Abstract

Left ventricular (LV) remodeling after myocardial infarction (MI) is a biologically complex process that begins early and lasts up to 1 year. Clinically, it is characterized by changes in LV geometry, size and function regulated by hemodynamic, neurohormonal activation and genetic factors. Histologically, it is manifested by myocyte hypertrophy, apoptosis, myofibroblast proliferation and interstitial fibrosis.

Full article

İşemik Kardiomiopatiya koronar arteriya xəstəliyi nəticəsində atım fraksiyasının ciddi azalması və ürək çatışmazlığı halı ilə xarakterizə edilir. Koronar arteriyalar genel olaraq müəyyən seqmentləri perfuziya edir və patologiya zamanı bu seqmentlərdə kontraktilite pozğunluğu müşahidə edilir. Müxtəlif koronar anomaliya halları və perfuziya fərqləri müşahidə edilsə də, rastgəlmə tezliyinə görə daha çox bu damar-seqment perfuziya korrelyasiyası müşahidə edilir. LAD-9 seqment (apical cap, apikal seqmentlər anteriorseptum və anterior), Cx-lateral və posterior divarın mid və bazal seqmentləri, RCA-inferior və inferiorseptumun mid və bazal bölgənin perfuziyasını əhatə edir.

Erkən dönəmdə revaskulyarizasiya edilməyən damar irəli dönəmdə həmin toxumada canlı kardiomiositlərin apoptozu, yaygın fibrozis və viabilitenin itirilməsi ilə nəticələnir. Bu da bir müddət sonra LV-un ölçülərinin və ya geometrik şəklinin müxtəlif dərəcədə dəyişməsi ilə müşahidə edilir. LV remodelingi koronar arteriya lezyonuna görə bir-birindən fərqlənir. LAD damar lezyonunda akinez, anevrizma və ya diskinez zamanı daha çox apikal seqmentlər zədələndiyindən bazal seqmentlər strukturunu qoruyur və remodeling apikal seqmentlərdə, LV ölçüsü - bazal-apikal istiqamətdə dəyişir.

Bu zaman irəli mərhələdə apikal seqmentlərin incəlməsi, diskinez - apeks, apikal seqmentlər və apikal septumda anevrizmatik morfologiya ilə müşahidə edilir. Apikal və bəzi hallarda mid kavite ölçüsü bazala nəzərən daha genişlənmiş olur. Digər damar lezyonu olmadığı halda bazal və bəzən mid səviyyədə ölçülər qorunub normal sərhədlər daxilində yerləşir. Sol ventrikulda bazal-apikal ölçü dəyişdiyindən papilyar əzələlərin zirvəyə doğru çəkilməsi - hər iki leafletdə simmetrik tethering müşahidə edilir. Mitral yetərsizliyin ciddiyəti genəlliklə tenting qüvvəsindən - koaptasyon length-dən və koaptasyon gap-dan asılı olub, santral jetlə müşahidə edilir.

Cx/RCA lezyonları - sol ventrikulun lateral, posterior, inferior və inferiorseptum divarlarını əhatə etdiyindən zədələnə zamanı sol ventrikulun end-diastolik və end-sistolik ölçülərinin dəyişməsi və LV geometrisində sferik remodeling izlənmiş olur. Bu zaman posteriormedial papilyar əzələnin zədələnməsi və daha çox posterior mitral leafletdə asimmetrik tethering nəticəsində posterior ekzantrik mitral yetərsizlik (Coanda effekti) izlənmiş olur. Bu seqmentdə zədələnmə nə qədər ciddidirsə (akinez/anevrizma/diskinez) bu zədələnmə ilə mütənasib ciddilikdə yetərsizlik izlənmiş olur. Mitral qapağın bu morfoloji halı - Seagull sign olaraq xarakterizə edilir.

Remodelingin dəyərləndirilməsi ekokardioqrafiya; 3D volumetrik və Strain müayinəsi ilə aparıla bilər. Mühim nüans görüntülərin optimal rezolusiya ilə dəyərləndirilməsi, endokardial sərhədlərin aydın izlənilməsi və foreshortening görüntülərdən qaçınılmasıdır. Strain ekokardioqrafiya müayinəsi - longitudinal və radial əzələlərin analizi həm də kardiak MRT müayinəsi diastolik və son sistolik həcmləri və onların zamanla dəyişməsini dəqiq ölçmək və funksiyaların qiymətləndirilməsi LV remodelingini təyin etmək üçün ən çox istifadə olunan metoddur.

Bundan əlavə, KMR infarkt ölçüsünü, mikrovaskulyar obstruksiyanı (MVO) aşkarlamağa və ürək-damar sisteminin mənfi dəyişikliklərinin əsas determinantlarını və zəif ürək-damar nəticələrinin proqnozlaşdırıcılarını təmsil edən intramiokardial qanaxmanı (IMH) aşkar etməyə imkan verir. CMR görüntüləmə LV həcmlərini və miokardın deformasiyasını dəqiq qiymətləndirərək miokard toxumasının xüsusiyyətlərini tədqiq etməklə mənfi remodelingin qiymətləndirilməsində qızıl standartdır.

 
 

Figures

Keywords

References

1. https://pmc.ncbi.nlm.nih.gov/articles/P MC9820966/
2. https://www.ahajournals.org/doi/10.11 61/circulationaha.113.001878
3. https://www.researchgate.net/figure/D etermination-of-regurgitant-fraction-RFby-3D-echocardiography-3D-4-chamberview_fig2_326578627
4. https://www.nature.com/articles/s4159 8-017-15353-1

Article Info:

Publication history

Published: 28.Dec.2024

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

We haven't found any related articles.

Viewed: 140