Abstract

Arterial hypertension occurs as a continuation of the imbalance between enhanced or inhibited sympathetic activity between various brain systems during hypertension disease. Currently, there are three main methods of studying the autonomic nervous system: determining the amount of catecholamines in the plasma, determining the sensivity of baroreceptors, and studying the variability of the heart rhythm. The method of determining the variability of the heart rhythm, which allows assessing the condition of both sympathetic and parasympatetic parts of the autonomic nervous system, is the most effective of these methods. Heart rhythm variability is the central and autonomic nervous systems is amound the significant symptoms in the development and stabilization of hypertension. We have aimed to study the correlation of lipid and biochemical indicators with the time domain of heart rhythm variability in patients with arterial hypertension. During the study, 24 patients only with arterial hypertension were examined. All those examined underwent clinical and instrumental examination of the cardiovascular system. They had 12 standart ECGs (electrocardiograms) taken, general and bichemical analyses of blood, and echocardiography. The study of HRV (time and spectral indicators) was carried out by means of daily Holter monitoring of the electrocardiogram with the help of the ‘ECG Pro Holter’ device.

Full article

Məlum olduğu kimi renin – angiotenzin sistemi təkcə qan plazmasında deyil, eyni zamanda qan damarlarında və ürəkdə də mövcuddur. Müəyyən olunmuşdur ki, angiotenzin yalnız arterial hipertoniyanın inkişafında deyil, həmçinin aterosklerozun yaranmasında da iştirak edir. Bəzi məlumatlara görə immunokimyəvi metodların köməyi ilə aşkar olunmuşdur ki, normal koronar arteriyaların divarında angiotenzinçevirici ferment və angiotenzin II olmur. Onlar ateroskleroz zamanı əmələ gəlir və angiotenzinçevirici fermentin aktivlik dərəcəsi, eyni zamanda angiotenzin II birbaşa aterosklerozun ağırlıq dərəcəsi ilə korrelyasiya olunur.

Bildiyimizə görə hipertoniya xəstəliyinin əmələ gəlməsi və stabilləşdirilməsində vacib əlamətlər sırasında mərkəzi və vegetativ sinir sisteminin (MSS və VSS) irsi və endokrin-metabolik disbalansı durur. Hipertoniya xəstəliyi (HX) zamanı arterial hipertoniya beyinin müxtəlif sistemləri arasında güclənmiş və ya tormozlanmış simpatik aktivlik arasında disbalansın davamı olaraq əmələ gəlir. Hal – hazırda vegetativ sinir sisteminin öyrənilməsinin 3 əsas metodu var: plazmada katexolaminlərin miqdarının müəyyənləşdirilməsi, baroreseptorların həssaslıgının müəyyənləşdirilməsi və ürək ritminin variabelliyinin öyrənilməsi. Bu metodlardan ən effektlisi VSS-nin həm simpatik, həm də parasimpatik hissələrinin vəziyyətini qiymətləndirməyə imkan verən ürək ritminin variabelliyinin müəyyənləşdirilməsi metodudur. ÜRV-i ürək yıgılmalarının tsikli zamanı RR intervallarının dəyişməsidir. ÜRV ürəyə vegetativ sinir sisteminin təsiri ilə müəyyənləşdirilir, hansı ki, bu mediatorlar miokardın hüceyrələrinin elektrolit münasibətini dəyişir. Sakitlik zamanı vegetativ sinir sisteminin parasimpatik sahəsinin tonusu üstünlük təşkil edir.

Son illər müəyyən olunmuşdur ki, ürəyin işemik xəstəliyinin (ÜİX) patogenezi miokardın koronar yataqlarının və neyro-humoral requlyasiyanın vəziyyətinin zədələnməsi ilə müəyyənləşdirilir. ÜRV-nin öyrənilməsi göstərmişdir ki, neyro-humoral requlyasiya ritm dəyişikliyinin statistik xarakteristikasını müəyyənləşdirir. VSS-nin parasimpatik sahəsi ürək ritminin yüksək tezlik diapazonu göstəricilərinə dolayı yolla təsir edir. Aşağı tezlik diapazonu isə daha çox simpatik tonus və humoral təsirlə xarakterizə olunur. Ədəbiyyatlardan göründüyü kimi ürək ritmi ürəyin işemik xəstəliyi olan xəstələrdə miokardial statusun həssas indikatorudur.

**Hipertoniya xəstəliyi zamanı xəstəyə ürək ritminin variabelliyinin 2 analiz metodundan istifadə olunur:

Zaman göstəriciləri;

Spektral göstəricilər.
Bu göstəricilərin öyrənilməsi üçün 24 saatlıq Holter yazısından istifadə olunur.**

Tədqiqatın məqsədi: – Arterial hipertenziyalı xəstələrdə ürək ritminin variabelliyinin zaman sahəsi ilə lipid və biokimyəvi göstəricilərin korrelyasiyasının öyrənilməsi.

Tədqiqatın material və metodları: Tədqiqata 24 nəfər yalnız AH-lı xəstələr (I və II dərəcə AH [Hipertoniya üzrə Avropa Cəmiyyətinin və Avropa Kardioloqları Cəmiyyətinin 2007-ci il tövsiyələrinə əsasən]) daxil edilmişdir. Bütün müayinə olunanlar ürək-damar sisteminin klinik-instrumental müayinələrindən keçirilmişdir. Onlara 12 standart aparmada EKQ çəkilmiş, qanın ümumi və biokimyəvi analizləri aparılmış, exokardioqrafiya (ExoKQ) edilmişdir. ÜRV-nin (zaman və spektral göstəricilərinin) öyrənilməsi “ECG pro Holter” cihazının köməyi ilə elektrokardioqramın sutkalıq Holter monitorinqi vasitəsilə olunmuşdur. Arterial təzyiq oturaq vəziyyətdə əvvəl sol, sonra sağ qolda ölçülmüşdür. Əgər arterial təzyiqin səviyyəsi hər iki qolda müxtəlif olmuşdursa, onda ən yüksək olanı qeyd olunmuşdur. AT 2 dəfə, lazım gəldikdə isə 3-cü dəfə də ölçülmüşdür. Sistolik arterial təzyiqin 130 mm.c.süt. və diastolik arterial təzyiqin 80 mm.c.süt.-dan çox olması patoloji meyar kimi qəbul edilmişdir.

Qanda qlükozanın səviyyəsi səhər ac qarına venoz qandan götürülməklə təyin edilmişdir və şəkərin səviyyəsi 6.6 mmol-dan çox olduqda artıq patologiyaya aid edilmişdir. Bütün müayinə olunanlarda lipid spektri (triqliseridlər (TQ), ümumi xolesterin (ÜX), yuxarı sıxlıqlı lipoproteidli xolesterin (YSLP XS), aşağı sıxlıqlı lipoproteidli xolesterin (ASLP XS), biokimyəvi analizlər) qanın səhər ac qarına dirsək venasından götürülməklə “Stat Fax” (Amerika) aparatında təyin edilmişdir. Belə ki, qanda ÜX 5.5 mmol, TQ 1.9 mmol, ASLP 3.5 mmol, Aİ 4-dən yuxarı olduqda və YSLP 1.1 mmol-dan az olduqda patologiya hesab olunmuşdur. Çox aşağı sıxlıqlı lipoproteidli xolesterin (ÇASLP XS) və aterogen indeksi (Aİ) isə Fridvald metodu ilə hesablanmışdır. Holter müayinə üsulu zamanı ürək ritminin variabelliyinin aşağıdakı göstəriciləri təyin ediləcək:

Ürək ritminin variabelliyinin spektral parametrlərindən:
TP – dəyişikliyi ümumilikdə xarakterizə edir. Spektrin ümumi göstəricisi, ms². Bu göstərici diapazonu 0.003–0.4 hs. SDNN kimi fizioloji məna daşıyır. Ürək ritminə vegetativ təsirin aktivlik cəmini göstərir. N = 3466 ± 1018 ms².
HF – yüksək tezlikli diapazon göstəricisi, ms². ÜYS 0.15–0.4 hs tezlikdə dəyişir. Tənəffüs hərəkətləri ilə əlaqədardır və ürəyə parasimpatik təsirləri xarakterizə edir. N = 975 ± 203 ms².
LF – aşağı tezlik diapazonu göstəricisi, ms². 0.04–0.15 hs – ürəyə simpatik təsirləri göstərir. N = 1170 ± 416 ms².
VLF – çox aşağı tezlik diapazonu göstəricisi, ms². 0.003–0.04 hs – renin-angiotenzin-aldosteron sistemi, plazma katexolaminləri və termorequlyasiya ilə bağlıdır.
LF/HF – simpatiko-parasimpatik balansı göstərir. N = 1.5–2.0.
LFnu – N = 54 ± 4.
HFnu – N = 29 ± 3.

Tədqiqata daxil olmayan meyarlar: 1.75 yaşdan yuxarı olan xəstələr; 2. Ürəyin işemik xəstəliyi; 3. Kəskin miokard infarktı; 4. Bədxassəli aritmiyalar; 5. III–IV FS stenokardiya; 6. III–IV FS ürək çatmazlığı; 7. Şəkərli diabet.

Göstəricilərin statistik təhlili STATİSTİKA-7 proqramı vasitəsilə aparılmışdır. Qruplarda göstəricilər arasındakı fərqi müəyyən etmək üçün qeyri-parametrik üsuldan – Uilkokson (Manna–Uitni) meyarından istifadə olunmuşdur.

Nəticə və müzakirələr: Lipid və biokimyəvi göstəricələrdə şəkər artdıqca SDNN -0.29 (P<0.05) azalmışdır. Simpatik təsiri xarakterizə edən iSDANN -0.23 (P<0.05), iSDNN -0.30, parasimpatik təsiri xarakterizə edən MSSD -0.31 və pNN50 -0.31 (P<0.01) azalmışdır. ÜX artdıqda simpatik göstəricilərdən SDNN -0.37, iSDANN -0.23, iSDNN -0.46 (P<0.001), parasimpatik göstəricilərdən rMSSD -0.31 (P<0.01), pNN50 -0.27 (P<0.05) azalmışdır. TQ artdıqda SDNN -0.44 (P<0.001), iSDANN -0.42, iSDNN -0.46 (P<0.001), rMSSD -0.32 (P<0.01), pNN50 -0.30 (P<0.05) azalmışdır. ASLPX artanda SDNN -0.34, iSDANN -0.33 (P<0.01), iSDNN -0.41 (P<0.001), rMSSD -0.27 (P<0.05) azalmışdır. ÇASLPX artdıqda SDNN -0.44, iSDANN -0.42, iSDNN -0.46 (P<0.001), rMSSD -0.32 (P<0.01), pNN50 -0.30 (P<0.05) azalmışdır. Aİ yüksələndə SDNN -0.50, iSDANN -0.46, iSDNN -0.59, rMSSD -0.47, pNN50 -0.42 (P<0.001) azalmışdır.

Figures

Keywords

References

1. Faiq Mustafaoglu. Kardiologiya. 2009. Holter monitoru, Səh. 178 – 180.

2. Алиметов С.Н., Азизов В.А., Курбанова Х.И. Современное представление о роли диастолической дисфункции левого желудочка при хронической сердечной недостаточности // Saglamlıq 2007. №6. S. 146 – 150.  

3. Алиметов С.Н., Салимов С.М., Исазаде Д.Г. Современное аспекты лечения хронической сердечной недостаточности // Saglamlıq 2004. №4. S. 91 – 93.

4. Baxşəliyev A.B., Daşdəmirov R.L., Abbasov V.G. Metabolik sindromlu xəstələrin klinik xarakteristikası // Saglamlıq 2006. №8. S. 197 – 199.

5. Əzizov V.Ə. Azərbaycan populyasiyasında ürəyin işemik xəstəliyi fonunda fövqəladə təhlükə amillərinin xüsusiyyətləri // Saglamlıq jurnalı 2008. №10. S. 97 – 101.

6. F. Mustafaoglu “Klinik kardiologiya” Bakı 2001. S 54 – 68.

7. Xəlilov A.N. Miokard infarktı xronik ürək çatmamazlıgı olan xəstələrdə spironolaktonun istifadə edilməsinin əlavə üstünlükləri // Azərbaycan tibb jurnalı. 2009. №3. S. 55 – 57.

8. İsayev İ.İ., Fətəliyeva M.M., Mustafayeva A.İ. Ürək ritminin variabelliyi və onun uşaqlarda müxtəlif patologiyalarda öyrənilməsinin rolu // Saglamlıq 2009. №9. S. 12 – 16.

Article Info:

Publication history

Published: 28.Dec.2024

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

The approach and principles of treatment of patients with syncope; inside from cardiologist aspect

Viewed: 147