Xülasə
Əlyazmalara Rəylər
Azərbaycan Kardiologiya jurnalına təqdim olunmuş məqalələr çapa göndərilmədən qabaq araşdırılır. Jurnalın rəyçiləri - təcrübəli mütəxəsislər olub əsasən tibb elmləri doktorlarından və fəlsəfə doktorlarından ibarətdir. Rəyçilər əsasən redaksiya heyətinin və redaksiya şurasının üzvlərindən , lazım gəldikdə isə kənar mütəxəsislərdən ibarət olur. Təqdim olunan məqalələr standartlara cavab verməlidir, əks halda Redaksiya heyətinin qərarı ilə məqalə geri qaytarılır. Kiçik düzəlişlərə ehtiyac olarsa müəllif bu haqqda məlumatlandırılır. Son qərar redaksiya heyətinindır, bəzi hallarda baş redaktor və redaktorların birgə qərarı ilə məqalə çapa göndərilə bilər. Məqalə qəbul olunarsa müəllifə çap müddəti haqda məlumat verilir.