Abstract

This article presents the results of study about electrical and functional remodelling characteristics of the myocardium in the children with idiopathic minor developmental anomalies of the mitral and tricuspid valves of the heart.200 children with mild developmental heart anomalies( MDHA) were divided into 2 groups based on the results Group 1 included 108 children with a minor developmental anomaly in the subvalvular structure of the mitral valve (MVMDA) and group 2 included 92 children with a minor developmental anomaly in the tricuspid valve(TVMDA).In children with minor developmental anomalies of the mitral and tricuspid valves, the study of the state of the bioelectric homogeneity of the heart muscle( QTmax, QTmin, QTmid,QTc, QTd) the morphometric (leftVdD, leftVsD, RightVdD, RightVdH) and functional (%S, SQrate, nVmid, RTPVLV,RTIVS) of the ventricles, as well as the volume of central hemodynamics (leftVsD, left VdV, SV,CO) parameters revealed various directional and characteristic coutinuous changes.

Full article

Problemin aktuallığı
Müxtəlif patofizioloji amillərin təsirinə cavab reaksiyası olaraq ürəyin remodelləşmə konsepsiyasının formalaşması müasir kardiologiyanın nailiyyətlərindən biridir [1-3]. Ürəyin remodelləşməsi geniş anlayışda həyat qabiliyyətinə malik miokardın, müəyyən hissəsinin fəaliyyətinin davamlı dəyişilməsinə səbəb olan təsiredici amilə cavab olaraq elektrik homogenliyinin və onun  geometrik strukturu və funksional dəyişiklərinin kompleks şəkildə pozulması kimi başa düşülür [4 - 6]. Ədəbiyyat məlumatlarına görə  mədəciklərin həndəsi struktur ölçülərinin pozulması ürək patologiyasının əsasında olan etioloji amilə deyil, həmin səbəbə cavab olaraq müddət  keçdikcə mədəcik və qulaqcıqların  morfoloji  strukturunun proqressivləşən dəyişilməsi ilə əlaqədar olur [7 - 9].

Bu baxımdan ürəyin kiçik inkişaf anomaliyası (ÜKİA) zamanı müxtəlif yaşlı uşaqlarda dinamik inkişaf etməkdə olan ürək şöbələrinin geometriyasının öyrənilməsi və miokardın başlanğıc elektrik sabitliyinin və  funksional pozulmaların ilkin əlamətlərinin aşkar edilməsi xronik koronar xəstəliklərin profilaktikasında aparıcı istiqamətlərdən biri sayılır [10, 11]. Tədqiqat işi ürəyin mitral və üçtaylı qapaqlarında idiopatik kiçik inkişaf anomaliyaları olan uşaqlarda miokardın elektrik və funksional remodelləşmə xüsusiyyətlərinin öyrənilməsi məqsədi ilə aparılmışdır. 

Tədqiqatın material və metodları. Tədqiqata məktəb yaşında olan (6-17 yaş) 240 uşaq daxil edilmişdir. Bunlardan 200 nəfərdə ürəyin kiçik inkişaf anomaliyası (ÜKİA) olmuşdur. Qalan 40 nəfəri eyni yaşda praktiki sağlam  olmaqla kontrol qrupunu təşkil etmişdir. Bütün uşaqlarda ümumi klinik (subyektiv müayinə, antropometriya, somatometriya) və instrumental (EKQ, ExoKQ) müayinə üsulları aparılmışdır. Alınan nəticələrin təhlili statistik olaraq qeyri- parametrik Mann- Whitney üsuluna əsasən aparılaraq etibarlılıq dərəcəsi açkar edilmişdir. ÜKİA olan uşaqlar ExoKQ müayinəsinin nəticələrinə əsasən 2 qrupa bölünmüşdür. I qrupa mitral qapağın qapaqaltı strukturunda kiçik inkişaf anomaliyası (MQKİA) olan 108, II qrupa isə üçtaylı  qapağında kiçik inkişaf anomaliyası (ÜQKİA) olan 92 uşaq daxil edilmişdir. MQKİA qrupuna ExoKQ müayinəsində hemodinamik əhəmiyyətli olmayan mitral qapağın prolapsı, ÜQKİA qrupuna isə üçtaylı qapağında prolapsı olan məktəblilər daxil edilmişdir. Məktəbli uşaqlar yaşdan asılı olaraq  6-11 (kiçik məktəb yaşlı)  və 12-17 (böyük məktəb yaşlı) yaş  qruplarına bölünmüşdür. MQKİA olan məktəblilərdən 42 nəfəri 6-11,66 nəfəri 12-17 yaşlı; ÜQKİA olan qrupda isə 40 nəfəri 6-11, qalan 52 nəfəri isə 12-17 yaşlı olmuşdur. Miokardın bioelektrik fəallığının sabitliyinin remodelləşməsi qeyi-invaziv informativ üsul olan QT intervalının təhlilinə əsasən öyrənilmişdir.QT intervalının statistik riyazi təhlili Avropa Kardioloqlar Assosiasiyasının tövsiyyələrinə əsasən uşaqların horizontal vəziyyətində 5 dəqiqilik istirahətdən sonra 12 standart EKQ aparmalarında aparılmış və QTc, QTd, QTmax., QTmin., QTorta indekslərinin qiymətləri dəyərləndirilmişdir. 

Uşaqlarda miokardın funksional remodelləşmə xüsusiyyətləri ExoKQ -nin köməyilə təyin edilmişdir. ExoKQ də hər iki mədəciyin daxili son sistolik (morfometrik SolMsD, SağMsD; həcm - SolMsH, SağMsH), son diastolik (morfometrik SolMdD, SağMdD; həcm - SolMdH; SağMdH) parametrləri, sol mədəciyin arxa divarının (SMADNQ) və mədəciklərarası çəpərin (MAÇNQ) sistola və diastolada nisbi qalınlıqları, vurğu (VH) və dəqiqəlik (DH) həcmləri (onların indeksləri), qovulma fraksiyası (QF%) həmçinin  %S, miokardın sirkulyar qısalma surəti (SQsurəti), miokardın orta (Vorta) və normalaşdırılmış orta (nVorta) yığılma surətləri təyin edilmişdir.

Nəticələr və onların müzakirəsi. QT intervalının orta statistik davam etmə müddəti MQKİA olan uşaqlarda praktik sağlam olanların uyğun qiymətindən (346.28 mmsan) qrup üzrə 1,07% (p˃0,05), ÜQKİA qrupunda müqayisə səviyyədən 0,92% (p˃0,05) artıq olmuşdur. Yuxarı yaşlı MQKİA olan uşaqlarda QTmax qiymətinin uzanması ÜQKİA olan uşaqların həmyaşıdlarının müvafiq qiymətlərilə müqayisədə qrup üzrə bir qədər yuxarı səviyyədə özünü biruzə vermişdir. MQKİA olan uşaqlarda QTmax orta qiymətinin uzanması həm ÜQKİA, həm də praktiki sağlam uşaqlar qrupunun(358.44mmsan) orta həddindən artıq olsa da fərqlənmə müqayisədə dürüst deyidir  (p˃0,05). QTmin səviyyəsi qrup üzrə orta qiymətlərinin nəzarət qripu ilə müqayisəsi MQKİA olan məktəblilərdə orta hesabla 0,93% (p˃0,05), ÜQKİA qrupunda isə 0,86%  (p˃0,05) olmuşdur.Göründüyü kimi  qruplar üzrə QTmax və QTmin orta qiymətlərinin uzanması  QTorta ingreksinin müqayisə qrupunun uyğun indeksi ilə bərabər səviyyədə saxlanılmasını şərtləndirmişdir. Ədəbiyyat məlumatlarına görə dQT indeksi miokardın elektrik  homogenliyinin sabitliyinin pozulmasının və remodelləşməsinin əsas göstəricilərindən biri sayılır [3,11]. Bu parametr  MQKİA olan uşaqlarda 2,03% (p<0,05) artmaqla dürüst olsa da ÜQKİA olan məktəblilərdə nisbətən aşağı - 0,68% artmaqla müqayisə qrupunun(362.34mmsan) uyğun  indeksi ilə demək olar ki, eyni səviyyədə qalmışdır (p˃0,05). Göründüyü kimi QTmin, QTmax qiymətlərinin geniş diapazonda tərəddüd etməsi miokardda repolyarizasiya prosesində remodelləşmənin başlanılmasını və davamlı olaraq bioelektrik fəallığının qeyri-sabitliyini sübut edir.

QT intevalının indekslərinin ÜKİA olan məktəblilərdə qruplar üzrə statistik təhlil zamanı anomaliyanın variantından asılı olaraq praktiki sağlam qrupun müvafiq göstəricilərindən dürüst fərqlənməsə də,  QTmax və QTmin davam etmə müddətlərinin dəyişkən olmaqla artmağa meyilli olması və dQT-nin dürüst olaraq tərəddüd etməsinə səbəb olması, həmin uşaqlarda miokardın elektrik homogenliyində qeyri sabitliyin olmasını şərtləndirən amil kimi qiymətləndirilə bilər. Aritmoloqların gəldikləri nəticələrə görə isə QT-intervalının indekslərinin dəyişilməsinin uzun müddət saxlanılması gələcəkdə müxtəlif patoloji hallarda təhlükəli mədəcik aritmiyalarının yaranması üçün əsas risk amili hesab edilir [2, 7].

ÜKİA olan uşaqlarda ExoKQ-nin morfometrik və həcm parametrlərinin müqayisəsi göstərdi ki, SolMdD və SolMdH səviyyəsi hər iki qrup məktəblilərdə nəzarət qrupunun uyğun qiymətlərindən bir qədər yüksəkdir (9-14% ,P<0,05). SolMsD və SolMsH parametrlərinin ÜQKİA olan uşaqlarda  qruplarda nəzarət qrupunda olduğu səviyyədə saxlanmasına baxmayaraq MQKİA olan məktəblilərdə müəyyən qədər azlmağa meylli olması baş vermişdir. Təhlildən aydın oldu ki, bu əsasən sol mədəciyin arxa divarının hərəkət amplitudasının artması hesabına baş vermişdir. Hər iki qrup məktəblilərdə sağ mədəciyin morfometrik (SağMsD,SağMdD) və həcm indekslərinin (SağMsH, SağMdH) kişik tərəddüdlərdə dəyişilməsinə baxmayaraq, orta statistik olaraq dürüstlük müşahidə edilməmişdir. VH və DH göstəricilərinin qruplar üzrə dəyişməsi 6-11 yaşlı yaşlı məktəblilərdə nəzarət qrupunun orta ststistik parametrlərindən fərqlənməsə də, böyük yaşlı uşaqlarda MQKİA və ÜQKİA olanların əksərində orta hesabla 5-8% artmışdır (р>0,05). Miokardın yığılma qabiliyyətini səciyyələndirən %S, SQsurəti, nVorta gostəricilərinin təhlilində ÜQKİA-da qrup üzrə  əhəmiyyətli dərəcədə fərqlənmə aşkar edilməmişdir. MQKİA olan uşaqların əksərində %S, SQsurəti, nVorta gostəricilərinin  azalması (qrup üzrə orta hesabla 7-11%; P<0,05) müşahidə edilir.

SMADNQ parametrinin sistola və diastolada dəyişilmə xüsusiyyəti ÜKİA-nın variantlarından asılı olaraq fərqlənmişdir. SMADNQd qalınlaşma dərəcəsi kiçik məktəb yaşlı ÜQKİA olan məktəblilərdə praktiki sağlam uşaqların müvafiq həddləri hüdudunda  olsa da, MQKİA olanlarda qrup üzrə orta hesabla 4-6% artmağa meylli olmuşdur. Bu fərq 12-17 yaşlı məktəblilərin müvafiq göstəricilərində  saxlanılsa da statistik olaraq dürüstlük müşahidə edilməmişdir (р>0,05). SMADNQs indeksinin qiymətləri ÜQKİA olan məktəblilərin hər iki yaş qrupunda normativ parametrlərindən kənara çıxmamış, MQKİA olan məktəblilərni 12-17 yaş qrupunda 8-10% yüksək olmuşdur. Bu sonuncularda sol mədəciyin arxa divarının sistola mərhələsində qalınlaşma dərəcəsinin nisbətən intensivləşməsini  göstərməklə funksional remodelləşməyə meylliyin başlanması əlamətlərinin mövcudluğunu şərtləndirir [12, 13]. 

Müayinəyə cəlb olunmuş uşaqlarda mədəcikarası çəpərin sistolada nisbi qalınlığını əks etdirən parametrin dəyişməsi, arxa divarın eyni göstrəicisinin reaksiyasına oxşar olmuşdur. Belə ki, MAÇNQs indeksi bütün qruplarda artmağa meylli olmuşdur. ÜQKİA olan uşaqların hər iki yaş qrupunda  mədəcikarası çəpərin sistolada nisbi qalınlıq göstəricisi optimal səviyyədə saxlanılsa da, MQKİAlı uşaqlarda uyğun olaraq nəzarət qrupunun analoji parametrindən statistik 7-10% yüksəlmişdir. Bununla yanaşı ÜQKİA olan məktəblilərdən fərqli olaraq  MQKİA olan uşaqların əksərində MAÇNQd indeksinin 5-8% azalması, statistik təhlil zamanı 12-17 yaş qrupu üzrə praktiki sağlam uşaqların müvafiq göstəricisi ilə müqayisədə  dürüst fərq vermişdir (P<0,05). Göründüyü kimi yuxarı yaşlı məktəblilərdə   mədəcikarası çəpərin diastolada nisbi qalınlıq indeksinin azalması, kompensator olaraq sistolik qalınlaşma indeksinin artması hesabına baş vermişdir. Mədəcikarası çəpərin diastolik qalınlaşma indeksin bu cür dəyişilməsi və onun sonralar dinmikada müşahidə edilməsi MQKİA olan uşaqlarda intrakardial hemodinamikanın stabil saxlanmasına yönəlmiş funksional remodelləşmənin ilkin elementləri kimi dəyərləndirilə bilər [12, 13]. Beləliklə, uşaqlarda mitral və trikuspidal qapaqlarında ÜKİA olan zamanı ürək əzələsinin bioelektrik homogenliyinin (QTmax, QTmin, QTorta,QTc, dQTd), mədəciklərin morfometrik (SolMdD, SolMsD, SağMdD,SağMdH) və funksional (%S, SQsurəti, nVorta, SQ surəti, SMADNQ, MAÇNQ) və eləcə də mərkəzi hemodinamikanın həcm (SolMsH, SolMdH, VH, DH) parametrlərinin vəziyyətinin  öyrənilməsi müxtəlif istiqamətli və səciyyəli dəyişmələrini aşkar etməklə,  onların davamlı olaraq saxlanılması kardial strukturların fəaliyyətində funksional remodelləşmənin başlanılmasını göstərir.  

Figures

Keywords

References

1.Andersen O.S., Smiseth O.A., Dokainish H. et al. Estimating Left Ventricular Filling Pressureby Echocardiography // J. Am. Coll. Cardiol. – 2017. – Vol. 69, №15. – P. 1937–1048.
2.Begic Z., Begic E., Mesihovic-Dinarevic S. et al. The use of continuous electrocardiographic holter monitoring in pediatric cardiology. // Acta Informatica Medica. 2016. Vol. 24, № 4. P. 253-256.
3.Hannibal G.B. Hasanien A.A., Pickham D. ECG Challenges: Measurement and Rate Correction of the QT Interval. AACN Advanced Critical Care 2013;24(1):90–6.
4.Нечесова, Т.А. Ремоделирование левого желудочка: патогенез и методы 
5.Попов С.В. и др. Эффективность эндокардиальной радиочастотной аблации тахиаритмий у детей первого года жизни. // Вестник аритмологии. -2012; №67; стр. 5-10.
6.Столина М.Л., Шегеда М.Г., Катенкова Э.Ю. Нарушения сердечного ритма у детей и подростков. // Тихоокеанский Медицинский Журнал, 2019, № 4 стр.14-28 
7.Арсентьева Р.Х. Синдром удлиненного интервала QT // Вестник современной клинической медицины. – 2012. – Т. 5. – №. 3. 
8.Арсентьева Р. Х. Синдром удлиненного интервала QT // Вестник современной клинической медицины. 2012. - Т..5, № 3. - С..69-74.
9.Артюхов, И.П. Клинико-социальные аспекты нарушений ритма и проводимости сердца у детей / И.П. Артюхов, М.Ю. Галактионова // Рос. педиатрический журнал. - 2010. - № 2. - С. 20-24.
10.Кандилова В.Н. Ремоделирование сердца и сосудов при артериальной гипертензии: роль сопутствующего ожирения // Клиницист. 2020. Т. 14. № 1–2. С. 62–72.
11.De Simone G. Cardiovascular risk in relation to a new classification of hypertensive left ventricular geometric abnormalities. // J. Hypertens. 2015; №33(4);Р.745-754.
12.Шарыкин А.С., Иванова Ю.М., Павлов В.И., Бадтиева В.А. Варианты ремоделирования сердца у детей и подростков в игровых видах спорта. // Педиатрия/ 2016/Том 95/№3. Стр. 65-68.
13.Шарыкин А.С., Трунина И.И., Карелина Е.В., Тележникова Н.Д.  Варинты ремоделирования левого желудочка у подростков с ьььартериальной гипертензией. // Педиатрия/2016/Том/95/№3. 

 

Article Info:

Publication history

Published: 28.Jun.2025

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Early assessment of left ventricular deformation after coronary artery stenting in patients who have recovered from COVID-19 predicts adverse myocardial remodeling.

Viewed: 11