Abstract

Although COVID-19 infection primarily affects the respiratory system, it is characterized by both acute and long-term effects on the cardiovascular system (CVS). It has been shown that subclinical myocardial and pericardial damage, especially in young, non-hospitalized patients, is not always detected by standard echocardiography. The aim of this study is to evaluate the prognostic and predictive role of preclinical markers of myocardial and endothelial damage, as well as the diagnostic value of imaging methods, in young individuals who have recovered from COVID-19.

Full article

Giriş: COVID-19 infeksiyası əsasən respirator sistemə təsir göstərsə də, ürək-damar sistemi (ÜDS) üzərində həm kəskin, həm də uzunmüddətli təsirləri ilə seçilir. Xüsusilə gənc yaşlı, hospitalizasiya edilməmiş pasiyentlərdə subklinik miokard və perikard zədələnmələrinin həmişə standart exokardioqrafiya ilə aşkarlanmadığı göstərilmişdir. Bu tədqiqatın məqsədi COVID-19-dan sağalmış gənc şəxslərdə miokard və endotel zədələnməsinin preklinik markerlərinin proqnostik və prediktor rolunu, həmçinin görüntüləmə metodlarının diaqnostik dəyərini qiymətləndirməkdir.

Material və metodlar: Tədqiqata 18–44 yaş arası 177 iştirakçı daxil edilmişdir və onlar 3 qrupa bölünmüşdür: əsas qrup – 1–6 ay əvvəl COVID-19 keçirmiş, üərk -damar xəstəlikləri üçün riks faktorlarına sahib 89 pasiyent; 1-ci müqayisə qrupu – COVID-19 keçirməmiş, lakin ÜDS risk faktorları olan 59 pasient və 2-ci müqayisə qrupu 29 nəfər sağlam könüllü. Bütün iştirakçılara girişdə, 3, 6 və 12-ci ayda standard transtorasik exokardioqrafiya (TTE) icra edilmişdir. Əsas və I control qrupunda qrupda əlavə olaraq ürək maqnit-rezonans tomoqrafiyası (CMR) – cine görüntüləmə, T1/T2 xəritələmə, ekstrasellulyar həcm (ECV) ölçümü və gec gadolinium tutulumu (LGE) analizi aparılmışdır. Biomarkerlər və klinik göstəricilər struktur və funksional parametrlərlə korrelyasiya edilmişdir.

Nəticələr: COVID-19-dan sağalmış 89 pasiyentin alt-analizində CMR-də 30 nəfərdə (33.7%) patoloji dəyişiklik aşkarlanmışdır. Exo müayinəsində LVEF ≥53% olan 13 pasiyentin 7-də (53.8%) CMR-da qeyri-işemik LGE mövcud olmuşdur ki, bu da normal sistolik funksiyanın miokard zədələnməsini istisna etmədiyini göstərmişdir. CMR-zədələnmə olan 30 pasiyentin 9-da LVEDd (≤53 mm), 2-də isə LVESd (≤39 mm) normal həddə olmuşdur. Bu isə göstərir ki, erkən mərhələdə subklinik zədələnmələr hər zaman exokardioqarfiak olaraq görüntülənə bilinən struktur dəyişikliklərinə gətirib çıxarmır. CMR-müayinəsində 14 pasiyentdə Perikardial dəyişikliklər (effuziya, iltihab, fibroz) qeydə alınmış, onların 6-da (42.9%) TTE nəticələri tam normal olmuşdur. Yalnız 5 pasiyentdə perikardial maye TTE ilə vizualizasiya edilmişdir. Bu nəticələr CMR-in subklinik miokard və perikard zədələnmələrinin aşkarlanmasında üstünlüyünü nümayiş etdirmişdir. Strain-exo və biomarkerlərlə aparılan analizlər miokardial iltihab, fibroz və endotelial disfunksiya göstəriciləri ilə struktur dəyişikliklər arasında əhəmiyyətli korrelyasiya olduğunu göstərmişdir ki, bu da bəzi markerlərin preklinik proqnostik prediktor kimi potensial rolunu təsdiqləyir.

Yekun: Gənc yaşlı, yüngül COVID-19 keçirmiş pasiyentlərdə subklinik miokard və perikard zədələnmələri geniş yayılmışdır və çox zaman standart exokardioqrafiya ilə aşkar edilmir. CMR və qabaqcıl strain-analiz metodları bu dəyişikliklərin erkən diaqnostikasında daha həssasdır. ÜDS risk faktorları olan və ya simptomatik gənc pasiyentlərdə məqsədyönlü ürək görüntüləmə metodlarının tətbiqi uzunmüddətli ağırlaşmaların proqnozlaşdırılması və idarə olunmasında mühüm əhəmiyyət daşıyır.

Figures

Keywords

References

Article Info:

Publication history

Published: 28.Jun.2025

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Characteristics of Myocardial Tissue in Patients with Non-ST-Elevation Myocardial Infarction and Non-Obstructive Coronary Artery Disease (MINOCA)

Viewed: 14