma ocaqlarının  inkişafına təkan  verir [17]. Mədəcikdə ritm  pozğunluğuna həmçinin  hipersimptikotoniya, məməyəbənzər əzələlərin qeyri-düzgün  traksiyası  və mədəcik səthində  trabekulaların anomal  yerləşməsi də səbəb  olur [2,5,16].

Son illərdə ÜBTDS olan uşaqlarda  mədəciklərin aritmiyası (MA) geniş miqyasda öyrənilir. Hələ indiyədək  ürəyin  üzvü  dəyişikliklər olmayan  xəstələrdə  simptomsuz  idiopatik monomorf MA-nın  antiaritmik terapiyası mübahisə  sual  olaraq qalmaqdadır. Belə situasiyalarda  ənənəvi antiaritmik maddələrin  tətbiqi  yalnız “kosmetik effekt” yaradır, tam məqsədli şəkildə  nəticə almağa və  kardiotoksik effektləri inkar etməyə  imkan  vermir. Mg ionu biokimyəvi  proseslərin requlyatoru olan  300-ə yaxın  fermentin  kofaktoru kimi  universal elementdir. Mg–kalsiumun  yeganə  antoqonisti olmaqla membran  stabilizəedici  təsir göstərir, K+ hüceyrədə toplanmasına səbəb  olmaqla ürəyin ritm pozğunluqlarında  aktiv istifadə olunur. Bu səbəbdən Mg++ -a MQP və ÜBTDS kimi patologiyaların  patogenetik müalicəsində  vacib  element kimi baxılır.
Bir sıra tədqiqatlarda MQP sindromu olan patologiyalarda magnezium defisitinin rolu öyrənilmişdir. Bu  zaman  hüceyrədaxili  Mg++ tədqiq olunmuş və ritm pozğunluğunda Maqnerot preparatından istifadə edilmişdir. Maqnerot  proteinlərin sintezini indikasiya etməklə, fosfolipidlərin  mübadiləsində  istirak edir, membranın  əsas tərkib  hissəsi olmaqla hüceyrədə Mg-un toplanmasını təmin edir. Preparat monoterapiya şəklində  10  gün ərzində gündəlik 40 mq/kq olmaqla, sonra isə  6 ay  ərzində gündəlik 20 mq/kq dozada tətbiq olunmuşdur.  6 aydan sonra  52% uşaqda şikayətlər azalmış, 12% -də  isə  tamamilə  yox  olmuşdur. MQP olan xəstələrdə  requrgitasiya ilə  əlaqədar əmələ gələn ürək  küylərinin  xarakteri dəyişilmişdir. 33% xəstədə  mitral requrgitasiya tamamilə itmiş, 17% uşaqda onun  səviyyəsi azalmışdır. EKQ-də xəstələrin  əksəriyyətində  antiaritmik effekt  alınmış, 50 % halda normal  ritm  bərpa olunmuş , parasistoliyalar, həmçinin  qulaqcıq  ekstrasistoliyaları  azalmış, mədəcik ekstrasistoliyaları  və epizodik ritmləri  itmişdir. Obyektiv  olaraq  xəstələrin  şikayətləri azalmış, baş ağrılarının əksər hallarda götürülmüş, emosional  labillik aşağı  düşüb [11, 16] .

Beləliklə, ÜBTDS  uşaqlar arasında kifayət qədər yayıldığından  qapaqlarda requrgitasiya kimi kəskinləşmə risklərinin inkişafına, ürək ritminin  pozulması  və bəzi hallarda  idiopatik qəfləti ürək ölümünə  səbəb  olduğuna görə tədqiqatçıların diqqətini  cəlb edir. Bu səbəbdən birləşdirici toxumanın displaziya sindromunun müalicəsinin mümkünlüyü məsələsinin araşdırılması ən vacib problemlərdən sayılır. Son məlumatlara görə bu  sindromun patogenezinin əsasında  magnezium  ionlarının çatışmazlığı da mühüm rol oynayır. Uşaqlarda kollagenin  metabolizmini  korreksiya etmək üçün magnezium orotatın istifadəsinin səmərələliyi göstərilir. Uşaqlarda bu cür terapiya qapaqların  prolapsını, mitral  regurgitasiyanı, vegetativ  disfunksiyaların sayını  azaldır, mədəcik aritmiyaların  miqdarını aşağı salır.

Figures

Keywords

References

1. Земцовский Е.В. Дисплазия соединительной ткани сердца.— Санкт-Петербург: Politeks, 2000.— 115 с.
2. İsayev İ,İ., S.Q.Xanməmmədova, A.İ.Mustafayeva. Uşaqlarda ürəyin kiçik anomaliyaları// Azərbaycan təbabətinin müasir nailiyyətləri, Bakı, 2013, № 1, s. 45-47
3. Земцовский Э. В. Диспластические синдромы и фенотипы. Диспластическое сердце. Спб: «Ольга». 2007. 80 с
4. Гнусаев С.Ф., Белозеров Ю.М., Виноградов А.Ф. Клиническое значение малых аномалий сердца у детей. Российский вестник перинатологии и педиатрии. 2006; 4: 20-25.
5. Boudoulas H., Schaal S.F., Stang J.M. et al. Mitral valve prolapse: cardiac arrest with long-term survival. Int. J. Cardiol. 1990; 26 (1): 37-44.
6. Яковлев В.М., Нечаева Г.И., Викторова И.А. и др. Терминология. Определенная с позиции клиники, классификация врожденной дисплазии соединительной ткани. Тез. 
7. Симп. «Врожденные дисплазии соединительной ткани». Омск. 1990. С. 3-5
8. Singh J., Evans J., Levy D. et al. Prevalence and clinical determinants of mitral, tricuspid and aortic regurgitation (The Framingham Heart Study). Am. J. Cardiology. 1999; 83 (6): 897-902.
9. İsayev İ.İ.,Musayev S.N., Mustafayeva A.İ. və b. Aritmiyası olan uşaqlarda birləşdirici toxuma displaziyası fonunda miokardın elektroloji remodelləşməsi. Azərbaycan Tibb Jurnalı.,2013,N 3, s. 74-79
10. Исаев И.И.,Мурадова Г.А., Фаталиева М.М.и др.Состояние спектральных  параметров вариабельности сердечного ритма у детей с недифференцированнщй дисплазией соединительной ткани. Свит медицины та биологии. 2012.,№4.,с.22-26
11. Disse S., Abergei E., Derrebi A. et al. Mapping of the first locus for autosomal dominant myxomatous mitral valve prolapse to chromosome 16p11.2 - p.12.1. Amer. J. Hum. Genet. 1999; 65 (5): 1242-1251.
12. Домницкая Т. М., Дьяченко А. В., Куприянова О. О., Домницкий М. В. Клиническая оценка использования оротата магния улиц молодого возраста с синдромом дисплазии соединительной ткани сердца // Кардиология. 2005; 45 (3): 76–81.
13. İsayev İ.İ.,İmanov E.Ə. Mitral qapağın prolapsı sindromu olan uşaqlarda  sol mədəciklərin miokardının bioelektrik fəallığının vəziyyəti . Azərbaycan Tibb Jurnalı., 2007,№3,səh.68-70.
14. Bobkowski W, Siwinska A, Zachwieja J et al. Electrolyte abnormalities and ventricular arrhythmias in children with mitral valve prolapse. Pol. Merkuriusz. Lek. 2001;11(62): 125-128.
15. Kitlinski M, Konduracka E, Piwowarska. Evaluation of magnesium cation levels in serum of patients with mitral valve prolapse syndrome. Folia Med Cracov. 2000; 41 (3-4): 17-24.
16. Puljevic D., Buljevic B., Milicic D. Current management of patients with ventricular tachycardia. Lijec Vjesn. 2001; 23 (7-8): 191-200.
17. Wroblewska-Kaluzewska M., Piorecka-Makula A., Tomik A. Arrhythmia and repolarization in children with mitral valve prolapse. Wiad. Lek. 2000; 53 (9-10): 513-517
18. Мартынов А. И., Степура О. Б., Шехтер А. Б. и др. Новые подходы к лечению больных с идиопатическим пролабироанием митрального клапана. Терапевтический архив. 2000; 72 (9): 67-70.

 

Article Info:

Publication history

Published: 31.May.2016

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

The role of determination of plasma natriuretic peptide (nt – pro bnp) during excercise stress testing in diagnosis of coronary heart disease

Viewed: 371